Gündəm

Məhərrəmlikdə Bakıda müsəlmanları qəzəbləndirəcək festival keçiriləcək

22 Sentyabr 2017 14:24

Bakıda “Oktaberfest” pivə festivalı təşkil ediləcək. Festival 28, 29 və 30 sentyabr tarixlərində Bakının müxtəlif məkanlarında təşkil ediləcək. Festivala gələn qonaqlara alman pivəsi ilə yanaşı, Bavariya üsulu ilə hazırlanmış ətli çörək, müxtəlif çeşidli qızartma sosislər, orijinal alma strudeli və başqa təamlar təqdim ediləcək. Qonaqlar 49 AZN ödəniş etməklə, 2 bakal əsl alman pivəsi və sadalanan təamlardan limitsiz sifariş edə biləcəklər. “Pullman” oteldə təşkil ediləcək festivalda alkaqolsuz “Bitburger” və filtr olunmamış “Erdinger”, “Dark beer” pivələri satılacaq.

Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq

22 Sentyabr 2017 14:18

Gələcəkdə imtahanların cavablarının yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsi ilə də aparılacaq. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadə qeyd edib: "Narahatlıq ondan ibarətdir ki, bu prosesə hansısa müdaxilə mümkündür, ya yox. Tam məsuliyyətlə deyə bilərəm ki, biz bununla bağlı 2012-ci ildən iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var, bu proqram təminatı neçə illərdir keçirdiyimiz monitorinqlərdə tətbiq edilib.

Azərbaycan dinlərarası tolerantlıq məkanı kimi tanınır

22 Sentyabr 2017 14:11

Mübariz Qurbanlı: “Din pərdəsi altında gizlənərək ölkəmizdə hökm sürən tolerant və multikultural şəraiti pozmağa cəhd göstərən bəzi radikal qruplar var” Bu gün həm ölkə daxilində, həm də xaricdə İslam həmrəyliyinin geniş şəkildə təbliğinə ehtiyac duyulur. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və digər qeyri-hökumət təşkilatları paytaxt Bakıda və regionlarda çoxsaylı tədbirlər keçiriblər. 

Erməni deputat: “Mənim anam bakılıdır, tətillərimi burada keçirirdim” 

22 Sentyabr 2017 14:09

“Açıq danışacam. Axırıncı dəfə Bakıda 1988-ci iilin yanvarında olmuşam. O zaman mənim 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir az əvvəl idi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram. Tətillərimi burada keçirirdim”. “Olaylar” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. O, bildirib ki, Bakıda evi də var idi:

Nizami Kino Mərkəzində yenilik

22 Sentyabr 2017 14:01

Sabirin ev muzeyi söküldü

22 Sentyabr 2017 13:56

Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb. İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, buna səbəb evin bir divarının uçması olub. Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".

Xəbərdarlıq: yağış yağacaq, dolu düşəcək

22 Sentyabr 2017 13:40

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən, yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 30-35 % olacaq.

Vətəndaş cəmiyyəti dövlətlə koordinasiyalı şəkildə işləməlidir

22 Sentyabr 2017 13:37

Cəmiyyətdə tükürpədən sosial probelmlərin miqyası və növləri artmaqda davam edir. İlk öncə sosial problemlər dedikdə tam olaraq nə başa düşülür onu izah edək. Sosial problemlər cəmiyyəti formalaşdıran insan təbəqələrinin üzləşdiyi ailə-məişət, maddiyyat və mənəviyyatla əlaqəli problemlərin ümumi adıdır və qlobal statusa malikdir. Araşdırmaçı Samir Zeynalov deyir ki, bu gün dövlət xaricində belə qeyri-hökümət sektorunun diktə edilən problemlərin aradan qalxması istiqamətindəki fəaliyyəti rasionallıq ehtiva etmir. Onun sözlərinə görə, dövlət birbaşa vətəndaş cəmiyyəti institutlarının diqqət dairəsində ola biləcək problemlərin həllində birbaşa rol ala bilməz: “Çünki o mahiyyət etibarı ilə mürəkkəb sturktura malik təhlükəsizlik, sabitlik, zəruri sosial rifah və insan hüquq və azadlıqlarının təminatçısıdır. Vətəndaşlar özlərinin birləşdiyi ictimai birliklərə ayrılan maliyyə vəsaiti ilə dövlətlə koordinasiyanın düzgün və səmərəli təşkilini cəmiyyətin girdabında boğulduğu problemlərin həlli istiqamətində pozitiv dəyərləndirməlidir.

Məhərrəm ayı başladı

22 Sentyabr 2017 13:36

İki ay səs terrorundan, manıs hoqqabazlığından qurtulacağıq Bu gündən Məhərrəm ayı başlayıb.  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

Erməni deputat Bakıda xahiş etdi

22 Sentyabr 2017 13:35

“Burada humanist mühitdən itifadə edib Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq. Qarşıqlı nifrət aşılamayaq. Bizim gələcək nəsillərin bu düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. Onsuz da Azərbaycanda erməni xalqına qarşı xüsusi nifrət aşılanır. Xahiş edirəm belə etməyin”. “Olaylar” xəbər verir ki, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi“, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

Oğrunun digər əməlləri ifşa edilib

22 Sentyabr 2017 13:33

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Zaur Süleykinin ətrafında Yasamal rayon Polis İdarəsinin 28-ci və 29-cu polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 köşkdən, 1 qarajdan, 4 avtomobildən, habelə 6 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

Quldurluq etməkdə şübhəli bilinən şəxslər tutuldu

22 Sentyabr 2017 13:31

Quldurluq etməkdə şübhəli bilinən Ağdam və Bərdə sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefon aparıblar.

Kamran Əliyev: Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb

22 Sentyabr 2017 13:29

“Son zamanlar bank və bank olmayan kredit təşkilatları ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb”.“Olaylar” xəbər verir ki, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

İran yeni ballistik raketi təqdim etdi

22 Sentyabr 2017 13:21

İran Tehranda keçirilən hərbi paradda yeni ballistik raketi təqdim edib. Bu haqda briqada generalı Əmir Əli Hacızadehə istinadən Press TV telekanalı bildirib. “Khorramshahr” adlanan raketin uçuş məsafəsi 2 min kilometrdir. Raket bir neçə döyüş başlığı daşıya bilir. Təqdimat mərasimində İran prezidenti Həsən Ruhani və ordunun yüksək vəzifəli rəsmiləri iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, ölkə raket kompleksinin imkanlarını gücləndirmək niyyətindədir. Onun sözlərinə görə, heç bir ölkə Tehrana öz raket potensialını gücləndirməyə mane ola bilməyəcək.