Oğru “iş başında” yaxalandı

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini tutularaq təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 20-də saat 05.24-də Gəncə şəhəri ərazisindəki mağazaların birindən Nizami (Gəncə) Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini tutularaq təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 20-də saat 05.24-də Gəncə şəhəri ərazisindəki mağazaların birindən Nizami (Gəncə) Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn RMŞ-nin əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev tutularaq Nizami (Gəncə) RPİ-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31