Avtoyumadan maşın qaçıran uzaq gedə bilmədi
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
20 Sentyabr 2017 13:50 KriminalBakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən, həmin avtoyuma məntəqəsində işləyən, Şərur rayon sakini İsmayıl Yasinli Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.