Gündəm
Buddist etirazçılar yardım karvanının qarşısını kəsdilər
Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin Arakan müsəlmanlarına göndərdiyi yardım karvanı buddist etirazçılar tərəfindən əngəllənib. Nümayiş keçirən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.
Safura 25 yaşını belə qeyd etdi
İkinci uşağına hamilə olan eks-müğənni Safura Əlizadə doğum gününü qeyd edib. Bakıda keçirilən ad günü partisində Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Avroviziya təmsilçimiz Aysel Adıgözəlzadə, aktyor Cabir İmanov və həyat yoldaşı, Safuranın bacısı, modelyer Fidan Əlizadə və ailə yaxınları da olub. 25 yaşlı sənətçi doğum günündən olan fotoları sosial media hesabında paylaşıb.
Baş Prokurorluq: Qadını vurub qaçan sürücü tutuldu
Sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vuraraq hərəkət zolağının qarşı tərəfinə çıxıb “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçmış, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdü. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Şamaxıda sahibkarlara güzəştli kreditlər verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində Form keçirib. Nazirlikdən “Olaylar”a veriln məlumata görə, Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit ayrılıb.
Nazirlik istehlakçı hüquqlarına dair konfrans keçirib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçılar üçün növbəti maarifləndirici Konfrans sentyabrın 21-də Samuxda keçirilib. Nazirlikdən “Olaylar" - a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb. Konrfansa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, qanunvericiliyin tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələri və s. barədə ətraflı məlumat veriblər, tədbir iştirakçılarının suallarını cavablandırılıblar.
“Leyli və Məcnun” 100 ildən sonra Moskvada nümayiş olunacaq
Oktyabrın 16 – da Moskva şəhərində, “Crocus City Hall” konsert zalında Məhəmməd Füzulinin eyni adlı faciəsinin motivləri əsasında, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 1908 – ci ildə bəstələdiyi, Azərbaycan milli musiqi mədəniyyətinin incisi hesab olunan “Leyli və Məcnun” operası nümayiş olunacaq. Bununla bağlı, sentyabrın 21 – də Milli Konservatoriyada mətbuat konfransı keçirildi. Konfransda Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, gənc xanəndə Arzu Əliyeva iştirak edirdilər. Premyera Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Milli Konservatoriyanın və Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət studiyasının təşkilatçılığı ilə baş tutacaq.
Kərəm Həsənov Salyanda vətəndaş qəbulu keçirəcək
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 sentyabr 2017-ci il tarixində Salyan rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbul saat 11:00-da Salyan Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, qəbulda Salyan rayonu ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb
Sentyabrın 21 – də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və tətbiq olunan yeniliklərə” həsr olunmuş təqdimat mərasimi keçirilib. “Olaylar” - a daxil olan məlumata əsasən tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev qeyd edib ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilməsi işi başa çatdırılıb və 2016-2017-ci illər üzrə 10 mərkəzi və 13 yerli icra hakimiyyəti orqanının seçilən 412 dövlət xidməti qiymətləndirilib.
Sabiq baş nazir azadlığa buraxıldı
Qazaxıstanın sabiq baş naziri Serik Ahmedov azadlığa buraxılıb. Bu barədə "Tengrinews.kz" saytı xəbər yayıb. Həbsxana önündə jurnalistlərə açıqlama verən keçmiş baş nazir gələcək planlarını hələlik müəyyənləşdirmədiyini bildirib.
İspaniyada Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolundan danışılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin Məsləhətçi eksperti Fuad Şahbazov İspaniya Tələbələr Assosasiyası, Barselona Strateji Araşdırmalar İnstitutu və Kral Xuan Karlos Universiteti nəzdindəki Siyasi Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə İspaniya Krallığının paytaxtı Madrid şəhərində keçirilən “İnkluziv təhlükəsizlik və Dayanıqlı sülh” mövzusundakı beynəlxalq dəyirmi masada iştirak edib.
Arzu Rəhimov Şəkidə vətəndaşları qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Şəki şəhərində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, qəbulda 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.
Daxili orqanında gizlədilən heroin aşkar edildi
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığından onun daxili orqanları həkim müayinəsindən keçirilib.
Dövlət Komitəsi mətbuatı obyektiv olmağa çağırıb
Ötən gün bəzi internet saytlarında yayımlanan "Psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi davam edir" başlıqlı məqalədə müəllif psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizədə gömrük xidmətinin gördüyü işi, həyata keçirdiyi əməliyyat və tədbirləri araşdırmadan, bu barədə səlahiyyətli dövlət qurumundan, yəni müvafiq gömrük orqanından rəsmi münasibət öyrənmədən Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətinə kölgə salan mövqe nümayiş etdirib. DGK Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, son bir ildə psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizədə irimiqyaslı əməliyyatların həyata keçirildiyi və guya bu əməliyyatlardan gömrük orqanlarının xəbərsiz olduğu, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan məlumatlara etinasız yanaşdığına dair həqiqətə uyğun olmayan iddialar irəli sürülür:
İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində YAP-ın 25 illiyi münasibəti ilə konfrans keçirilib
“Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, yarandığı vaxtdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası (YAP) sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçib”. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə nazirlikdə keçirilən konfransda vurğulayıb.













