Bəzi qara qüvvələrin əlinə fürsət düşüb

Onlar xalqı, cəmiyyəti doğru yoldan yayındırmaq istəyirilər Müxalifətin radikal qanadı yenə mitinq eşqinə düşüb. Aldıqları tapşırıq əsasında Milli Şura adlanan qurum sentyabrın 23-də paytaxtdakı “Məhsul” stadionunda aksiya keçirməyi qərarlaşdırıb. Ənənəvi olaraq hər mitinq öncəsi olduğu kimi bu dəfə də Əli Kərimlinin “facebook qəhrəmanları” sosial şəbəkələrdə mitinqə çağırışlar edirlər. Yenə hədəf Azərbaycan dövlətçiliyi, hakimiyyət, mövcud iqtidardır. Sivil siyasi mübarizə yolundan tamamilə uzaq olan bu qüvvələrin aksiyaları kimi ona çağırış müraciətləri də qeyri-etik, siyasi mübarizə metodlarına ziddiyyət təşkil edir. Bu kimi çağırışlarda radikalların əsas hədəfi isə ölkə başçısı olur. Sosial şəbəkələrdə dövlət başçısının ünvanına qeyri-etik ifadələr səsləndirən “facebook qəhrəmanları” bununla bir daha özlərinin siyasi mədəniyyətdən kənar, siyasi mübarizə üsulundan uzaq biri olduqlarını sərgiləyirlər.

Onlar xalqı, cəmiyyəti doğru yoldan yayındırmaq istəyirilər

Müxalifətin radikal qanadı yenə mitinq eşqinə düşüb. Aldıqları tapşırıq əsasında Milli Şura adlanan qurum sentyabrın 23-də paytaxtdakı "Məhsul" stadionunda aksiya keçirməyi qərarlaşdırıb. Ənənəvi olaraq hər mitinq öncəsi olduğu kimi bu dəfə də Əli Kərimlinin "facebook qəhrəmanları" sosial şəbəkələrdə mitinqə çağırışlar edirlər. Yenə hədəf Azərbaycan dövlətçiliyi, hakimiyyət, mövcud iqtidardır. Sivil siyasi mübarizə yolundan tamamilə uzaq olan bu qüvvələrin aksiyaları kimi ona çağırış müraciətləri də qeyri-etik, siyasi mübarizə metodlarına ziddiyyət təşkil edir. Bu kimi çağırışlarda radikalların əsas hədəfi isə ölkə başçısı olur. Sosial şəbəkələrdə dövlət başçısının ünvanına qeyri-etik ifadələr səsləndirən "facebook qəhrəmanları" bununla bir daha özlərinin siyasi mədəniyyətdən kənar, siyasi mübarizə üsulundan uzaq biri olduqlarını sərgiləyirlər. Təbii ki, onların bu kimi qeyri-etik mübrizə üsulu, çağırışları isə cəmiyyətdə birmənalı olaraq etiraz, əks reaksiya doğurur.

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da radikalların bu kimi cəhdlərini qətiyyətlə pisləyərək qeyd edir ki, bəzi qara qüvvələrin əlinə fürsət düşüb və onlar xalqı, cəmiyyəti doğru yoldan yayındırmaq istəyirilər. Əkrəm Həsənov bu baxımdan cəmiyyətin diqqətli və ayıq-sayıq olmasını zəruri sayır: "Buna əmin olun ki, dövlət idarəçilərinin etibarını zədələmək, onları pisləmək, eyiblərini açığa çıxarmaq böyük bir günah, çirkin bir fəlakətdir. İslam bunu qadğan etmiş və bunu edənləri pisləmişdir. 
Belə davranışlar din və dünyanın pozulmasının əsli olan, idarəçilərə qarşı çıxmağın ayaq səsləridir. 
Məqsəd üçün keçərli olan hökmün, vəsilə üçün də keçərli olması bilinən bir məsələdir. İdarəçiyə, rəhbərə qarşı çıxmağın haram olduğunu və ona qarşı çıxanları pisləyən bütün şəriət mətnləri eyni zamanda idarəçinin etibarını zədələmənin, onu pisləmənin haram olduğuna və belə hərəkət edənlərin pislənməsinə dəlildir.  İki səhih hədis kitabında Əbu Hüreyrə (Allah ondan razı olsun) hədisindən sabit olduğu kimi Peyğəmbər belə buyurdu: "Allaha və axirət gününə iman edən ya xeyir söyləsin, ya da sussun" (Buxari, əl-Fəth 10/445-531, Müslim, 1/68). Yenə iki hədis kitabında Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) dedi ki; "Ey Allahın Rəsulu! Hansı islam daha fəzilətlidir? - dedilər. "Müsəlmanların dilindən və əlindən əmin olduğu şəxs" - buyurdu (Buxari, 1/54, Müslim, 1/65)".İlahiyyatçı bildirib ki,   idarəçiləri pisləməyə aid qadağan xüsusi bir şəkildə varid olmuşdur: "Çünki, onları pisləməkdə, etibarlarını zədələmək, fitnə toxumlarını səpmək, ümmətə şər qapılarını açmaq deməkdir. Sünən ət-Tirmizidə Ziyad bin Kuseyb bin əl-Ədəvidən rəvayətə görə, dedi ki, İbn Amirin minbərinin altında Əbu Bəkrənin yanında idim (bu Əbu Bəkr deyil). İbn Amir üzərində incə bir paltar ilə xütbə verirdi. Əbu Bilal (Xəvariclərdən biri idi, yəni indiki terrorçu dəstələrə oxşayanlardan biri, həmin xəvaric fikrində olanlardan biri, əsl adı Mirdas bin Udeyyədir): "başçımıza baxın, fasiqlərin paltarını geyinir" dedi. Əbu Bəkrə ona dedi: - Sus, mən Rəsulullahın (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Kim Allahın yer üzərindəki sultanını kiçik düşürərsə Allah da onu kiçik düşürər". Yəni, kim Allahın insanlar üçün seçdiyi başçını aşağılayarsa, uca Allah da onu aşağılayar.
İbn Əbu Asim əs-Sünən əsərində deyir: Bizə Hədiyyə bin Əbdülvəhhab bildirdi. Dedi ki, bizə əl-Fəzl bin Musa bildirdi. Dedi ki, bizə Hüseyn bin Vakid Qeys bin Vəhbdən, o da Ənəs bin Malikdən bildirdi. Ənəs bin Malik (Allah ondan razı olsun) dedi: Peyğəmbərin səhabələrindən olan böyüklərimiz bizə qadağan edib dedilər: "Əmirlərinizi, idarəçilərinizi, dövlət rəhbərlərinizi pisləməyin. Onları aldatmayın, onlara qəzəblənməyin. Allahdan qorxun və səbr edin. Şübhəsiz ki, Allahın vədi yaxındır". İsnadı etibarlıdır.  Əbu Ümamədən Peyğəmbər (s.ə.s) buyurdu: "Dövlət rəhbərinizi, idarəçilərinizi pisləməyin. Onların yaxşılığı üçün Allaha dua edin. Çünki, onların yaxşılığı sizin də yaxşılığınız deməkdir". Bunu Təbərani əl-Əvsat və əl-Kəbirdə, müəllimi Hüseyn bin Məhəmməd bin Musab əl-Əsnanidən rəvayət etmişdir. əl-Heysəmi bu hədisi doğrulamışdır. Hətta Əbu Ubeyda bin əl-Cərrah bu rəvayəti etibarlı hesab edib demişdir: "Sultanlarınıza (dövlət rəhbərlərinizə) xoşagəlməz sözlər deməyin. Çünki, dövlət rəhbərləri, idarəçiləriniz Allahın yer üzərindəki kölgələridir" (Beyhaqi, "əl-Cami li Şuabil İman" əsəri, 13, 186-102)". Əkrəm Həsənovun sözlərinə görə,  İslam alimlərinin dövlət rəhbərlərini yüksək qiymətləndirməsi onların böyük məsuliyyət sahibi olmalarını göstərir: "Onların etibarını zədələmək insanların onlara qarşı çıxmasına səbəb ola bilər ki, bununla da insanlar özləri zərərə düşər. Ölkədə xaos və qarışıqlığa səbəb ola bilər. Sonda isə insanların özü böyük bir fəlakətə düşə bilərlər. Özünü müsəlman bilən heç bir ağıllı şəxs belə özünə zərər verəcək davranışa yol verməz. Belə etmiş olsa belə zərəri yenə də özünə toxunmuş olar".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31