Sabiq baş nazir azadlığa buraxıldı

Qazaxıstanın sabiq baş naziri Serik Ahmedov azadlığa buraxılıb. Bu barədə "Tengrinews.kz" saytı xəbər yayıb. Həbsxana önündə jurnalistlərə açıqlama verən keçmiş baş nazir gələcək planlarını hələlik müəyyənləşdirmədiyini bildirib.

 Xatırladaq ki, büdcədən külli miqdarda pul oğurlamaqda, qanunsuz sahibkarlıqla məşğul olmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən S. Ahmedov 2015-ci ilin dekabrında saxlanılıb. O bütün əmlakı müsadirə olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş baş nazir dövlətə 2,2 milyard tenge (təxminən 6,5 milyon dollar) ödədikdən sonra məhkəmənin qərarı ilə həbs cəzası 2 il 8 aya endirilib. Bu ilin yanvar ayında isə o, amnistiyaya düşüb.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31