Muğam Mərkəzində fortepiano musiqisi gecəsi keçiriləcək

Sentyabrın 20 – də  Muğam Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazrilyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində fortepiano musiqisi gecəsi keçiriləcək. “Olaylar” bildirir ki, gecədə UNESCO-nun sülh artisti Eliso Bolkvadze (piano) çıxış edəcək. Beynəlxalq müsabiqələr laureatı Eliso Bolkvadze Gürcüstanın “The Medal of Georgian Government” (“Gürcüstan Dövlət Medalı”) medalına layiq görülmüşdür. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirmiş və 2015-ci ildə UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüşdür. Eliso Bolkvadze bacarıqlı gənclərə kömək məqsədi ilə davamlı olaraq sosial aktiv fəaliyyətlərlə məşğul olmuş və 2013-cü ildə Gürcüstanda “Lyra” adlı fondunu yaratmışdır. O, Qara dəniz sahilindəki Batumi Ümummilli Musiqi Festivalının təsisçisidir. Bu festival hazırda Gürcüstan mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunur.

Sentyabrın 20 - də  Muğam Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazrilyinin birgə keçirdiyi Üzeyir Hacıbəyli adına IX Beynəlxalq Musiqi festivalı çərçivəsində fortepiano musiqisi gecəsi keçiriləcək. "Olaylar" bildirir ki, gecədə UNESCO-nun sülh artisti Eliso Bolkvadze (piano) çıxış edəcək.
Beynəlxalq müsabiqələr laureatı Eliso Bolkvadze Gürcüstanın "The Medal of Georgian Government" ("Gürcüstan Dövlət Medalı") medalına layiq görülmüşdür. Pianoçu özünü mədəniyyətin parlaq müdafiəçisi kimi inkişaf etdirmiş və 2015-ci ildə UNESCO-nun "Sülh artisti" fəxri adına layiq görülmüşdür. Eliso Bolkvadze bacarıqlı gənclərə kömək məqsədi ilə davamlı olaraq sosial aktiv fəaliyyətlərlə məşğul olmuş və 2013-cü ildə Gürcüstanda "Lyra" adlı fondunu yaratmışdır. O, Qara dəniz sahilindəki Batumi Ümummilli Musiqi Festivalının təsisçisidir. Bu festival hazırda Gürcüstan mədəniyyətinin mühüm hadisəsi kimi qeyd olunur.
Beynəlxalq Muğam Mərkəzində keçiriləcək gecədə Eliso Bolkvadze tamaşaçılar üçün L.V.Bethovenin, Q.Qarayevin, F.Şopenin, F.Şubertin, K.Debüssinin və S.Prokofyevin əsərlərin səsləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31