Deputatların etik davranış qaydaları yenidən müzakirəyə çıxarıldı

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə dəyişikliklər edilir.“Olaylar” ın məlumatına görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib. İclasda bildirilib ki, qanun layihəsində deputatın mandatını itirməsi və digər məsələlərlə bağlı dəyişiklik ediləcək. Parlamentin Daxili Nizamnaməsi və Seçki Məcəlləsindən irəli gələrək, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək.

"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinə dəyişikliklər edilir."Olaylar" ın məlumatına görə, sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib. İclasda bildirilib ki, qanun layihəsində deputatın mandatını itirməsi və digər məsələlərlə bağlı dəyişiklik ediləcək. Parlamentin Daxili Nizamnaməsi və Seçki Məcəlləsindən irəli gələrək, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna əlavə və dəyişikliklər ediləcək. Hazırda bununla bağlı içki qrup səviyyəsində işlər aparılır. Qanun layihəsinə dəyişiklik yaxın günlərdə müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31