Vətəndaş cəmiyyəti dövlətlə koordinasiyalı şəkildə işləməlidir
Cəmiyyətdə tükürpədən sosial probelmlərin miqyası və növləri artmaqda davam edir. İlk öncə sosial problemlər dedikdə tam olaraq nə başa düşülür onu izah edək. Sosial problemlər cəmiyyəti formalaşdıran insan təbəqələrinin üzləşdiyi ailə-məişət, maddiyyat və mənəviyyatla əlaqəli problemlərin ümumi adıdır və qlobal statusa malikdir. Araşdırmaçı Samir Zeynalov deyir ki, bu gün dövlət xaricində belə qeyri-hökümət sektorunun diktə edilən problemlərin aradan qalxması istiqamətindəki fəaliyyəti rasionallıq ehtiva etmir. Onun sözlərinə görə, dövlət birbaşa vətəndaş cəmiyyəti institutlarının diqqət dairəsində ola biləcək problemlərin həllində birbaşa rol ala bilməz: “Çünki o mahiyyət etibarı ilə mürəkkəb sturktura malik təhlükəsizlik, sabitlik, zəruri sosial rifah və insan hüquq və azadlıqlarının təminatçısıdır. Vətəndaşlar özlərinin birləşdiyi ictimai birliklərə ayrılan maliyyə vəsaiti ilə dövlətlə koordinasiyanın düzgün və səmərəli təşkilini cəmiyyətin girdabında boğulduğu problemlərin həlli istiqamətində pozitiv dəyərləndirməlidir.
22 Sentyabr 2017 13:37 SosialCəmiyyətdə tükürpədən sosial probelmlərin miqyası və növləri artmaqda davam edir. İlk öncə sosial problemlər dedikdə tam olaraq nə başa düşülür onu izah edək. Sosial problemlər cəmiyyəti formalaşdıran insan təbəqələrinin üzləşdiyi ailə-məişət, maddiyyat və mənəviyyatla əlaqəli problemlərin ümumi adıdır və qlobal statusa malikdir. Araşdırmaçı Samir Zeynalov deyir ki, bu gün dövlət xaricində belə qeyri-hökümət sektorunun diktə edilən problemlərin aradan qalxması istiqamətindəki fəaliyyəti rasionallıq ehtiva etmir. Onun sözlərinə görə, dövlət birbaşa vətəndaş cəmiyyəti institutlarının diqqət dairəsində ola biləcək problemlərin həllində birbaşa rol ala bilməz: "Çünki o mahiyyət etibarı ilə mürəkkəb sturktura malik təhlükəsizlik, sabitlik, zəruri sosial rifah və insan hüquq və azadlıqlarının təminatçısıdır. Vətəndaşlar özlərinin birləşdiyi ictimai birliklərə ayrılan maliyyə vəsaiti ilə dövlətlə koordinasiyanın düzgün və səmərəli təşkilini cəmiyyətin girdabında boğulduğu problemlərin həlli istiqamətində pozitiv dəyərləndirməlidir. Vətəndaş cəmiyyətinin formalaşma mənbəyi hər şeydən öncə milli idrak sisteminin gələcəyə dair müsbət mülahizələrlə dirçəlişi və bu gün üçün əhəmiyyətli işlər görə biləcək fərdlərin ictimai aktivlik meydanında səmimi mövcudiyyətidir. Biz konkret olaraq sosial problemlərin mövcudluğunda dövlət və vətəndaş institutlarının fəaliyyətsizliyini görürük. Təbii ki, əlaqələndirmə baxımından problemlər kateqoriyalara bölünür. Əgər bizim işsizlik, minimum əmək haqqının azlığı, aclıq, sosial müavinətlərdən məhrum edilmə, əllilərin sosial adaptasiyası ilə bağlı problemlər, şəhid ailələrinin dözülməz yaşam şəraiti və. s problemlərlərlə mövzumuz predmetlənirsə, o zaman biz dövlət institutlarının sosial düşərgəyə qeyri-adekvat yanaşması haqqında düşünməkdə haqlıyıq. Əgər biz ailədaxili münaqişələrdən, zorakılıq hadisələrindən, cinsi istismarlardan, zorakı təhsilsizlik mühitinin formalaşdırılmasından, gənclərin pis vərdişlərə aludə olmasından təəssüflə danışırıqsa o zaman vətəndaş cəmiyyəti institutlarının maarifləndirmə işinə qarşı qeyri-adekvat yanaşması haqqında düşünməkdə haqlıyıq. Son baş verən 12 yaşlı qızın öz anasının sevgilisindən hamilə qalması, 13 yaşlı yeniyetmənin özünü intihar etməsi halları vətəndaş cəmiyyəti institutlarının fəaliyyətsizliyindən qidalanan acıncaqlı faktlardır. Bu durumlar bütün cəmiyyət üzvlərini heç şübhəsiz narahat etməli və bu istiqamətdə dövlətlə koordinasiyanın səmərəli təşkilinə, maarifləndirmə layihələrinin praktikaya tətbiqinə təşəbbüs göstərilməlidir. Sağlamlaşdırma prosesinin əsaslı nəticəsinin meyarı islahatlar paketinin icraya sirayət etdirilməsdir. Əks halda gələcəyimizlə bağlı diqqət yetirilən sosial təhlükə təhdidlərinin böyük zərərlərə yol açacağının şahidi olmağa məhkum olacağıq". Samir Zeynalov qeyd edib ki, cəmiyyətimizdə şəxsiyyətin formalaşması üçün onun özünüdərketmə şüuruna yiyələnməsi, ona zəka, milli iradə, sağlam xarakter, emosiya, əmək, mədəni ünsiyyət kimi sosial-mənəvi keyfiyyətlərin aşılanması zərurətdir: "Müasir müstəqillik ərəfəsindən öncə xalqımızın aydın düşüncəli şəxsiyyətləri ümumxalq hərəkatının dirçəlişi və aydınlanması, milli fikirli cəmiyyətimizin formalaşması və özü-özünü təkminləşdirməsi istiqamətində milli mənsubiyyətlərinə layiq böyük zəhmət sərf etdilər. Sosiallaşmaq dövlətin və dövlətçilik dəyərlərinin təməl özülünü birmənalı şəkildə möhkəmləşdirmə meyarıdır. Sosial problemlərin həlli irreal olduqca, sosial təbəqələşmə intensivləşdikcə və əhəmiyyətli zərərlə yola açdıqca ölkəmizin gələcəyi, qanlar hesabına qazandığı müstəqillik sərvəti təhlükə altında olmuş olar. Bu gün Azərbaycan gəncliyi, Azərbaycan ictimai-sosial düşərgəsi milli mənliyini milli şüurla dərk etməyə, geostrateji vəziyyəti və qlobal şüur ziddiyyətlərini nəzərə alaraq dövlətini, vətənini, xalqını və ali baş komandanını sevməyə şərəflə məhkum olmalıdır. İsrail-Azərbaycan Gənclərinin Qardaşlıq və Həmrəylik Klubu olaraq biz müraciət portfelimizin əsasını təşkil edən gənclərimizin bu günümüzə və gələcəyimizə aşılayacağı töhvəni aydın dərk edir, bu istiqamətdə təşkilatlanmamızda həmyaşıdlarımıza ümummilli problemlərimizin həllində həmrəy olmağı geniş imkanlar tanımaqla tövsiyə edirik. Biz bu günümüzdə bu təşkilatı fürsəti dəyərləndirməsək o zaman gələcək nəsillərin bizə minnətdarlığı haqqında düşünmək haqqına sahib ola bilmərik. Biz bu günümüzdə bu təşkilatı fürsəti dəyərləndirməsək müstəqilliyimizin və suverenliyimizn qarantı olan dövlətimizə qarşı xarici təhdidlərin mövcudluğunun əməllərə sirayətini sükut seyr edər, nəticədə peşmançılığımıza möhtac belə ola bilmərik.
Füzuli