Gündəm
Özcan Deniz ata olacaq
Türkiyəli rejissor-aktyor Özcan Deniz ata olacaq. 45 yaşlı sənətçinin özündən 20 yaş kiçik sevgilisi Feyza Aktan hamilədir. Evlənməyə hazırlaşan cütlük şad xəbəri yaxınları ilə də bölüşüb.
Bu gündən Məhərrəm ayı başlayır
Bu gündən Məhərrəm ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
Türkiyə ordusu sərhədi keçdi
Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnika Cilvegözü sərhəd keçid məntəqəsindən Suriyaya keçib. Hərbi texnika İdlibə hərəkət etmədən əvvəl aralıq zonada saxlanılır. Xatırladaq ki, Astanada keçirilən son toplantıda Rusiya, İran və Türkiyə “Əl-Qaidə” qruplarının nəzarəti altında olan İdlibdə dördüncü təhlükəsiz zonanın sərhədləri barəsində razılığa gəlib. Müqavilə haqqında məlumat verən mənbələrin sözlərinə görə, İdlib 3 hissəyə bölünəcək və vilayətin qərbi Ankaranın nəzarəti altında olacaq.
Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib
Bəstəkarlar İttifaqında klassik Azərbaycan bəstəkarlarının xor, vokal və kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafında xidmətlərindən danışıb. O, festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların onun zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını bildirib. Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinə olduğunu deyən F.Əlizadə onun əsərlərinin araşdırılmasının hər zaman aktual olacağını qeyd edib.
Muğam Mərkəzində “Sevgili canan”
Beynəlxalq Muğam Mərkəzində “Sevgili canan” adlı konsert proqramı təqdim edilib. Konsert Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.
"Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər"
"Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər". Bunu dünya şöhrətli alim Lütfizadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib. Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsində görə ləngiyir:
Dünyanın ən varlı qadını dünyasını dəyişdi
"L'Oreal" korporasiyasının şəriki və Amerikanın "Forbes" jurnalının versiyasına görə dünyanın ən zəngin qadını olan Lilian Bettankur 94 yaşında vəfat edib. Bu barədə cümə axşamı "Franc-Press" məlumat yayıb.
Terror təşkilatı Suriyada seçkilər keçirəcək
PYD (PKK terror təşkilatının Suriya qanadı, kürdlərin özləri tərəfindən “Demokratik İttifaq” Partiyası adlandırılır - red.) Dəməşqin etirazına baxmayaraq, sentyabrın 22-də bələdiyyə seçkiləri keçirəcək. Bu haqda PYD-nin lideri Saleh Müslüm bildirib. Suriyanın şimalında kürdlər tərəfindən elan edilmiş federativ regionda bələdiyyə seçkilərindən sonra - noyabrda yerli şuralara, 2018-ci ilin yanvar ayında isə yerli “parlament”ə seçkilərin keçirilməsi nəzərdə tutulur.
Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır. Bu barədə Ermənistan parlamentinin rəsmi “Facebook” səhifəsində məlumat qeyd edilib. Xatırladaq ki, erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb.
Mobil qurğular üçün 1 terabaytlıq sərt disk təqdim olunub
“Toshiba Electronics Europe GmbH” (TEE) şirkəti iritutumlu məlumatların etibarlı mühafizəsini tələb edən noutbuk, oyun sistemləri, kiçikqabaritli masaüstü fərdi kompüterlər (monobloklar), televiziya qurğuları və digər qurğularla uyğunluq təşkil edən 1 terabayt tutumlu “MQ04” seriyalı yeni sərt disk təqdim edib. Bir diskli “MQ04” seriyalı qurğular 1 terabaytlıq məlumatı saxlamağa imkan verir və 7 mm qalınlığında 2,5 düym diaqonallı kompakt form-faktor korpusunda buraxılır. “SATA 6Gb/s” interfeysi və 5400 dövr/dəq dövretmə tezliyi 128 meqabayt tutumlu böyük yaddaş və stabil axtarış vaxtı ilə birlikdə məlumatların daxili ötürmə sürətini əvvəlki 1 terabaytlıq “MQ01” seriyalı modellərlə müqayisədə 34 faiz artırır. Yeni model, həmçinin əvvəlki nəsil modellərlə müqayisədə daha aşağı səsə və çəkiyə malikdir.
“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib
Məlumatın toplanılmasına qarşı intellektual mühafizə sisteminə malik “Safari 11” brauzeri artıq “macOS Sierra” və “OS X El Capitan” sistemləri üçün əlçatandır. “Apple” öz brauzerinin yeni versiyasında aşağıdakı funksiyaları istifadəyə verib:
Ekspert: “Ödənişli antivirus proqramları faydasızdır”
“Mashable” internet resursunun eksperti Cek Mores “Avast”, “Kasperskiy” və “Dr.Web” kimi antiviruslara artıq müasir dünyada ehtiyac qalmadığını və aktuallığını itirdiyini açıqlayıb. Ekspert hesab edir ki, həmin antivirusların və onların analoqlarının dövrü həmişəlik bitmək üzrədir. Onun sözlərinə görə, istifadəçilər pullu antivirus proqramları əvəzinə əməliyyat sistemlərinə quraşdırılan antiviruslardan yararlana bilərlər. Məsələn, “Windows” əməliyyat sistemində zərərli saytlara çıxışı bağlayan “Defender” antivirus proqramı quraşdırılıb.
Səudiyyə Ərəbistanı hakimiyyəti “Skype” və başqa messencerlər vasitəsilə zənglərə qoyulmuş qadağanı ləğv edib
Səudiyyə Ərəbistanı hakimiyyəti "Skype", "WhatsApp", "Facebook Messenger", "Viber" və başqa analoji xidmətlər daxil olmaqla məşhur messencerlər vasitəsilə səsli və video zənglərə qoyulmuş qadağanı ləğv edib. Bu haqda "Reuters" xəbər agentliyi məlumat yayıb. Ökənin hakimiyyət orqanları messencerlərin monitorinqini həyata keçirəcək və qanunsuz məzmunu bloka salacaq. Kommunikasiya və informasiya texnologiyaları üzrə komissiyanın nümayəndəsi bildirib ki, istifadəçilər heç bir halda ölkə daxilində və ya xaricə monitorinqsiz və senzurasız zəng edə bilməyəcək.
Tarixdə ilk dəfə TRANS QADIN Oskara NAMİZƏDDİR
Çilidən olan aktrisa Daniela Veqa Oskar mükafatını qazanan ilk trans qadın ola bilər. 28 yaşındakı aktrisa Çili istehsalı olan “Fantastik qadın” filmindəki performansı ilə izləyiciləri heyran qoyub. Daniela filmdə də “Marina” adlı trans bir qadını canlandırır. “Variety” adlı dərgi Danielanın performansını yüksək qiymətləndirib.
Mansuryanın yerinə Fatih Terim
İranın “İstiqlal” futbol komandası baş məşqçi Əli Rza Mansuryanın istefa verməsindən sonra sürpriz təklif irəli sürüb. Klubun baş idarəçisi Rza İftixari Türkiyə milli komandasının keçmiş baş məşqçisi Fatih Terimi kluba dəvət edib. İdarəçi bu barədə, komandanın rəsmi internet saytında açıqlama verib:














