Terror təşkilatı Suriyada seçkilər keçirəcək

PYD (PKK terror təşkilatının Suriya qanadı, kürdlərin özləri tərəfindən “Demokratik İttifaq” Partiyası adlandırılır - red.) Dəməşqin etirazına baxmayaraq, sentyabrın 22-də bələdiyyə seçkiləri keçirəcək. Bu haqda PYD-nin lideri Saleh Müslüm bildirib. Suriyanın şimalında kürdlər tərəfindən elan edilmiş federativ regionda bələdiyyə seçkilərindən sonra - noyabrda yerli şuralara, 2018-ci ilin yanvar ayında isə yerli “parlament”ə seçkilərin keçirilməsi nəzərdə tutulur.

PYD (PKK terror təşkilatının Suriya qanadı, kürdlərin özləri tərəfindən "Demokratik İttifaq" Partiyası adlandırılır - red.) Dəməşqin etirazına baxmayaraq, sentyabrın 22-də bələdiyyə seçkiləri keçirəcək. Bu haqda PYD-nin lideri Saleh Müslüm bildirib.

Suriyanın şimalında kürdlər tərəfindən elan edilmiş federativ regionda bələdiyyə seçkilərindən sonra - noyabrda yerli şuralara, 2018-ci ilin yanvar ayında isə yerli "parlament"ə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Dəməşq daha əvvəl kürdlərin planlarını "gülünc" adlandırıb və söz verib ki, ölkənin heç bir hissəsinin ayrılmasına icazə verməyəcək.

Qeyd edək ki, Suriya kürdləri 2016-cı ilin martında onların silahlı dəstələrinin nəzarəti altında olan üç kantondan ibarət "Şimali Suriya Federasiyası"nın (Rojava) yaradıldığını elan edib. Dəməşq kürd regionunun yaradılmasını tanımayıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31