Ermənidən daha çox narahat olanlar

Yaxud radikalların növbəti şər kampaniyası Görünən odur ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının sessiyasında geniş və məzmunlu çıxışı, bu təşkilatın ali kürsüsündən Ermənistana, eləcə də ona havadrlıq edən dövlətlərə xəbərdarlıq mesajı ünvanlaması ermənilərdən daha çox onlarla işbirliyi yapanlar, erməni lobbisinin maliyyəsi ilə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan daxildəki radikal siyasi qüvvələri ciddi şəkildə narahat edib. Əgər belə olmasaydı Əli Kərimlinin yaxın ətrafı, bu düşərgənin əsas informasiya bazası sayılan Meydan TV, eləcə də digər bu kimi antimilii mövqe tutmuş sayt və digər internet portalları Prezidentə qarşı şər kampaniyasına başlamazdılar. Bu günlərdə sözügedən elektron media quruluşları, eləcə də Əli Kərimlinin yaxın ətrafının müxtəlif saxta adlar altında facebookda açdıqları profillərdə əsas müzakirə mövzusu məhz Azərbaycan Prezidentinin Birləşmiş Ştatlara səfəri və BMT-nin Baş Assambleyadakı çıxışına kölgə salmaq, bu səfərin uğursuzluğu barədə rəy formalaşdırmaq və bununla da cəmiyyətdə yalnış informasiya, bilgi yaratmaqdır.

Yaxud radikalların növbəti şər kampaniyası

Görünən odur ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının sessiyasında geniş və məzmunlu çıxışı, bu təşkilatın ali kürsüsündən Ermənistana, eləcə də ona havadrlıq edən dövlətlərə xəbərdarlıq mesajı ünvanlaması ermənilərdən daha çox onlarla işbirliyi yapanlar, erməni lobbisinin maliyyəsi ilə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparan daxildəki radikal siyasi qüvvələri ciddi şəkildə narahat edib. Əgər belə olmasaydı Əli Kərimlinin yaxın ətrafı, bu düşərgənin əsas informasiya bazası sayılan Meydan TV, eləcə də digər bu kimi antimilii mövqe tutmuş sayt və digər internet portalları Prezidentə qarşı şər kampaniyasına başlamazdılar. Bu günlərdə sözügedən elektron media quruluşları, eləcə də Əli Kərimlinin yaxın ətrafının müxtəlif saxta adlar altında facebookda açdıqları profillərdə əsas müzakirə mövzusu məhz Azərbaycan Prezidentinin Birləşmiş Ştatlara səfəri və BMT-nin Baş Assambleyadakı çıxışına kölgə salmaq, bu səfərin uğursuzluğu barədə rəy formalaşdırmaq və bununla da cəmiyyətdə yalnış informasiya, bilgi yaratmaqdır. Prezidentin ailə üzvlərinin hansı səbəbdən BMT-nin Baş Assambleyasının sessiyasına qatılması kimi mənasız, səviyyəsiz suallardan tutmuş, dövlət başçısının Nyu-Yorkda keçirdiyi görüşlərə, Assambleyadakı çıxışı zamanı səsləndirdiyi sitatlara qədər şər, böhtan kampaniyası aparan bu qüvvələrin əsas məqsədi dövlət başçısının Amerika səfərinin yüksək nəticələrinə kölgə salmaqdır ki, əslində radikalların bu fəaliyyəti də başadüşüləndir. Nədən ki, onlara bu tapşırıq uzun illərdir canla-başla xidmət etdikləri erməni lobbisi və bu lobbiyə xidmət edən müəyyən beynəlxalq qeyri-hökumət təşkilatlarından gəlib. Səbəb isə sadədir. Çünki Azərbaycan Prezidentinin BMT-nin Baş Assambleyasındakı çıxışından sonra Ermənistan cəmiyyətində ciddi bir narahatçılıq hökm sürür. Hətta ermənilər Azərbaycan dövlət başçısının çıxışından ciddi təşviş içərisindədirlər və hər an Azərbaycanın torpaqlarını azad etmək üçün müharibəyə başlayacağı qorxusu var. Ona görə də erməni lobbisi buradakı əlaltılarına ciddi şəkildə tapşırıq verib ki, Azərbaycanda dövlət başçısının Nyu-York səfəri və orada səsləndirdiyi fikirlərlə bağlı yalnış təsəvvür formalaşdırılsın, ictimai rəy çaşdırılsın. Bu da təbii ki, ermənilərdə müəyyən mənada qorxu, təlaş hissinin aradan qalxmasına yol aça bilər.

Radikal düşərgənin hər zaman olduğu kimi yenə də erməni lobbisinin maraqlarına xidmət edən fəaliyyəti birmənalı olaraq cəmiyyətdə ciddi etiraza səbəb olub. Əsəriyyət ekspertlər öz açıqlamalarında radikal düşərgənin bu mövqeyini kəskin tənqid edib, onların dövlətçilik əleyhinə fəaliyyətlərinı etirazlarını ifadə ediblər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Azərbaycan Prezidentinə ailə üzvləri ilə birlikdə BMT-nin Baş Assambleyasına getməsini irad tutanlar dünyadan xəbərsiz, savadsız adamlardırlar. Millət vəkili deyib ki, bir qayda olaraq dövlət rəhbərləri BMT-nin sessiyasına ailə üzvləri ilə birlikdə qatılırlar: " Azərbaycanın dövlət başçısının BMT-nin Baş Məclisində öz ailəsilə birlikdə iştirak etməsini məsxərə mövzusuna çevirənlər əslində öz kasadlıqlarına, dayazlıqlarına, dünyadan bixəbər olmalarına gülürlər, sadəcə, xəbərləri yoxdur. Hər il həmin iclasa dövlət başçıları ailə üzvlərilə birlikdə gedirlər. Misal üçün, Amerika Prezidenti Donald Tramp, Fransanın dövlət başçısı Emmanuel Makron, eləcə də Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin sessiyasına məhz ailə üzvləri ilə birlikdə qatılıb".

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Səbuhi Abbasov deyib ki, əslində Meydan TV-nin fəaliyyəti hər zaman dövlətçilik əleyhinə yönəlib. O, bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyanın BMT-də başdan-ayağa komedik çalarlarla dolu çıxışına öz səhifələrində gözəl münasibət sərgiləyən chr("39")MEYDANchr("39")çılar işğalçı ölkə rəhbərini rəsmən təbliğ ediblər. Azərbaycan prezidentinin tarixi çıxışını isə hansısa nüansdan istifadə edərək aşağılamağa çalışıblar. "Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırki prezidentidir". - deyə prezident çıxışına davam edir. Məhz bu cümlə Ermənistanın müasir durumunun real mənzərəsini təsvir edir. Leyla Əliyevanın jesti də bu cümlədəki cəsarətdən doğur, bu fikrə adekvatdır. Sosial mediada ictmai statusundan asılı olmayaraq hər kəs Leyla Əliyevanın MEYDAN TV tərəfindən hədəfə alınmasını sifarişli siyasi tərbiyəsizlik adlandırıblar. Tam səmimi deyirəm, kartlar açılıb, oyun açıq müstəvidə gedir. Erməni lobbisinin qucağında oturanlar həyasızlıq səbəbindən artıq bunu açıq-aşkar nümayiş etdirirlər".

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da dövlət başçısı əleyhinə yönəlmiş şər kampaniyasına etirazını ifadə edib. O, qeyd edib ki, əhalisi müsəlman olan ölkələrdə insanlar öz dövlət rəhbərlərinə sevgi, hörmət və itaət göstərərlərsə, ölkənin düşmənləri onlardan qorxar və onlara hörmət edərlər: "Bunlar təcrübə əsasında bilinən məsələdir. Müsəlmanlar öz dövlətlərinə və bu dövlətin başında duran rəhbərə qarşı hörmətsizlik və soyuq münasibət bəsləyərlərsə, onların düşmənləri də onlara bu cür pis münasibət bəsləyərlər. Ona görə də hər bir müəslman Allah təalanın Quranda əmr etdiyi kimi yaşadığı ölkənin rəhbərinə yüksək səviyyədə hörmət, sevgi, ehtiram göstərməlidir ki, düşmənlər ölkəyə nüfuz edə bilməsinlər". Əkrəm Həsənov deyib ki, son dövrlərdə bəzi müsəlman ölkələrində baş verən mənfi hallar məhz müsəlmanların öz rəhbərlərinə hörmətsizliyindən və itaətsizliyindən baş verib: "Müsəlmanların düşmənləri də bunu fürsət bilib müsəlmanlar yaşayan ölkələri viran ediblər. Ağıl sahibləri düşünməlidirlər ki, Allah təalanın sözündən çıxmaq ancaq insanların özlərinə zərər verir. İslam dini təşəkkül tapıb yayıldıqdan sonra da dövlətin əsasları möhkəm zəmin əsasında qurulub. Belə ki, dinimizin əsas qayəsi də budur ki, insanlar yaşadıqları ölkənin rəhbərinə bağlı qalsınlar. İslam dini mənbələrinə baxdıqda bunun əksi olan heç bir dəlilə rast gəlmirik. Əksinə dinimiz ölkədə rəhbərə baş qaldıranın ağır cəzalandırılmasını şərt qoyub. Bununla bağlı kifayət qədər dəlillər vardır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31