Komitə sədri: İstiqlalımızın 100 illiyinə ciddi hazırlaşmalıyıq
“Yaşadığımız günlərin hamısı ictimiai-siyasi mənalı günlərdir. Çünki qarşıdan istiqlalımızın 100 illiyi gəlir. 1918-ci ildə müsəlman-Şərq aləmində ilk müstəqil dövlətimiz yarandı və gələn il istiqlalılımızın 100 ili tamam olur. Bu, çox böyük tarixi və əlamətdar hadisədir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov adıçəkilən komitənin parlamentin qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı sentyabrın 19-da keçirilən ilk iclasında çıxışı zamanı dilə gətirib. O, bildirib ki, ancaq təssüflər olsun ki, biz həmin istiqlalın cəmi 28 ilini müstəqil dövlət kimi yaşamışıq: “Yəni, 1918-20-ci illərdə 23 aylıq dövrü və 1991-ci ilin avqustundan bu yana olan dövrü çıxsaq, qalan illəri başqa bir dövlətin tərkibində yaşamışıq.
19 Sentyabr 2017 15:59 Siyasət"Yaşadığımız günlərin hamısı ictimiai-siyasi mənalı günlərdir. Çünki qarşıdan istiqlalımızın 100 illiyi gəlir. 1918-ci ildə müsəlman-Şərq aləmində ilk müstəqil dövlətimiz yarandı və gələn il istiqlalılımızın 100 ili tamam olur. Bu, çox böyük tarixi və əlamətdar hadisədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov adıçəkilən komitənin parlamentin qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı sentyabrın 19-da keçirilən ilk iclasında çıxışı zamanı dilə gətirib. O, bildirib ki, ancaq təssüflər olsun ki, biz həmin istiqlalın cəmi 28 ilini müstəqil dövlət kimi yaşamışıq: "Yəni, 1918-20-ci illərdə 23 aylıq dövrü və 1991-ci ilin avqustundan bu yana olan dövrü çıxsaq, qalan illəri başqa bir dövlətin tərkibində yaşamışıq. Ancaq çox sevindirici haldır ki, 19991-ci ilin avqustunda müstəqilliyimiz yenidən bərpa olundu və bu günə kimi də müstəqil dövlət kimi yaşayırıq. Qeyd etdiyim kimi, gələn il də istiqlalımızın 100 ili tamam odur. Bu, çox məsuliiyətli və həssas məsələdir. Ona görə də bizim hər birimiz bu məsələdə fəal olmalıyıq, istiqlalımızın 100 illiyinə ciddi hazırlaşmalıyıq".