V Asiya oyunlarının açılış mərasimi keçirilib
20 Sentyabr 2017 15:04 DünyaTürkmənistanın paytaxtı Aşğabad şəhərində V Asiya oyunlarının açılış məsimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Səfəri çərçivəsində Azad Rəhimov bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri, o cümlədən, Türkiyənin gənclər və idman naziri, Belorusun idman və turizm naziri, Rusiya Federasiyası Tatarıstan Respublikasının gənclər və idman naziri və bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirib. 21 sentyabr tarixdən etibarən isə nazir Azad Rəhimovun Minskə səfəri başlayır. Səfərin əsas məqsədi Minsk 2019 II Avropa oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və hazırlıq prosesi ilə yaxından tanış olmaqdır. Kooordinasiya komissiyasının iclası çərçivəsində oyunların rəsmi proqramı, idman yarışlarının proqramı, atletlər kəndində görüləcək işlər, Milli Olimpiya Komitələri ilə işin qurulması, yayım, marketinq, könüllülük, nəqliyyat və digər mövzular müzakirə olunacaq. Səfər çərçivəsində nazir, Minsk 2019 II Avropa oyunları Koordinasiya komissiyasının üzvü Azad Rəhimov yarışların keçiriləcəyi Minsk Arena, Gimnastika arenası, velosiped mərkəzi, badminton mərkəzi və digər, idman obyektlərinə də səfər edəcək.