Şeymanın plagiat gəlinliyi

Ötən gün 8 illik sevgilisi, aparıcı-prodüser Acun İlıcalı ilə nikaha girən Şeyma Subaşının gəlinliyi ətrafında söz-söhbət yaranıb. Şeymanın gəlinliyi bu il “Qızıl Qlobus” mükafatlandırma mərasimində Vera Vangın hazırladığı və aktrisa Hayli Steynfildin geyindiyi libasa bənzədilib. 

Ötən gün 8 illik sevgilisi, aparıcı-prodüser Acun İlıcalı ilə nikaha girən Şeyma Subaşının gəlinliyi ətrafında söz-söhbət yaranıb. Şeymanın gəlinliyi bu il "Qızıl Qlobus" mükafatlandırma mərasimində Vera Vangın hazırladığı və aktrisa Hayli Steynfildin geyindiyi libasa bənzədilib. 

Acunun xanımı Avstraliyanın "Zimmerman" moda evindən geyinsə də, gəlinliyinin Haylinin gecə libası ilə oxşarlığı diqqətdən qaçmayıb. Bundan başqa, aktrisa Beren Saat da "GQ 2016" mükafatlandırma gecəsinə Özgür Masurun hazırladığı yaşıl libasla qatılmış və həmin geyim də Steynfildin paltarına bənzədilmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31