Azərbaycanda ifadə azadlığı yüksək səviyyədə təmin olunub
Məlum olduğu kimi siyasi məsələlər, eləcə də, ictimai maraq kəsb edən digər məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi mətbuatın üzərinə düşür. Mətbuat nəinki belə məlumat və ideyaları yaymaq vəzifəsini daşıyır, həm də ictimaiyyət həmin məlumat və ideyaları almaq hüququna malikdir. Belə bir şəraitdə cəmiyyətin ifadə azadlığının təmin olunması vacib məslələrdən birinə çevrilir. Qeyd edək ki, ifadә azadlığı demokratik cәmiyyәtin vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından demokratik cәmiyyәt üçün çox vacibdir.
20 Sentyabr 2017 15:53 SosialMəlum olduğu kimi siyasi məsələlər, eləcə də, ictimai maraq kəsb edən digər məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi mətbuatın üzərinə düşür. Mətbuat nəinki belə məlumat və ideyaları yaymaq vəzifəsini daşıyır, həm də ictimaiyyət həmin məlumat və ideyaları almaq hüququna malikdir. Belə bir şəraitdə cəmiyyətin ifadə azadlığının təmin olunması vacib məslələrdən birinə çevrilir. Qeyd edək ki, ifadә azadlığı demokratik cәmiyyәtin vacib tәrkib hissəsi olan vә bir çox digər әsas insan hüquqlarının həyata keçirilmәsi üçün zəruri olan beynəlxalq insan hüquqları qanunlarında tәsbit edilmiş әsas insan hüququdur. Bu informasiya vә fikirlәrin sәrbəst mübadilәsi, siyasi seçimlәr haqqında açıq müzakirә və hökumәtin hərәkətlәrinә ictimaiyyət tərәfindәn nәzarәtә imkan yaradan hüquqdur. Azәrbaycan Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Tәşkilatı üzvü olaraq, əsas beynәlxalq vә regional insan hüquqları sazişlәrinə qoşularaq ifadә azadlığı hüququna riayәt etmək vә onu mühafizә etmək öhdәliyi daşıyır. İfadə azadlığı bir çox digәr әsas insan hüquqlarının hәyata keçirilmәsi üçün başlıca şәrt olan beynәlxalq insan hüquqları qanununda tәmin edilmiş әsas hüquqdur. İfadә azadlığı fərdlәrә öz fikirlərini ifadә etmәk sәlahiyyәti verir. İfadә azadlığı informasiya vә fikirlərin sərbəst mübadilәsi, siyasi seçimlər haqqında açıq müzakirә vә hökumətin hərәkətlәrinә ictimaiyyәt tәrəfindәn nәzarətә imkan yaratdığından demokratik cәmiyyәt üçün çox vacibdir. Hüquqşünas Mirzə Manafov bildirib ki, Universal İnsan Hüquqları Bәyannamәsi (UİHB) özündə ilk dәfә olaraq ifadә azadlığı hüququnu tәsbit edir. Bəyannamədə birmənalı olaraq qeyd edilir ki, hәr kәs fikir vә ifadə azadlığı hüququna malikdir. Bu hüquqa maneәsiz olaraq öz fikrindә qalma vә hər hansı vasitə ilә vә dövlәt sәrhәdlәrindәn asılı olmayaraq informasiya və ideyaları axtarmaq, almaq vә yaymaq azadlığı daxildir. UİHB mәcburedici xarakterli saziş olmasa da, 2-ci Maddәsindә müəyyən edilmiş ifadә azadlığı hüququ beynəlxalq adi hüquq norması kimi geniş qәbul edilmişdir, bu isә onun bütün dövlətlәr üçün mәcburi olmasını ifadə edir. Bundan başqa Mülki və Siyasi Hüquqlar Haqqında Beynәlxalq Paktın (MSHBP) Maddәsindә bu anlayış aşağıdakı kimi şәrh edilir: "Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir. Hәr bir insan öz fikrini sərbəst ifadə etmәk hüququna malikdir; Bu hüquqa hər cür informasiyalara və ideyalara dövlət sәrhәdlərindən asılı olmayaraq şifahi vә ya yazılı şəkildә, mәtbuat vә ya bədii ifadә formaları vasitәsilə və yaxud öz seçiminə uyğun olaraq digәr üsullarla axtarmaq, almaq vә yaymaq hüququ daxildir. Hazırkı maddәnin 2-ci bəndindә nәzәrdә tutulan hüquqlardan istifadə xüsusi öhdəliklәr və xüsusi məsuliyyәti əks etdirir. Buna görә dә o, bəzi mәhdudiyyәtlərlə bağlıdır". Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında ifadə azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirir. Məlum olduğu kimi Azərbaycan 25 yanvar 2001-ci il tarixindәn Avropa Şurasına (AŞ) üzvlüyü, o cümlədən 2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) ratifikasiya etmәsi vasitəsilә bir sıra mühüm ifadә azadlığı öhdəliklərini götürmüşdür. Müvafiq olaraq, Azәrbaycanın yerli hüquqi sistemi vә fәaliyyәtlәri AİHK ilə uyğun olmalıdır və AİHK-nın təfsir edilməsi və tətbiq edilmәsinin həvalә edildiyi Avropa İnsan Hüquqları Mәhkәmәsinin yurisdiksiyasına tabedir. AİHM-nin 10-cu Maddəsindә ifadə azadlığı aşağıdakılar müәyyən edilir: Hәr kəs öz fikrini ifadә etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyindә qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tәrəfindәn hәr hansı maneә olmadan və dövlәt sərhədlərindən asılı olmayaraq, məlumat vә ideyaları almaq vә yaymaq azadlığı daxildir. Bu maddә Dövlәtlәrin radio-yayım, televiziya vә kinematoqrafiya müəәssisəlәrinә lisenziya tәləbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilmәsi milli təhlükәsizlik, ərazi bütövlüyü vә ya ictimai asayiş maraqları naminә, iğtişaşın vә ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mәnəviyyatın qorunması üçün, digәr şәxslərin nüfuzu vә hüquqlarının müdafiəsi üçün, gizli əldә edilmiş mәlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakimәsinin nüfuz vә qərәzsizliyini təmin etmək üçün qanunla nәzərdә tutulmuş vә demokratik cәmiyyətdә zәruri olan müəyyən rәsmiyyətə, şәrtlәrә, mәhdudiyyətlərә və ya sanksiyalara mәruz qala bilər:"Azәrbaycan 1992-ci ildəә ATӘT-ə qәbul edilmiş vә Helsinki Yekun Aktını imzalamışdır. Helsinki Yekun Aktında ATӘT-ə Üzv Dövlәtlәrin "insanlara xas olan lәyaqәtdən ortaya çıxan vә onun sərbәst və tam inkişafı üçün zəruri olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqları vә azadlıqlarının effektiv həyata keçirilmәsini inkişaf etdirmәk vә dәstəklәmәk" vә "UİHB-nin məqsədləri vә prinsiplərinә uyğun olaraq hərəkәt etmәk" üçün öhdəlik daşıdığı qeyd edilir. Həmçinin Azərbaycan ifadә azadlığı vә әlaqәdar əsas hüquqlara, o cümlədәn toplaşma və birlәşmə azadlığı hüququna hörmәt və onların müdafiəsini təmin etmək üçün beynәlxalq qanunlarla öhdəlik daşıyır. Bu öhdәliklərdәn başlanğıc götürәrәk, Azərbaycanın Konstitusiyası və Azərbaycanın yerli qanununda ifadə azadlığı vә digər əlaqәdar hüquqlarla bağlı bir çox müddəalar öz әksini tapır. Bunların böyük əksəriyyətində beynəlxalq standartlara uyğun olaraq ifadə azadlığının müdafiәsi nəzәrdә tutulur". Xatırlatmaq yerinə düşərdi ki, ölkə Konstitusiyasında ifadə azadlığının müdafiəsinin nəzərdə tutulduğu bir neçə maddә öz әksini tapır. Məsələn, Maddә 47-də qeyd edilir: Hər kəsin fikir vә söz azadlığı vardır. Heç kәs öz fikir vә əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə mәcbur edilә bilməz. Maddә 45-dә hәr kəsin öz ana dilindən istifadə etmәk hüququnun olduğu göstərilir. Maddə 48-də vicdan azadlığı nəzərdə tutulur və Maddә 49-da sərbәst toplaşma azadlığı tәmin edilir. Maddə 50-dә mәlumat hüququ nәzərdә tutulur və Maddә 51-də yaradıcılıq azadlığı tәmin edilir. Bundan başqa, Maddә 12-dә qeyd edilir ki, Konstitusiyanın bütün müddəaları beynәlxalq hüququn müvafiq müddəalarına uyğun tətbiq edilməlidir. 151-ci Maddәyə әsasәn, yerli vә beynәlxalq qanunlar arasında ziddiyyət yaranarsa, beynәlxalq qanuna üstünlük verilir. Azərbaycan Respublikasının yerli qanunvericiliyi şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı haqqında müddəaları əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən: "Hər kəsin fikir və söz azadlığı vardır." Eyni zamanda, 50-ci maddə məlumat azadlığını əks etdirir: "Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır." Göründüyü kimi Konstitusiya, düzgün hakimiyyət və qanunun aliliyi ilə idarə olunan cəmiyyətin bünövrəsi olan söz azadlığını təmin edir, amma praktikada söz azadlığını həyata keçirənlər məhz kütləvi informasiya vasitələridir. Bununla yanaşı, ölkədə qüvvədə olan, eynəlxalq standartlara cavab verən "İfadə azadlığı haqqında" qanun informasiya azadlığının həyata keçirilməsi üçün qaydalar müəyyənləşdirir, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində dövlət orqanlarının, bələdiyyələrin, mülkiyyət növündən asılı olmayaraq bütün hüquqi şəxslərin vəzifə və funksiyalarını tənzimləyir. Qanunvericiliyə əsasən hər kəsin istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Lakin informasiya azadlığının həyata keçirilməsi digər insanların hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının pozulmasına səbəb olmamalıdır. Sənəddə birbaşa göstərilir ki, "bu qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir". Bu isə o deməkdir ki, Azərbaycan ifadə azadlığı sahəsində nəinki milli qanunvericiliyə riayət edir, hətta beynəlxalq sənədlərə tərədaş çıxır. Nəticədə ölkədə ifadə azadlığı yüksək səviyyədə təmin olunmuş olur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir