“Leyli və Məcnun” operası ilk dəfə Moskvada tamaşaya qoyulacaq
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Moskvada tamaşaya qoyulacaq. Səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq. Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.
20 Sentyabr 2017 16:13 Teatr və kinoÜzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası oktyabrın 16-da ilk dəfə Moskvada tamaşaya qoyulacaq. Səhnə əsəri Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayiş olunacaq.
Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.
Sabah Azərbaycan Milli Konservatoriyasında "Leyli və Məcnun"un ilk dəfə Rusiyadakı nümayişi ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 25-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. Apa.az