Quldurluq etməkdə şübhəli bilinən şəxslər tutuldu

Quldurluq etməkdə şübhəli bilinən Ağdam və Bərdə sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefon aparıblar.

Quldurluq etməkdə şübhəli bilinən Ağdam və Bərdə sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefon aparıblar.Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31