Prezident BMT-də Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı

Azərbaycan dövlətinin xarici siyasətində daim milli maraqlar qorunur, üstün tutulur. Həmçinin, ölkəmiz qlobal qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir. Elə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, Azərbaycanın dövlət başçısı çıxışında BMT-də islahatların aparılmasının, xüsusilə Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin təmin edilməsi olduğunu vurğulayıb.

Azərbaycan dövlətinin xarici siyasətində daim milli maraqlar qorunur, üstün tutulur. Həmçinin, ölkəmiz qlobal qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir. Elə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, Azərbaycanın dövlət başçısı çıxışında BMT-də islahatların aparılmasının, xüsusilə Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin təmin edilməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə,  BMT-nin ali tribunasından Azərbaycanı dünyaya sosial-iqtisadi cəhətdən uğurla inkişaf edən, qlobal miqyasda mədəniyyətlərin yaxınlaşmasına böyük töhfə verən ölkə kimi təqdim edən Prezident İlham Əliyev eyni zamanda diqqəti ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə yönəldib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər beynəlxalq təşkilatlar səviyyəsində çıxışlarında, istərsə də müxtəlif bəyanatlarında ölkəmizin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcəyini ifadə edir və münaqişənin həllinin zəruriliyini vurğulayır. Prezident İlham Əliyev həm də konkret və prinsipial mövqe nümayiş etdirərək ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün isə Ermənistanın konstruktiv mövqedən çıxış etməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı da bu əhəmiyyətli məqamlarla yadda qaldı. Dövlətimizin başçısı BMT-nin yüksək tribunasından bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və Ermənistanın faşizmini, azərbaycanlılara qarşı soyqırımını faktlarla diqqətə çatdırdı.  ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb. Həmçinin, beynəlxalq münasibətlərdə müşahidə olunan ikili standartlar münaqişənin illərdir həll olunmamasının başqa bir səbəbidir. Bununla belə, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh danışıqları sonsuza qədər davam edə bilməz və yekun həllə xidmət edən konkret addımlar atılmalıdır. Prezident İlham Əliyev də çıxışında bildirib ki, status-kvo dəyişməlidir. Dövlətimizin başçısı həmçinin, çıxışında ikili standartlara son qoyulmasını, işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını  tələb edib, eləcə də, BMT Təhlükəsizlik Şurasnın Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul olunmuş qətnamələrinin icrasının zəruriliyini diqqətə çatdırıb. Bütövlükdə, Prezident  İlham Əliyev BMT-nin Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi".

Millət vəkili Sədaqət Vəliyeva isə deyib ki, Prezident İlham Əliyev BMT-də ölkəmizin və xalqımızın mənafeyini qorudu: "Cənab Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirakı və çıxışı ilə bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Prezident İlham Əliyevin BMT-dəki çıxışı regional və qlobal miqyasda xüsusi diqqət çəkən bir sıra məqamlarla yadda qaldı. Birincisi, cənab Prezident İlham Əliyev rasional çıxışı, praqmatik tezisləri ilə Ermənistanın kriminal rəhbərini ifşa etdi, düşmən ölkənin prezidentinin sözlərinin sərsəmləmələrdən, böhtandan və şərdən ibarət olduğunu isbatladı. İkincisi, dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Üçüncüsü, cənab Prezident münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin olduqca böyük olduğunu faktlarla sübut etdi. Dördüncüsü, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bəzi dairələrin ikili standartlı siyasətinə baxmayaraq, bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Beşincisi, Prezident İlham Əliyev müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı, ölkəmizin yeni uğurlarını, nailiyyətlərini dünya ictimaiyyətinin diqqətinə təqdim etdi".Millət vəkili deyib ki, Cənab Prezident İlham Əliyev BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular. Sədaqət Vəliyeva əlavə edib ki, sadalanan faktorlar bir daha Prezident İlham Əliyevin ölkəsinin və xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunu, onun Azərbaycanda alternativsiz lider olaraq qəbul edildiyini isbatladı.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31