Ələt-Astara yolunda daha bir dəhşətli qəza
Bugün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 91-ci km-də 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon sakininin idarə etdiyi “Mercedes” markalı minik maşınının “KamAZ” markalı yük avtomobili ilə qarşı-qarşıya toqquşması nəticəsində “Mercedes”də olan 5 nəfərdən 4-ü hadisə yerində dünyasını dəyişib. “Mercedes” deformasiyaya uğradığından ölənlərin cəsədlərini maşından çıxarmaq üçün hadisə yerində FHN əməkdaşları işləyir. Maşından çıxarıldıqdan sonra sağ olduğu bilinən 1 sərnişin isə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
20 Sentyabr 2017 10:39 SosialBugün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 91-ci km-də 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəran rayon sakininin idarə etdiyi "Mercedes" markalı minik maşınının "KamAZ" markalı yük avtomobili ilə qarşı-qarşıya toqquşması nəticəsində "Mercedes"də olan 5 nəfərdən 4-ü hadisə yerində dünyasını dəyişib. "Mercedes" deformasiyaya uğradığından ölənlərin cəsədlərini maşından çıxarmaq üçün hadisə yerində FHN əməkdaşları işləyir. Maşından çıxarıldıqdan sonra sağ olduğu bilinən 1 sərnişin isə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, dünən axşam saatlarında da Ələt-Astara yolunda ağır qəza baş vermişdi. Yolun yeni çəkilmiş, lakin istismara verilməmiş 60-cı kilometrliyində, çöllük ərazidə qeydə alınan həmin qəzada Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin işçisi olan 4 salyanlı qadın həlak olmuşdu.
Virtualaz.org