İspaniyada Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolundan danışılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin Məsləhətçi eksperti Fuad Şahbazov İspaniya Tələbələr Assosasiyası, Barselona Strateji Araşdırmalar İnstitutu və Kral Xuan Karlos Universiteti nəzdindəki Siyasi Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə İspaniya Krallığının paytaxtı Madrid şəhərində keçirilən “İnkluziv təhlükəsizlik və Dayanıqlı sülh” mövzusundakı beynəlxalq dəyirmi masada iştirak edib.
21 Sentyabr 2017 15:39 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin Məsləhətçi eksperti Fuad Şahbazov İspaniya Tələbələr Assosasiyası, Barselona Strateji Araşdırmalar İnstitutu və Kral Xuan Karlos Universiteti nəzdindəki Siyasi Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə İspaniya Krallığının paytaxtı Madrid şəhərində keçirilən "İnkluziv təhlükəsizlik və Dayanıqlı sülh" mövzusundakı beynəlxalq dəyirmi masada iştirak edib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, İspaniya Müdafiə Nazirliyi, İspaniya Kiber Təhlükəsizlik Mərkəzi və Barselona Strateji Araşdırmalar Mərkəzi mütəxəssislərinin iştirakı ilə həyata keçirilən tədbirdə Fuad Şahbazov "Azərbaycan - Aİ münasibətləri" və "Cənubi Qafqazda təhlükəsizlik" mövzularında iştirakçılar qarşısında çıxış edərək, onları Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki mühüm rolu, habelə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi və münaqişənin mümkün həlli yolları barədə məlumatlandırıb.