Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir
Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür Hər bir demokratik cəmiyyətdə olduğu kimi Azərbaycanda da vacib demokratik prinsiplər, ənənələr qorunub saxlanılır, inkişaf etdirilir. Fikir, söz və məlumat, ifadə azadlığı kimi plüralizm də demokratik prinsiplərin başlıca meyarları sayılır. Bu sırada siyasi plüralizmin də öz yeri və rolu vardır. Siyasi plüralizmdə siyasi partiyaların normal qaydada fəaliyyəti, onlara dövlət tərəfindən müvafiq şəraitin yaradılması, eləcə də azad və ədalətli, demokratik qaydada seçkilərin keçirilməsi başlıca amildir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan demokratik cəmiətin bir üzvü olduğundan burada bu və ya digər seçkilər də məhz demokratik prinsiplərə xas şəkildə keçirilir. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycanda kifayət qədər seçki mədəniyyəti formalaşıb və cəmiyyət, xalq istənilən seçkidə azad və demokratik qaydada iştirak edərək öz seçimini edir.
19 Sentyabr 2017 16:02 SosialSiyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür
Hər bir demokratik cəmiyyətdə olduğu kimi Azərbaycanda da vacib demokratik prinsiplər, ənənələr qorunub saxlanılır, inkişaf etdirilir. Fikir, söz və məlumat, ifadə azadlığı kimi plüralizm də demokratik prinsiplərin başlıca meyarları sayılır. Bu sırada siyasi plüralizmin də öz yeri və rolu vardır. Siyasi plüralizmdə siyasi partiyaların normal qaydada fəaliyyəti, onlara dövlət tərəfindən müvafiq şəraitin yaradılması, eləcə də azad və ədalətli, demokratik qaydada seçkilərin keçirilməsi başlıca amildir. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan demokratik cəmiətin bir üzvü olduğundan burada bu və ya digər seçkilər də məhz demokratik prinsiplərə xas şəkildə keçirilir. Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycanda kifayət qədər seçki mədəniyyəti formalaşıb və cəmiyyət, xalq istənilən seçkidə azad və demokratik qaydada iştirak edərək öz seçimini edir.
Ümumiyyətlə, seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir. Demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsini əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Seçkilər və referendum zamanı hakimiyyət faktiki olaraq, seçki məntəqələrinə gedərək hakimiyyət orqanlarının nümayəndələrinə səs verən xalqın əlinə keçir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
Azərbaycan Respublikası vətəndaşları seçmək və seçilmək, referendumda iştirak etmək hüququna malikdir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçkilərdə və ümumxalq səsverməsində -referendumda öz əksini tapır. Hər hansı bir vətəndaşı yalnız məhkəmə vasitəsilə seçki hüququndan məhrum etmək mümkündür.
Ümumi seçki hüququ dedikdə irqindən, milliyyətindən, dinindən,cinsindən, mənşəyindən, əmlak vəziyyətindən vs. asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşları seçmək, seçilmək və referendumda iştirak etmək hüququ başa düşülür.
Nəzərə almaq lazımdır ki, xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına azad, demokratik seçkilərin keçirilməsidir. Seçkilər, demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Seçkilərin keçirilməsi hüquqi və siyasi əhəmiyyəti ilə seçilir. Seçkilərin keçirilməsinin hüquqi əhəmiyyətini başlıca olaraq, vətəndaşların aktiv və passiv seçki hüquqlarının həyata keçirilməsinə hüquqi təminat verilməsi və Konstitusiya ilə müəyyən edilmiş dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının formalaşması təşkil edir. Siyasi əhəmiyyətə isə seçkilərin nəticələrindən asılı olaraq, ölkədə mövcud siyasi qüvvələr nisbətinin, demokratiyanın vəziyyətinin, seçicilərin arzu və istəklərinin, onların siyasi, iqtisadi və sosial sahələrdə olan tələblərinin müəyyən edilməsi daxildir. Seçki hüququ iki ünsürlə - aktiv və passiv seçki hüquqları ilə səciyyələnir.
Aktiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə qanunla müəyyən edilmiş qaydada iştirak etmək, daha doğrusu, seçmək hüququdur.
Passiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə və ya seçkili vəzifələrə namizəd sifəti ilə qanunla müəyyən edilmiş qaydada iştirak etməyə əsas verən subyektiv hüququdur. Azərbaycan Respublikası vətəndaşları üçün aktiv seçki hüququ 18 yaş müəyyən edilmişdir. Passiv seçki hüququ üçün aşağıda göstərilən yaş senzləri müəyyən edilmişdir: Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmək üçün - 25 yaş, Azərbaycan Respublikasının prezidenti seçilmək üçün - 35 yaş, bələdiyyələrə üzv seçilmək üçün 21 yaş. Azərbaycan Respublikasında seçkilər seçki komissiyaları tərəfindən təşkil edilir və keçirilir.
Azərbaycan Respublikasında seçki komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir: Azerbaycan Respublikasının Mərkəzi Seçki komissiyası, dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları.
Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. Bu orqan 18 üzvdən ibarətdir. Mərkəzi Seçki komissiyasının üzvləri Milli Məclis tərəfindən aşağıdakı qaydada seçilir: 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsum olmayan olmayan və onların namizədliklərinə təmsil edən siyasi partiyaları təmsil edirlər.
Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Bu üzvlər Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər. Azərbaycan Respublikasında 125 seçki dairəsinə müvafiq sayda dairə seçki komissiyaları yaradılır.
Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət təşkil edilir. Seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır. Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidir. Seçkilərin ilkin nəticələri səsvermə günündən başlayaraq ən gec 5 gün müddətində Mərkəzi Seçki Komissiyasının tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər.
Mərkəzi Seçki Komissiyası 45 gün müddətində kütləvi informasiya vasitələrində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir.
Seçki hüququnun həyata keçirilməsində mühüm rol oynayan şərtlərdən biri səsverməni təşkil etmək formasıdır. Seçki forması seçki sistemi anlayışında öz əksini tapır. Seçki sistemi dedikdə vətəndaşların seçkili dövlət orqanlarının seçillməsində iştirakını, habelə seçicilərlə seçkili dövlət orqanlarının üzvləri arasında əlaqələri müəyyən edən qaydalar başa düşülür. Dünya təcrübəsində seçkil sisteminin 2 əsas tipi var.
Bütün bu deyilənlər Azərbaycanda demokratik bir mühitin mövcud olduğunu, plüralizmin ən yüksək səviyyədə təmin edildiyini təsdiqləyir, ortaya qoyur.
Demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir.
Demokratiya əhval - ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır.
Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır.
Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır.
Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir.
Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir