Gündəm

Görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevin 80 illik yubileyi qeyd olunub

20 Sentyabr 2017 09:31

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. “Olaylar” bildirir ki, ölkənin tanınmış elm və mədəniyyət adamlarının, ictimai xadimlərin iştirak etdiyi yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli alimin elmi və bədii yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, filoloji fikrimizin görkəmli nümayəndəsi Qəzənfər Paşayevin yaradıcılığının zirvəsi onun 1985-ci ildə bədii-publisist, elmi-memuar üslubda qələmə aldığı “Altı il Dəclə-Fərat sahillərində” əsəridir. Akademik İ.Həbibbəyli Qəzənfər Paşayevin İraq, Türkiyə və İranda apardığı araşdırmalarından söz açaraq, onun həmin ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorşünas alim kimi tanındığını, zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyduğunu söyləyib.

Rahibələrin rok qrupu dünya turnesində

19 Sentyabr 2017 22:55

Peruda rok qrupunun əsasını qoyan katolik rahibələri dünya turnesinə çıxıblar. Bu haqda “Religion News Service” nəşri bildirib. Rahibələrin qrupu “Siervas” adlanır. Yaxın vaxtlarda qrup Cənubi Kaliforniyada musiqi festivalında çıxış edib.

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:30

"Gazelli" şirkətinə məxsus fabrikin ərazisində yanğın dəftərxana məhsulları - bröşurlar və kağız saxlanan anbarda baş verib". Bunu  "Gazelli Group" şirkətinin hüquqşünası Murad Əliyev deyib. Şirkət nümayəndəsi bildirib ki, təxminən saat 15:00 radələrində anbar yanmağa başlayıb: "Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyə olundu.

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

19 Sentyabr 2017 18:50

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530 mm-lik siyirtmənin dəyişdirilməsi ilə əlaqədar, sentyabrın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin, həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilməsində fasilələr yaranacaq.

Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər

19 Sentyabr 2017 18:20

Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub.  Gürcüstanın İctimai televiziyası xəbər verir ki, hadisə Gürcüstanda baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş bor

Çin Azərbaycana 20 min noutbuk, 800 interaktiv lövhə verib 

19 Sentyabr 2017 17:24

Son illərdə Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlıq fəallaşıb. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. M.Cabbarov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində Azərbaycan Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında memorandum əsasında son iki ildə 43 Azərbaycan vətəndaşı Çində, 41 Çin vətəndaşı isə Azərbaycanda qarşılıqlı təqaüdlər hesabına ali təhsil almaq hüququ qazanıb. Nazir bildirib ki, qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq.

“Kontrabas”  “ Mariya” Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək

19 Sentyabr 2017 17:11

Oktyabrın 4-9 tarixlərində Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində keçiriləcək “ Mariya” Beynəlxalq Monotamaşaları Festivalında Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar artisti Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə ölkəmizi təmsil edəcək. “Olaylar” bildirir ki, tamaşa Azərbaycan və rus dillərində oynanılır. Səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında bir sıra mükafatlara layiq görülüb.

Hərbi Akademiyada partlayış - Ölən və yaralanan var

19 Sentyabr 2017 17:05

Çexiyanın Vışkove şəhərində Hərbi Akademiyanın ərazisində əl qumbarası partalyıb. Bu barədə ölkə Müdafiə Nazirliyinin nümayəndəsi Yan Peyşek xəbər verib. İnsident nəticəsində 1 nəfərin öldüyü, daha bir nəfərin isə yaralandığı bildirilib. Məlumata görə, əl qumbarasının partlaması nəticəsinə yaralanan şəxs gözündən xəsarət alıb.

Kəmalə Hüseynova mükafatlandırıldı

19 Sentyabr 2017 17:02

Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib. "Olaylar" bildirir ki, teatr  M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” mono tamaşası ilə çıxış edib. “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir. Aktrisa Kəmalə Hüseynova festivalda “İsteadalı ifaya görə” Başqırdıstan Mədəniyyət nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Futbolçu azad edildi

19 Sentyabr 2017 16:55

Oğurluğa görə saxlanılan futbolçu Nicat Muxtarov azad olunub. Bu haqda Futbol+ qəzetinin baş redaktoru Mahir Rüstəmli məlumat yayıb. Qeyd edək ki, millimizin sabiq üzvü Nicat Muxtarovun kabel oğurluğu ittihamı ilə Sumqayıt polisi tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı. 

Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb

19 Sentyabr 2017 16:48

Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən “Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Estoniyada Afrika taunu aşkar edilib

19 Sentyabr 2017 16:46

Estoniyanın Baytarlıq Qida Departamenti ölkənin cənub-qərbində Oru kəndində fermaların birində donuzlarda Afrika taunu xəstəliyini aşkar edib. Departament rəsmisi bununla əlaqədar 6,8 min heyvanın məhv ediləcəyi barədə xəbər yayıb. Departamendən bildiriblər ki, xəstəlik qeydə alınmış zonalarda karantin elan olunub, heyvanlar öldürülür, obyekt dezinfeksiya edilir.

Zaur verilişində Ağadadaş Ağayevi özündən çıxartdı: Bizi bura niyə çağırmısan?

19 Sentyabr 2017 16:43

Yeni sezonda "5/5" verilişinin ilk buraxılışı ilə efirə qayıdan Zaur Kamalın qonaqları xalq artistləri Ağadadaş Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artist Elnarə Abdullayeva və Telli Borçalı olub. Qalmaqallı aparıcı Zaur Kamal verilişinin mövsümdə ilk buraxlışının qonağı olan sənətçilərə etdiyi "sürpriz"lə onları şok edib. Belə ki, aparıcı hər dörd qonağının maşınları ilə etdikləri qayda pozuntularını (radar, MMX) açıqlayıb.

Velosiped idmanının şosse növü üzrə dünya çempionatı keçirilir

19 Sentyabr 2017 16:32

Norveçin Bergen şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatı start götürüb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışda planetin 100-ə yaxın ölkəsinin müxtəlif yaş qrupları üzrə 700-ə yaxın idmançısı mübarizə aparır.

İslam dinində mövhumata və xurafata yer yoxdur  

19 Sentyabr 2017 16:31

Şəkidə “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Məftun Cəbiyev icma tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib və mövzunun əhəmiyyətindən danışıb. Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlət-din münasibətlərindən, dini maarifləndirmə işində dini icmaların rolundan, dövlətin dini sahayə göstərdiyi qayğı və diqqətdən danışıb.