Gündəm
Türkiyəli alimlər: "Susuzluq Altsheymer xəstəliyinə səbəb olur"
Türkiyəli alimlər bildiriblər ki, orqanizmdə bir faiz su itkisi zamanı beyinin fəaliyyəti 5 faiz geriləyir. Anadolu agentliyinin xəbərinə görə, su itkisi 2 faizə yüksələrsə, qısa müddət ərzində yaddaş zəifləyir və yeni öyrənilənlər tezliklə unudulur. Diqqətin toplanması çətinləşir, riyazi məsələlərin həllində problemlər yaranır. Su itkisinin uzun müddət davam etməsi isə Altsheymer xəstəliyinə zəmin yaradır.
Şahzadənin kateri batdı
Səudiyyə Ərəbistanının Vəlihədi Şahzadə Məhəmməd bin Salmanın 550 milyon dollarlıq kateri Qırmızı dənizdə batıb. “Asrar Arabia” adlı mətbuat orqanı katerin 23 avqustda batdığını və ona ciddi zərər dəydiyini bildirib.
Despotik rejim təşviş içində
Prezident İlham Əliyev Ermənistanın iç üzünü açdı Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı işğalçı dövlət olan Ermənistanın BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələrini yerinə yetirmədiyini və beynəlxalq ictimaiyyətin buna göz yumduğunu bəyan edib. Dövlət başçısı ən ali tribunadan diqqətə çatdırıb ki, BMT TŞ qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməməsi bu ölkənin işğalçı siyasətini davam etdirməsinə rəvac verir: "Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur.
Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verdi. Dövlətimizin başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış oldu.
Pafoslu bəyanatdan əməli işə keçmək vaxtı çatıb
Ermənistan və onun himayədarları Azərbaycan Prezidentinin xəbərdarlığından ciddi nəticə çıxarmalıdır Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyinə diqqət ayırıb. Geniş nitqində Azərbaycan Prezidenti həmçinin ölkəmizin BMT-nin fəal üzvü olmasına diqqət çəkib. Bildirib ki, məhz bu fəallığın nəticəsində 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, yəni, 155 ölkə Azərbaycana səs verib. “Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir”-deyə, qeyd edib.
Hakkaridə silahlı qarşıdurma
Suriyanın Hakkari şəhərində təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatı arasında silahlı qarşıdurma yaşanıb. Hadisə nəticəsində ordunun 1 əsgəri şəhid olub, 4-ü yaralanıb.
Xalq artisti Rafiq Hüseynov Bakıya gəlib
Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Bakıya gəlib. Bu bardə diktorun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, sentyabrın 21-də gecə saatlarında İstanbuldan Bakıya dönüblər:
Bakıda mağazada bədbəxt hadisə
Bakıda mağazada ölüm olub. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən mağazalardan birində satıcı işləyən, 1980-cı il təvəllüdlü Alla Əliyeva ürək tutmasından ölüb.
42 yaşında 20-ci dəfə ana oldu
Adətən müasir dövrdə qadınlar 2-3 övladdan artıq körpə dünyaya gətirmək istəmirlər. Hamiləlik orqanizmin ən çətin dövrü, uşaq böyütmək isə insan həyatının ən məsuliyyətli və ağır mərhələsidir. Lakin britaniyalı Syu Redford bu çətinliklərdən qorxmur. O, bu yaxınlarda düz 20-ci dəfə ana olub. 42 yaşlı Syu sonuncu övladı – oğlu Arçini sentyabrın 18-də dünyaya gətirib. Xanım Redfordun sözlərinə görə, 20-ci övladı da çox arzulanan və gözlənilən olub.
Aprel qəhrəmanları-Azərbaycanın qələbə müjdəçiləri
Azərbaycan tarixinin şanlı səhifələrindən olan Aprel qələbəsi hələ uzun illər xatırlanacaq, bu qələbəni xalqa, Azərbaycan ictimaiyyətinə bəxş edən Vətən övladlarımızın əziz və ölməz xatirəsi hər zaman uca tutulacaq. Necə ki, günümüzdə də xalqımız Aprel şəhidlərinə öz dərin ehtiramını izhar edir. Məlumdur ki, Aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələri də müəyyən qədər itgi verdi və bu itgi bizim hər birimiz üçün ağır, hüznlü oldu. Ancaq eyni zamanda Vətən övladlarımızın şücaətindən, göstərdikləri igidlikdən qürurlandıq, fəxr hissi keçirdik. Çünki onlar 4 günlük müharibə zamanı əsl qəhrəmanlıq nümayiş etdirərək Azərbaycanın uzun illərdən sonra qələbə tarixini yazdı.
İranın Ermənistana pressinqi və ya izolyasiya
Ermənistanın iqtisadiyyat və investisiya naziri S.Karayanın sentyabrın 19 da “Araz”-AİZ lə tanışlıq məqsədi ilə İrana səfərə hazırlaşdığı vaxtda İranın Şəhərsalma və Yol naziri Abbas Axundi sentyabrın 17 də Ərdəbildə oldu. Axundinin məqsədi Ərdəbil-Parsabad- Aslandüz (Horadiz) nəqliyyat layihəsinin reallaşdırılmasının vəziyyəti ilə tanış olmaq idi. Ərdəbil-Parsabad- Aslandüz (Horadiz) avtomobil və dəmir yolu İranın çoxdan reallaşdırmaq istədiyi layihədir. Bu layihədə ilkin addımlar atılıb. Məqsəd Ərdəbil ostanın məhsullarını İran ərazisi vasitəsilə mümkün qədər daha qısa məsafə ilə Azərbaycanın ərazisinə çıxarmaqdır. İran gələcəkdə avtomobil və dəmir yolunu Horadizdən Gəncəyə, oradan Gürcüstanadək uzatmaq istəyir.
Ermənidən daha çox narahat olanlar
Yaxud radikalların növbəti şər kampaniyası Görünən odur ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının sessiyasında geniş və məzmunlu çıxışı, bu təşkilatın ali kürsüsündən Ermənistana, eləcə də ona havadrlıq edən dövlətlərə xəbərdarlıq mesajı ünvanlaması ermənilərdən daha çox onlarla işbirliyi yapanlar, erməni lobbisinin maliyyəsi ilə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan daxildəki radikal siyasi qüvvələri ciddi şəkildə narahat edib. Əgər belə olmasaydı Əli Kərimlinin yaxın ətrafı, bu düşərgənin əsas informasiya bazası sayılan Meydan TV, eləcə də digər bu kimi antimilii mövqe tutmuş sayt və digər internet portalları Prezidentə qarşı şər kampaniyasına başlamazdılar. Bu günlərdə sözügedən elektron media quruluşları, eləcə də Əli Kərimlinin yaxın ətrafının müxtəlif saxta adlar altında facebookda açdıqları profillərdə əsas müzakirə mövzusu məhz Azərbaycan Prezidentinin Birləşmiş Ştatlara səfəri və BMT-nin Baş Assambleyadakı çıxışına kölgə salmaq, bu səfərin uğursuzluğu barədə rəy formalaşdırmaq və bununla da cəmiyyətdə yalnış informasiya, bilgi yaratmaqdır.
Prezident BMT-də Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı
Azərbaycan dövlətinin xarici siyasətində daim milli maraqlar qorunur, üstün tutulur. Həmçinin, ölkəmiz qlobal qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir. Elə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, Azərbaycanın dövlət başçısı çıxışında BMT-də islahatların aparılmasının, xüsusilə Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin təmin edilməsi olduğunu vurğulayıb.
Taylandda PARTLAYIŞ
Taylandın cənubunda Pattani vilayətində partlayış baş verib. Partlayış nəticəsində 4 hərbçi ölüb, daha 6 nəfər isə yaralanıb. Regional Hərbi Komandanlığın nümayəndəsinin verdiyi məlumata görə, güclü əldədüzəltmə partlayıcı qurğu yolda yerləşdirilib. Həmin yolda patrul maşını keçərkən qurğu işə düşməsi nəticəsində partlayış baş verib.
Mark Zukerberqdən sensasiyalı açıqlama - Facebook-dakı çirkab sübut olundu
"Sosial şəbəkələr, xüsusilə də Facebook demokratik dəyərlərin dəstəklənməsinə və inkişafına yönəlib. Facebook-dan demokratiyaya qarşı istifadə olunmasına yol verməyəcəyəm. ABŞ-da keçirilmiş prezident seçkiləri zamanı Rusiyada müxtəlif strukturlar Facebook-da çoxsaylı siyasi reklam alıblar. Bu reklam elanları barədə məlumatları Birləşmiş Ştatlardakı seçkilərə Rusiyanın müdaxiləsinin araşdırılması ilə bağlı Konqresdə yaradılmış komissiyaya təqdim edəcəyik. Facebook-dakı çirkab sübut olundu".












