Gündəm

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının İş Yerlərinin Diaqnostikası missiyası üzrə nümayəndə heyəti ilə görüş olub

21 Sentyabr 2017 17:42

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının İş Yerlərinin Diaqnostikası Missiyası üzrə nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd ölkəmizdə məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, qarşıda duran əsas hədəflər barədə təhlillərin aparılması, Dünya Bankının iş yerlərinin diaqnostikası üzrə yanaşmaları haqqında məlumatların verilməsi, birgə fəaliyyət yollarının müzakirə olunmasıdır.

Melaniya Trampın geyimi ETİRAZLA QARŞILANDI

21 Sentyabr 2017 17:40

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın BMT-nin ümumi iclasındakı çıxışı zamanı geyindiyi paltar sosial mediada gündəm olub. Birinci xanımın geyindiyi 3000 dollar dəyərindəki geyim “Villi Vonka və Şokolad fabriki” filmindəki Delpozo obrazının geyiminə bənzədilib.

O sürücü İŞDƏN QOVULDU

21 Sentyabr 2017 17:30

Sentyabrın 20-də 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü işindən azad edilib. Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, sürücü tərəfindən qanunverciliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntüylə bağlı Agentlik tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb. Sözügedən görüntülərdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlanılması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur. 66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu Agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib.

“Forsaj-şou” Bakıda

21 Sentyabr 2017 17:26

Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək. "Olaylar" bildirir ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir. Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.

Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolundan danışılıb

21 Sentyabr 2017 17:21

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının icra etdiyi “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev  qeyd edib ki, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək lazımdır. DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov çıxışında gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub 

21 Sentyabr 2017 17:19

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Qazaxıstan- Azərbaycan gənclər günlərinə star verildi

21 Sentyabr 2017 17:10

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı  Gənclər Forumu çərçivəsində Qazaxstan- Azərbaycan gəncləri günlərinə start verildi. “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən bildirilib ki, Ş. Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar institutunda baş tutan tədbirdə Azərbaycanı  gənclər və idman nazirinin müavini İntiqam Bababyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edirdi. Qazaxıstanın Dini məsələr və vətəndaş cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov  hər iki ölkənin tarixi köklərə sığınan dostluq, qardaşlıq münasibətlərindən söz açaraq, Azərbaycan nümayəndə heyətinin Qazaxıstanda olmasından məmnunluq hissi duyduğunu bildirib, səmimiyyətlə hər kəsi salamladı. Departament direktoru Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev tərəfindən Xəzəryanı Gənclər Forumunun keçirilməsi ilə bağlı təşəbbüsün irəli sürüldüyünü və bununla da müxtəlif tədbirlərin həyata keçirilməsi qərarının verildiyini bildiridi.

MN-nin kollegiyası: Ali Baş Komandanın BMT-də səsləndirdiyi fikirlər ordumuz üçün əmrdi  

21 Sentyabr 2017 17:07

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib. “OLAYLAR”-ın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

“Mardan Palas” ətrafında yeni problem – Satış dayandı

21 Sentyabr 2017 16:58

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus Antalyadakı “Mardan Palas” (“Mardan Palace”) otel kompleksi artıq rəsmi saytı vasitəsi ilə onlayn otaq satışlarını dayandırıb. Bu barədə “Hürriyət” informasiya yayıb. Məlumata görə, otelin rezervasiya xəttinə və göndərilən sorğulara cavab verilmir. Saytda otaq sifariş etmək istədikdə isə axtarılan kriteriyalara uyğun nömrə olmaması barədə bildiriş ortaya çıxır. Dünyanın ən yaxşı oteli seçilən “Mardan Palas”ın saytı oteldə sentyabr və oktyabr aylarında qeydiyyatdan keçməyin mümkün olmadığını göstərir. Noyabr ayının göstərildiyi tarix isə sistem tərəfindən avtomatik ləğv olunur.

300 milyon uşağın həyatı təhlükədə

21 Sentyabr 2017 16:55

Bu gün UNICEF yeni hesabatda bildirib ki, dünyada yalnız 15 ölkənin valideynlərin öz azyaşlı uşaqlarının sağlam beyin inkişafını dəstəkləmək üçün ehtiyac duyduqları vaxt və resurslarla təmin edən üç əsas milli siyasətə sahibdir. Beş yaşadək dünya uşaqlarının hər səkkizindən birinin yaşadığı 32 ölkədə bu siyasətlərin heç biri mövcud deyil. Hər bir Uşaq üçün Erkən Anların Önəmi adlı hesabata əsasən, iki illik ödənişsiz məktəbəqədər təhsil, ilk altı ay boyunca ana südü ilə qidalandırma üçün ödənişli fasilələr və altı aylıq ödənişli analıq məzuniyyəti, o cümlədən dörd həftəlik ödənişli atalıq məzuniyyəti erkən uşaqlıq dövrünün optimal inkişafının təməlini qoyur. Bu siyasət sahələri valideynlərə öz uşaqlarını qorumaqda və uşaqların beyinlərinin bir daha təkrarlanmayacaq sürətlə inkişaf etdiyi həyatın ilk illərində onları daha yaxşı qidalanma, oyun və öyrənmə təcrübələri ilə təmin etməkdə kömək edir.

İŞİD-dən xilas edilən uşaqlar Azərbaycana gətiriləcək 

21 Sentyabr 2017 16:47

Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Bunu açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.   R.Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib: "Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda, ictimaiyyətə məlumat veriləcək".

Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib

21 Sentyabr 2017 16:39

Təhsil Nazirliyi yanında Tələbə və Gənclər üzrə Daimi Şuranın ilk iclası keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Daimi Şuranın yaradılmasının məqsədi, əhəmiyyəti, beynəlxalq təcrübə və gözləntilər haqqında təqdimat olub. Şura üzvləri tələbə və gənclərlə iş sahəsində yeni çağırış və yanaşmalar, mövcud imkanlar, eləcə də Daimi Şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin könüllülük, təşviqat kampaniyalarının aparılması, tələbələr üçün təcrübə proqramlarının dəstəklənməsi kimi mövzular müzakirə edilib. Tələbə və gənclərin istəklərinin daha yaxından öyrənilməsi üçün növbəti görüşün ali təhsil müəssisələrinin birində  keçirilməsi qərara alınıb.

Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb

21 Sentyabr 2017 16:38

Sentyabrın 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Məktəb-Lisey Kompleksində olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. Bu barədə məlumat “OLAYLAR”-a Baş Təhsil İdarəsindən daxil olub. Bildirilib ki, idarə müdiri MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Günəş sistemində analoqu olmayan göy cismi kəşf edildi

21 Sentyabr 2017 16:32

Günəş sistemində Marsla Yupiter arasındakı asteroid qurşağında daha öncə bənzəri görünməmiş göy cisimləri kəşf edilib. Quyruqlu ulduza bənzəyən bu cisimlər bir-birinin ətrafında fırlanır. Göy cisimləri Almaniyanın Maks Plank Universitetin elm adamları tərəfindən tapılıb.

"Mariya" daha bir ölkəni cənginə aldı

21 Sentyabr 2017 16:31

Karib adaları və Porto Rikonu yerlə yeksan edən "Mariya" qasırğası yenidən 3-cü kateqoriya səviyyəsinə yüksəlib. Qasırğa hazırda Dominik Respublikasına doğru hərəkət edir. Qasırğa adanın şərq sahillərinə sel yağışı və şiddətli külək gətirib. Təbiət hadisəsi 115 km sürətlə adanın daxilinə doğru irəliləyir. Buna görə bölgədə okean suyunun səviyyəsi təhlükəli dərəcədə artıb.