Tarixdə ilk dəfə TRANS QADIN Oskara NAMİZƏDDİR

Çilidən olan aktrisa Daniela Veqa Oskar mükafatını qazanan ilk trans qadın ola bilər. 28 yaşındakı aktrisa Çili istehsalı olan “Fantastik qadın” filmindəki performansı ilə izləyiciləri heyran qoyub. Daniela filmdə də “Marina” adlı trans bir qadını canlandırır. “Variety” adlı dərgi Danielanın performansını yüksək qiymətləndirib.

Çilidən olan aktrisa Daniela Veqa Oskar mükafatını qazanan ilk trans qadın ola bilər.

28 yaşındakı aktrisa Çili istehsalı olan "Fantastik qadın" filmindəki performansı ilə izləyiciləri heyran qoyub. Daniela filmdə də "Marina" adlı trans bir qadını canlandırır.

"Variety" adlı dərgi Danielanın performansını yüksək qiymətləndirib.

Öz həyatı ilə oynadığı obraz arasında bağlantılar quran D.Veqa aktrisalığın onu yenidən həyata qaytardığını bildirib: "Məktəbdə oxuyanda şiddətlə qarşılaşdım. Yeniyetmə dövründə və gənc olduğum zamanlarda isə iş axtararkən eyni şeylərlə qarşılaşdım. Aktrisalıq məni yenidən həyata qaytardı".

Qeyd edək ki, Çili "Fantastik qadın" filmini Oskar mükafatlarına namizəd olaraq göstərib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31