Bakını hədəf seçənlər

Yaxud radikallar yenə antiAzərbaycan mövqeyində Hədəf yenə Bakıdır. Necə ki, 1918-ci ildə Bakı hədəf seçilərək Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. Necə ki, eyni ildə bolşevik-daşnak birləşmələri Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif əyalətlərində qırğınlar törətdilər. Necə ki, İkinci Dünya Müharibəsində Hitler Bakını hədəfə seçmişdi, lap yeni tariximizdə keçmiş SSRİ-nin silahlı birləşmələri Bakıda qırğınlar törətdi, eyni ilə yenə Bakı hədəf seçilib. Sadəcə arada zaman fərqi var. Oyunçular isə eyni olmasa da, onların törəmələri, əcdadlarıdır. Eyni zamanda “mübarizə” taktikası bir qədər dəyişərək bir növ “müasirləşdirilib”. Əgər uzaq tarixdə Bakını erməni daşnakları və bolşevik qüvvələri hədəf seçmişdisə, indi bu proses erməni lobbisinin və onlara dəstək verən daxildəki radikal siyasi qruplaşmaların timsalında gedir. Hazırkı mərhələdə Azərbaycana qarşı olan hücumlar, onu gözdən salmaq cəhdlərini məhz belə xarakterizə etmək olar.

Yaxud radikallar yenə antiAzərbaycan mövqeyində

Hədəf yenə Bakıdır. Necə ki, 1918-ci ildə Bakı hədəf seçilərək Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı. Necə ki, eyni ildə bolşevik-daşnak birləşmələri Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif əyalətlərində qırğınlar törətdilər. Necə ki, İkinci Dünya Müharibəsində Hitler Bakını hədəfə seçmişdi, lap yeni tariximizdə keçmiş SSRİ-nin silahlı birləşmələri Bakıda qırğınlar törətdi, eyni ilə yenə Bakı hədəf seçilib. Sadəcə arada zaman fərqi var. Oyunçular isə eyni olmasa da, onların törəmələri, əcdadlarıdır. Eyni zamanda "mübarizə" taktikası bir qədər dəyişərək bir növ "müasirləşdirilib". Əgər uzaq tarixdə Bakını erməni daşnakları və bolşevik qüvvələri hədəf seçmişdisə, indi bu proses erməni lobbisinin və onlara dəstək verən daxildəki radikal siyasi qruplaşmaların timsalında gedir. Hazırkı mərhələdə Azərbaycana qarşı olan hücumlar, onu gözdən salmaq cəhdlərini məhz belə xarakterizə etmək olar.

Gələk əsas mətləbə. Günümüzdə Bakını, Azərbaycanı hədəf seçmək istəyənlərin məqsəd və məramına. Bu sırada yer alan planlara. Əslində uzun illədir ki, bu proses gedir. 1993-cü ildən üzü bəri. Daxildə radikal müxalifət, xaricdə isə erməni lobbisi tərəfindən. Hər dəfə uğursuzluğa düçar olmalarına baxmayaraq bezmirlər, tükənmirlər. Səbəb ikidir. Əsasların, erməni lobbisi ona görə bezib tükənmir ki, onun başlıca hədəfi Azərbaycanı parçalamaq, burada xaos, anarxiya yaratmaq, ölkəmizi iqtisadi inkiişafdan saxlamaqdır. Çünki Cənubi Qafqazda Azərbaycan kimi güclü iqtisadiyyata malik bir ölkənin olması Ermənistanı arxa plana keçirib. Düzdür, xaricdəki bəlli çevrələr İrəvandan lazım gələndə bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ancaq müəyyən müddətə. Sonradan Ermənistan fahişələrin ən çox istifadə etdiyi ləvazimat kimi lazımsız bilinərək çölə atılır. Ona görə də ermənilərin başlıca məqsədi Azərbaycana daxildən zərbə vurmaq, onu inkişafdan saxlamaqdır. Etiraf etmək lazımdır ki, bu illər ərzində erməni lobbisi bu məqsədə kifayət qədər vəsait də sərf edib. Hazırda da onlar Azərbaycanda xaos, anarxiya yaratmaq istəyində olanlara kisənin ağzını açıblar. Təki istəklərinə nail olsunlar.

Erməni lobbisinə bu prosesdə yaxından dəstək verən, onların maliyyəsi hesabına ölkədə qarşıdurma yaratmaq istəyənlər isə hər kəsə məlumdur. 20 ildən artıqdır ki, hakimiyyət sevdası, eşqi ilə yaşayan radikal siyasi düşərgə. Bir qədər də konkretləşdirsək Əlı Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası və hərdən də Müsavat Partiyası. Və bir də bir vaxtlar bir cəbhədə olan bu iki "müttəfiqin" təmsil olunduğu Milli Şura adlanan qurum. Hansı ki, millilikdən heç bir əsər-əlaməti yoxdur. Bunu təsdiq etmək üçün kifayət qədər dəlillər də ortaya qoymaq olar. Sadəcə bir dənəsini qeyd etmək kifayətdir. Milli Şuranın 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyadakı antiAzərbaycan qüvvələrinin xeyir-duası ilə yaradılmasını.

Hazırda da Milli Şura orada təmsil olunan bir neçə siyasətçinin təbirincə desək özünün aktiv mərhələsinə qədəm qoyub. Bunlar üçün aktiv mərhələ dedikdə, heç də gələn il ölkədə keçiriləcək prezident seçkilərinə hazırlaşmaq, ölkədə baş verən siyasi proseslərə münasibət bildirmək, siyasi hadisələrin əsas hərəkətverici qüvvəsinə çevrilmək nəzərdə tutulmur. Milli Şura üçün aktiv mərhələ Azərbaycanda baş vermiş hər hansı bir önəmli hadisə ərəfəsində və sonrası xaos, anarxiya, ölkəni gözdən salma kimi fəaliyyətlər ehtiva edilir. Necə ki, həftə sonuna bu qəbildən olan daha bir toplantı nəzərdə tutublar. Məlum olduğu kimi Milli Şura adlanan qurum sentyabrın 23-də "Məhsul" stadionunda növbəti aksiya keçirməyi planlaşdırıb və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciət də müsbət cavablandırılıb. Beləliklə, sentyabrın 23-də uzun fasilədən sonra radikallar yenidən mitinq keçirəcəklər. Siyasi partiya və birliklərin sərbəst toplaşmaq azadlığına malik olduqları nəzərə alaraq, Milli Şuranın mitinq keçirmək istəyində heç bir qəbahət görmürəm və bunu radikalların hüququ hesab edirəm. Ancaq ortaya maraqlı bir sual çıxır. İndiki halda belə bir aksiyaya zərurət haradan yarandı? Hansı gizli qüvvə radikalları aktivləşdirdi? Yaxud bu aksiyanın əsas məqsəd və məramı nəyə hesablanıb?

Sonuncu suala cavabdan başlasaq deyə bilərik ki, əsas məqsəd bir neçə gün əvvəl Bakıda imzalanmış və "Əsrin müqaviləsi"nə bərabər bir saziş barədə perspektivsiz düşüncələr yaratmaq, ölkədə xaos, anarxiya yaratmaqla ona olan beynəlxalq marağı azaltmaqdır. Yəni erməni lobbisinin istəyi ilə üst-üstə düşən məsələ. Erməni lobbisi, eləcə də işğalçı Ermənistan ciddi şəkildə ehtiyat edir ki, imzalanmış yeni bir müqavilə Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq və Bakı bütün sferalarda İrəvanı ciddi şəkildə üstələyəcək. Bundan sonra hətta Bakı İrəvana diqtə də edə bilər. Ona görə də Azərbaycanda daxildəki radikalların əli ilə qarşıdurma, xaos yaratmaqla bu sazişin icrasına, ona olan beynəlxalq marağın azalmasına mane olmaq qarşıda duran əsas hədəfdir. Əslində bu cavabla digər bir suala da aydınlıq gətirilmiş olur. Yəni məlum olur ki, radikalları hərəkətə gətirən gizli qüvvə elə erməni lobbisi və onların maliyyəsididr. Bir məqamı da qeyd etmək yerinə düşər ki, indiki halda radikal siyasi düşərgə iki cəhətdən uğur əldə etmilş olur. Birincisi, erməni lobbisinin maliyyəsi ilə iqtisadi və maddi rifah halını bir qədər yaxşılaşdıracaq. İkincisi, seçkilər ərəfəsində özlərini Qərbə, Avropaya əsas qüvvə kimi təqdim edəcəklər. Amma ikinci məqsədə o qədər də nail olmaq mümkün görünmür. Çünki böyük güclər ermənilər kimi radikal düşərgədən də hər zaman lazımsız vasitə kimi istifadə ediblər və onları ciddi siyasi fiqur kimi qəbul etmirlər.

Bir sözlə müşahidələr onu deməyə əsas verir ki, 23 sentyabr mitinqi də əvvəlki aksiyalar kimi yalnız və yalnız radikalların müəyyən miqdarda maliyyə vəsaiti qazanması ilə nəticələnəcək. Yerdə qalan hədəflərin gerçəkləşəcəyi isə qətiyyən mümkün görünmür. Çünki cəmiyyət, xalq Azərbaycan əleyhinə qurulan oyunların heç zaman oyunçusu olmayıb, onlara dəstək göstərməyib.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31