Türkiyə ordusu sərhədi keçdi

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnika Cilvegözü sərhəd keçid məntəqəsindən Suriyaya keçib. Hərbi texnika İdlibə hərəkət etmədən əvvəl aralıq zonada saxlanılır. Xatırladaq ki, Astanada keçirilən son toplantıda Rusiya, İran və Türkiyə “Əl-Qaidə” qruplarının nəzarəti altında olan İdlibdə dördüncü təhlükəsiz zonanın sərhədləri barəsində razılığa gəlib. Müqavilə haqqında məlumat verən mənbələrin sözlərinə görə, İdlib 3 hissəyə bölünəcək və vilayətin qərbi Ankaranın nəzarəti altında olacaq.

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnika Cilvegözü sərhəd keçid məntəqəsindən Suriyaya keçib. Hərbi texnika İdlibə hərəkət etmədən əvvəl aralıq zonada saxlanılır.

Xatırladaq ki, Astanada keçirilən son toplantıda Rusiya, İran və Türkiyə "Əl-Qaidə" qruplarının nəzarəti altında olan İdlibdə dördüncü təhlükəsiz zonanın sərhədləri barəsində razılığa gəlib. Müqavilə haqqında məlumat verən mənbələrin sözlərinə görə, İdlib 3 hissəyə bölünəcək və vilayətin qərbi Ankaranın nəzarəti altında olacaq.

Suriyaya keçən hərbi texnika da məhz bu vəzifənin yerinə yetirilməsi üçün istifadə olunacaq. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31