Gündəm
“8 Mart” yatağındakı 566 saylı özül əsaslı təmir edilib
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İB-nin sifarişi əsasında N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “8 mart” yatağındakı 566 saylı stasionar dəniz özülündə əsaslı təmir işləri həyata keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, özülün modernizasiyası və daha keyfiyyətli istismarını təmin etmək məqsədi ilə aparılan işlər zamanı 1 minik və 2 yanalma meydançası, 2 metal lövhə, 24 ədəd elektrik dirəyi və lafet lüləsi üçün 1 ədəd dor quraşdırılmış, 28 svay vurulmuş, 41,6 tonluq metal döşəmə və məhəccər çəpəri, həmçinin 7,4 tonluq piyada körpüsünün dayaq və döşəməsi əsaslı təmir edilib, işıqlandırma işləri görülüb.
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun yanında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələr və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi iştirak ediblər. RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq bildirib ki, 2017-ci ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars Dəmiryol xəttinin açılışı ilə əlaqədar olaraq, həmin dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsində dəmiryol xətti boyunca abadlıq və təmizlik işlərinin davam etdirilməsini diqqətə çatdırıb, bu işlərə aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.
Dəmir yolunda “Sağlamlıq günü” keçirilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Sağlamlıq günü” adlı tədbir keçirilib. Tədbirin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir. “OLAYLAR”-a daxil olan məlumata görə, ”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq vəziyyəti barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbirləri də görülən işlərin tərkib hissələrindəndir.
Müdafiə naziri ön cəbhədə
Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin döyüş qabiliyyəti, şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması şəraitini yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətindəki bölmələrdə olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənova mövcud vəziyyət barədə məruzə edilib. Dövlət sərhədinin etibarlı müdafiəsinin, dayanıqlığının düzgün təşkil olunmasını yoxlayan Müdafiə naziri şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov dövlət sərhədi istiqamətində üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Növbə gözləmək istəməyən qaçqın bankda özünü yandırdı: xeyli sayda yaralı var - Avstraliyada
Avstraliyada Myanmardan qaçqın olaraq gələn 22 yaşlı Nur İslam adlı gənc bankda növbəyə durmaq istəməyincə özünü yandırıb. "Commonwealth Bank"nın filiallarından birində öncə yerə benzin tökən qaçqın gənc müştərilər qaçmağa çalışarkən bank qarışıq özünə od vurub.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 43-cü cildi çapdan çıxdı
"Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir. Xarici siyasətdə uğurlarımızı təmin edən nədir? Daxildə gedən iş. Əgər daxildə işlər yaxşı səviyyədə qurulmayıbsa, istənilən ölkənin xarici siyasəti uğurlu ola bilməz. Daxildə möhkəm təməl üzərində qurulan iqtisadiyyat, sosial rifah, inkişaf, sabitlik, xalqla iqtidar arasında birlik - budur bizim ölkə kimi beynəlxalq mövqelərimizi gücləndirən amillər. O ki qaldı daxili işlərə, mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın. Bütün məsələlər öz həllini tapsın. Sosial, iqtisadi, mədəni - bütün sahələrdə gözəl işlər görülsün. Biz bu gözəl işləri gözəlləşən şəhərlərimizin gözəlləşən simasında görürük".
Ermənistan rəhbərliyinin siyasi təşvişi: Azərbaycan Prezidenti qarşısında acizlik
Son günlər bəzi Qərb dairələrinin Azərbaycana qarşı təbliğat fəallığını artırması region ölkələrinə də təsirsiz ötüşməyib. Azərbaycanın sadiq dostları bunlara heç bir fikir vermir. Türkiyə, Gürcüstan, Rusiya və İran Bakı ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olaraq qalmaqdadırlar. Ermənistan siyasi, analitik və ekspert dairələri isə növbəti dəfə qərəzli və böhtançı olduqlarını nümayiş etdirdilər. Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, təcavüzkar ölkənin mətbuatında Azərbaycanla bağlı həm bir-birinə zidd olan, həm də yalan, qərəzlə dolu, əsassız informasiyalar yayılır. Hiss olunur ki, erməni rəhbərliyi Azərbaycan Prezidentinin çox səmərəli siyasətinin qarşısında aciz duruma düşüb. Onların bütün arqumentləri və ümidləri puç olub. Dağlıq Qarabağ məsələsində də məğlubiyyət yaxınlaşır. Bu səbəbdən erməni ekspertlər və siyasətçilər absurd fikirlər ortaya atırlar. Onlar Azərbaycan Prezidenti və ailəsi ilə bağlı çox əsassız şeylərdən bəhs edirlər. Bütün bunlar sözsüz ki, regionun geosiyasi vəziyyətinə təsir edir. Buna görə də bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.
Hərbi təlimlərdə vertolyot tamaşaçılara raket zərbəsi endirdi
Qərbdə böyük narahatlıqla izlənilən Rusiya-Belarus hərbi təlimləri zamanı Sankt-Peterburq yaxınlığındakı "Lujsk" poliqonunda Ka-52 vertolyotundan buraxılan "hava-yer" raketi tamaşaçıların yaxınlığına düşüb. İnsident vertolyotların poliqonda növbəti vəzifəni yerinə yetirməsi zamanı baş verib, hansısa səbəbdə raket kursdan yayınıb və tamaşaçıların dayandığı tərəfdə partlayıb. Bu zaman azı iki avtomobil yanıb, qəlpələr iki nəfəri ağır yaralayıb. Onların jurnalistlər olduğu bildirilir.
Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir
Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür Hər bir demokratik cəmiyyətdə olduğu kimi Azərbaycanda da vacib demokratik prinsiplər, ənənələr qorunub saxlanılır, inkişaf etdirilir. Fikir, söz və məlumat, ifadə azadlığı kimi plüralizm də demokratik prinsiplərin başlıca meyarları sayılır. Bu sırada siyasi plüralizmin də öz yeri və rolu vardır. Siyasi plüralizmdə siyasi partiyaların normal qaydada fəaliyyəti, onlara dövlət tərəfindən müvafiq şəraitin yaradılması, eləcə də azad və ədalətli, demokratik qaydada seçkilərin keçirilməsi başlıca amildir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan demokratik cəmiətin bir üzvü olduğundan burada bu və ya digər seçkilər də məhz demokratik prinsiplərə xas şəkildə keçirilir. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycanda kifayət qədər seçki mədəniyyəti formalaşıb və cəmiyyət, xalq istənilən seçkidə azad və demokratik qaydada iştirak edərək öz seçimini edir.
Özbəkistan jurnalında ölkələrimiz arasındakı dostluq əlaqələrinə dair məqalə dərc edilib
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Tarix və təlim” elmi jurnalında bu ali məktəbin professoru Erkin Nuriinovun özbək dilində “Özbəkistan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində bu ölkə liderlərinin rolu” adlı məqalə dərc edilib. Yazıda iki dövlət arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük xidmətləri olduğu bildirilir. Qeyd edilir ki, xalqlarımızı din, dil, mədəniyyət və adət-ənənələrimizin eyniliyi birləşdirir.
Komitə sədri: İstiqlalımızın 100 illiyinə ciddi hazırlaşmalıyıq
“Yaşadığımız günlərin hamısı ictimiai-siyasi mənalı günlərdir. Çünki qarşıdan istiqlalımızın 100 illiyi gəlir. 1918-ci ildə müsəlman-Şərq aləmində ilk müstəqil dövlətimiz yarandı və gələn il istiqlalılımızın 100 ili tamam olur. Bu, çox böyük tarixi və əlamətdar hadisədir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov adıçəkilən komitənin parlamentin qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı sentyabrın 19-da keçirilən ilk iclasında çıxışı zamanı dilə gətirib. O, bildirib ki, ancaq təssüflər olsun ki, biz həmin istiqlalın cəmi 28 ilini müstəqil dövlət kimi yaşamışıq: “Yəni, 1918-20-ci illərdə 23 aylıq dövrü və 1991-ci ilin avqustundan bu yana olan dövrü çıxsaq, qalan illəri başqa bir dövlətin tərkibində yaşamışıq.
Millət vəkili: “Biz abidələrin dağıdılmasının əleyhinəyik”
Azərbaycanda sovet dövrünün abidələrindən ibarət parkın yaradılması təklif edilib.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin sentyabrın 19-da keçirilən iclasında çıxış edərkən deyib: “Mən vaxtilə Bakıda sovet dövrünün abidələri dağıdılanda təklif etmişdim ki, o abidələri yığsınlar. Həmin abidələr yığılsın və ayrıca park düzəldilsin. Uşaqları o parka apararaq sovet tarixini göstərsinlər. Bildirsinlər ki, bizə 11-cı Ordunun xilaskarımız olduğunu deyiblər, amma bunlar bizim xilaskarımız olmayıb, onlar Azərbaycanı işğal ediblər. Yaxud, Azərbaycanın başqa siyasi xadimləri olub ki, o dövrdə onlar qəhrəman sayılıblar, adlarına küçələr verilib, amma dövr dəyişib.
“2018-ci il seçkiləri də anti - Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq”
“Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində onlar heç zaman “faəaliyyətlərini” dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər”. Bu fikirləri millət vəkili Azər Badamov Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında dilə gətirib. “Mən də belə hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hər birimiz ayıq-sayıq, fəal omlalıyıq. Çünki həmkarlarımın da qeyd etdikləri kimi, Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində onlar heç zaman “faəaliyyətlərini” dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər. Onlar ölkəmizin inkişafından, dünyadakı nüfuzundan, ölkə Prezidentinin apardğı uzaqgörən və müstəqil siyasət kursundan çox narahatdırlar.
Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçiriləcək
Sentyabrın 20 – də Muğam Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazrilyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində fortepiano musiqisi gecəsi keçiriləcək. “Olaylar” bildirir ki, gecədə UNESCO-nun sülh artisti Eliso Bolkvadze (piano) çıxış edəcək. Beynəlxalq müsabiqələr laureatı Eliso Bolkvadze Gürcüstanın “The Medal of Georgian Government” (“Gürcüstan Dövlət Medalı”) medalına layiq görülmüşdür. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirmiş və 2015-ci ildə UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüşdür. Eliso Bolkvadze bacarıqlı gənclərə kömək məqsədi ilə davamlı olaraq sosial aktiv fəaliyyətlərlə məşğul olmuş və 2013-cü ildə Gürcüstanda “Lyra” adlı fondunu yaratmışdır. O, Qara dəniz sahilindəki Batumi Ümummilli Musiqi Festivalının təsisçisidir. Bu festival hazırda Gürcüstan mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunur.
Deputat: Anti-Azərbaycan qüvvələri seçkilər ərəfəsində yenidən fəallaşıb
“Azərbaycanının uğurlarını gözügötürməyən ermənipərəst anti-azərbaycançı qüvvələr seçkilər ərəfəsində yenidən fəallaşmaqdadırlar”. Bunu millət vəkili Tahir Rzayev Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında deyib. “Bildiyiniz kimi, gələn il Azərbaycan cəmiyyəti, ictimai-siyasi həyatımız üçün çox vacib bir proses yaşanacaq. Yəni, Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ancaq çox təəssüflər olsun ki, yenə də bəzi anti-Azərbaycan dairələri fəallaşmaqdadırlar. Onlar ölkəmizlə, uğurlarımızla bağlı yenidən ən müxtəlif təxribatlara əl atmmaqdadırlar.













