Gündəm
Komitə sədri:“Erməni işğalı Azərbaycana bəzi sahələrdə uğur əldə etməyə mane olur”
“Azərbaycan Respublikası gender bərabərliyi və qadınların sağlamlığı sahəsində bir sıra uğurlar əldə edib.Təbii ki, bizdən asılı olmayan səbəblər bu uğurun artmasına mane olur. Əminəm ki, Ermənistan istisana olmaqla, Şərq Tərəfdaşlığı ölkələrinin hər birində məhz bu amil onların bu sahədə daha çox uğurlar əldə etməsinə mane olan əsas faktordan biridir”. “Olaylar” xəbər verir ki, bu sözləri Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda çıxış edərkən deyib:
Xələf Xələfov dünyaya çağırış etdi
Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır və Aİ ilə ümumi maraqlara söykənən əməkdaşlığa önəm verir. “Olaylar”ın məlumatına görə, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Şok: Oğul ata və anasını qətlə yetirdi
Gədəbəy rayonunda dəhşətli qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib. Faktla əlaqədar cinayət işi başlanıb.
Çantada “beşbarmaq” aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar” verilən məlumata görə, Astana-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.
Avtomobildə gizlədilən pirotexniki vasitə aşkar edildi
Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Nəsimi rayonunda Beynəlxalq Sülh günü qeyd edilib
Elmar Məmmədyarov GUAM-ABŞ görüşündə iştirak edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilmiş GUAM-ABŞ görüşündə iştirak edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşün yekunu olaraq, GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib. Bəyannamədə GUAM-ın ABŞ-la faydalı və nəticəyönümlü əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu bildirilir. Həmçinin regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub-saxlanmasının geniş regional kontekstdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir.
Tarix Problemləri üzrə Elmi Şuranın növbəti iclası
Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib. Tədbiri şuranın sədri, akademik Şahin Mustafayev açaraq elmi müəssisələrdə tarix sahəsində tədqiq olunan problemlərin aktuallığı və dissertasiya mövzularının müasir tarix elminin inkişaf tələblərinə cavab verməsinə nəzarətin rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. Qeyd edib ki, şura bundan sonra da tədqiqinə ehtiyac duyulan prioritet mövzuların müəyyənləşdirilməsinə diqqəti artıracaq.
Milli Məclisdə erməni deputatların iştirakı ilə konfrans keçirilir
Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans başlayıb.“Olaylar” xəbər verir ki, konfrans Milli Məclis, “Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda çıxış edən MM-in “Avronest” PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur.
Müslüm Maqomayevi öldürən səbəb - Kobzondan təəccübləndirən açıqlama
Müslümə pərəstiş edən, onun çıxışlarını səbirsizliklə gözləyən həmin auditoriya yox oldu. Bundan sonra həyat da Müslüm üçün mənasızlaşdı. Bu fikirləri Aif.ru saytına müsahibəsində SSRİ xalq artisti İosif Kobzon səsləndirib. Bu yaxınlarda 80 illik yubileyini qeyd edən müğənni Müslüm Maqomayevin ölümünə özünəməxsus şəkildə münasibət bildirib. Həmin fikri bütövlükdə təqdim edirik:
Qəbul imtahanlarında yeniliklərlə bağlı Məleykə Abbaszadədən açıqlama
2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub: "Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində kurikulum əsasında tədris qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb.
Bali adasında təxliyə - Vulkan fəallaşdı
İndoneziyanın Bali adasında Aqunq vulkanının fəallaşması ilə əlaqədar minlərlə adam təxliyə olunub. Vulkan hələlik püskürməsə də, fəallığı nəzər alaraq sakinlər könüllü şəkildə təxliyə olmağa razılıq veriblər.
“Əsrin müqailəsini”nin uzadılması Azərbaycanın tərəqqisinə təkan verəcək
Yeni saziş Azərbaycanın, o cümlədən, ölkə Prezidentinin dünyadakı nüfuzunun göstəricisidir Məlum olduğu kimi Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”(AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş Azərbaycan üçün yeni imkanlar açır. Belə ki, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək. Prezident İlham Əliyev bildirib ki, müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var: “Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır.
Ukraynada azərbaycanlı avtoritetlər tutuldular - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Ukrayanın cənubi-şərqində yerləşən Kirovoqrad vilayətində xüsusi əməliyyat keçirilib. Əməliyyatın gedişatında “Şaşlıçnıy” restoranında keçirilən “Sxodka”da iştirak edən 27 kriminal avtoritet saxlanılıb. Restoranda Ukraynanın mərkəz regionunun - Kirovoqrad, Dneprepetrovsk və Nikolayev vilayətlərinin kriminal avtoritetlərinin toplantısı keçirilirdi. Təsir sahələrinin yenidən bölüşdürülməsi üzrə məsələnin həlli avtoritetlərin görüşünün əsas məqsədi olub.
Qubada alma bayramı keçiriləcək
Qubada ənənəvi olaraq hər il keçirilən Alma bayramına və bu il ilk dəfə təşkil olunacaq Xalça festivalına hazırlıq işlərinə başlanılıb. Bu il Alma bayramı oktyabrın 8-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq. 2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.





.jpg)








