İslam dinində mövhumata və xurafata yer yoxdur
Şəkidə “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Məftun Cəbiyev icma tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib və mövzunun əhəmiyyətindən danışıb. Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlət-din münasibətlərindən, dini maarifləndirmə işində dini icmaların rolundan, dövlətin dini sahayə göstərdiyi qayğı və diqqətdən danışıb.
19 Sentyabr 2017 16:31 SosialŞəkidə "İslam dinində mövhumata və xurafata yer yoxdur" layihəsi çərçivəsində tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Məftun Cəbiyev icma tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib və mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlət-din münasibətlərindən, dini maarifləndirmə işində dini icmaların rolundan, dövlətin dini sahayə göstərdiyi qayğı və diqqətdən danışıb.
Şöbə müdiri onu da qeyd edib ki, İslam dininin saflığını təhlükə altında qoyan amillərdən biri də mövhumat və xurafatlardır. Təsadüfi deyil ki, dini dəyərlərimizi tənqid edənlər dəlil kimi, məhz müsəlmanlar arasında geniş yayılmış xurafi adətləri misal çəkilir.
QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov isə qeyri-ənənəvi radikal dini cərəyanların zərələrindən, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb