“2018-ci il seçkiləri də anti - Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq”
“Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində onlar heç zaman “faəaliyyətlərini” dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər”. Bu fikirləri millət vəkili Azər Badamov Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında dilə gətirib. “Mən də belə hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hər birimiz ayıq-sayıq, fəal omlalıyıq. Çünki həmkarlarımın da qeyd etdikləri kimi, Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində onlar heç zaman “faəaliyyətlərini” dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər. Onlar ölkəmizin inkişafından, dünyadakı nüfuzundan, ölkə Prezidentinin apardğı uzaqgörən və müstəqil siyasət kursundan çox narahatdırlar.
19 Sentyabr 2017 15:55 Siyasət"Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində onlar heç zaman "faəaliyyətlərini" dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər". Bu fikirləri millət vəkili Azər Badamov Milli Məclisin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında dilə gətirib. "Mən də belə hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hər birimiz ayıq-sayıq, fəal omlalıyıq. Çünki həmkarlarımın da qeyd etdikləri kimi, Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində onlar heç zaman "faəaliyyətlərini" dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər. Onlar ölkəmizin inkişafından, dünyadakı nüfuzundan, ölkə Prezidentinin apardğı uzaqgörən və müstəqil siyasət kursundan çox narahatdırlar. Bu, onların maraqlarına uyğun deyil. Ancaq mən inanıram və qəti əminəm ki, bu dəfə də həmin qüvvələr acı məğlubiyyətə uğrayacaq, seçkilər prosesi isə çox sakit, təhlükəsiz və demokratik bir şəraitdə reallaşacaq. Heç kim də buna şübhə etməsin. 2018-ci il seçkiləri də anti-Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq"-deyə, millət vəkili sözlərinə əlavə edib.