Gündəm
Musiqili Teatrda - “Molla Nəsrəddinin beş arvadı”
Sentyabrın 22 – də Dövlət Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası nümayiş olunacaq. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” - a bildirib ki, ötən - 107-ci teatr mövsümünə məhz bu tamaşanın premyerası ilə yekun vurulub. Dilsuz Mustafayevin Azərbaycan dilinə tərcümə etdiyi səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəh-qəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.
Aşura mərasimləri qanun çərçivəsində baş tutacaq
"Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və bu fətva kütləvi informasiya vasitələrində yayılıb. Həmin fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək". “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib.
Parisdə erməni təxribatının qarşısı alınıb
Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xiudmətindən “OLAYLAR”-a bildirilib ki, Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıb. Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağdakı separatçı rejimin qondarma bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.
“Şəhadət” filminin təqdimat mərasimi keçirilib
Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan partiyasının fəal gəncləri və dini icma nümayəndələri iştirak ediblər. Tədbirdə sənədli film nümayiş etdirilib.
Məktəb direktorları üçün yeni layihə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “Mənim məktəbim” layihəsinə start verilir. “OLAYLAR”-ın İdarəyə istinadən verdiyi xəbərə görə, layihənin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymaqdan ibarətdir.
İŞİD-dən azad edilən azərbaycanlı uşaqlarla bağlı tədbirlər görülür
Suriya və İraqda İŞİD-dən azad edilən ərazilərdə tapılan uşaqlarla bağlı bizim qurumda məlumatlar var. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, başqa qurumlar tərəfindən bu məsələnin həlli istiqamətində tədbirlər görülür: "Əminəm ki, bu tədbirlər nəticə verəcək".
Azərbaycanda demokratik cəmiyyət quruculuğuna ciddi töhfə verən QHT institutu formalaşıb
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası, müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə maliyyə mənbələrinin müəyyən edilməsi müsbət dəyərlindirilməlidir. Bildiyimiz kimi demokratik cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola malikdir. Bu baxımdan Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması və inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi bu siyasətin mühüm təzahürüdür.
Hindistan Pakistan sərhədini vurdu – Ölənler var
Hindistan ordusu Cammu Kəşmir bölgəsinin Pakistan sərhədinə yaxın ərazilərini toplarla bombardman edib. Bu barədə informasiyanı Pakistan Silahlı Qüvvələri yayıb. Hücumun Çappar, Harpal və Çarva kəndlərinə edildiyi vurğulanıb. Hind ordusunun zərbələri nəticəsində 6 mülki şəxs həlak olub. Rəsmi İslamabad yaralananların sayının 20-yə çatdığını, bunun 15-nin qadın, 5-nin isə uşaq olduğunu bildirib.
İranda partlayış: 5 ölü, 14 yaralı
İranın Qum şəhərində ikimərtəbəli mehmanxanada qaz balonu partlayıb. Şəhərin mərkəzində yerləşən “Məsumə” hərəminin yaxınlığında baş verən hadisə nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb, zəvvarların qaldığı otel tamamilə çöküb. Dağıntılar altında çoxlu insan qaldığı bildirilir.
“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda növbəti dəfə Mahmud Qaşqarlı adına Beynəlxalq Fondun təsis etdiyi “Mahmud Qaşqarlı” mükafatının təqdimat mərasimi keçirilib. Bugünkü təqdimatda xalq yazıçısı Çingiz Abdullayev və hüquq elmləri doktoru, professor İlham Rəhimov “Mahmud Qaşqarlı” mükafatı ilə təltif ediliblər.
30 ilə 145 diplom alan hindistanlı
Hindistanın Çennai şəhərində dərs deyən professor Partiban 30 il ərzində 145 diplom alıb. Partibanın müxtəlif sahələrdə dərəcələri var və kolleclərdə 100-dən artıq dərs deyir. Professorun nailiyyətləri siyahısında hüquq, kommersiya, incəsənət, inzibatçılıq və digər sahələr üzrə magistr dərəcələri var. 50 yaşlı professorun sözlərinə görə, o, hər zaman yeni bir şeylər öyrənmək həvəsindədir.
Rusiyada mədəndə qəza: 180 işçi təxliyə edildi
Rusiyanın Vorkuta şəhərində mədənlərin birində 180-nə yaxın mədənçi təxliyə olunub. Buna mədəndə baş vermiş tüstülənmə səbəb olub.
Şəmkirdə "Böyük Yol" Gənclər İctimai Birliyi yaradıldı
Son dövrlərdə Şəmkir rayonunda dövlət gənclər siyasətinin həyat keçirilməsi istiqamətində bir çox uğurlu işlər görülmüşdür. Buna misal olaraq bu yaxınlarda 4 yaşını qeyd etdiyimiz Zəka Gənclər Mərkəzidir. Bununla yanaşı Respublikada pilot layihə olaraq ilk dəfə Şəmkir rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və bir başa dəstəyi ilə Gənc Həkimlər, Gənc Müəllimlər və Gənc Tərbiyəçilər Birlikləri yaradılmışdır. Şəmkir gəncliyinin inkişafında çox böyük əməyi olan Şəmkir Rayon İcra Hakimiyətinin başçısı cənab Alimpaşa Məmmədov 13 dekabr 2014-cü il tarixdə gənc həkimlərlə görüş keçirdi, elə həmin gün Gənc Həkimlər Birliyinin yaranması kimi tarixə düşdü. Bunun ardınca Cənab başçı 2015-ci ilin fevral ayının 28-də rayonun gənc müəllimləri ilə görüşdü və bu tarix Gənc Müəllimlər Birliyinin təsis olunması kimi yadda qaldı.
Elnarə ərindən danışdı: "Mənə əl qaldırsa…"
Müğənni Elnarə Xəlilova şəxsi həyatından bəhs edib. Sənətçi həyat yoldaşı ilə bağlı maraqlı açıqlamalar verib: "Bu illər ərzində bir dəfə də olsun həyat yoldaşım Rövşən mənə əl qaldırmayıb. O bilir ki, əgər mənə əl qaldırsa, həmin gün onun yanından gedərəm. Mənə əl qaldırmasa da, bir baxışı və bir kəlmə sözü bəs edir. O, elə bir sərt söz deyə bilər ki, adamın yeddi qatından keçər. Necə deyərlər, əsl Azərbaycan kişisidir.
Almaniya parlamentinin üzvləri Azərbaycana səfər edəcək
Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycan səfər edəcək. Almaniyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, oktyabrın 2-dən 4-dək davam edəcək səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədlərin seçilməsidir. Nümayəndə heyətinə Bundestaqın deputatı cənab Kai Gerinq rəhbərlik edəcək. Məlumatda bildirilir ki, bu proqram Almaniya Bundestaqının prezidentinin xüsusi himayəsi və üç Berlin universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bütün səfər, yaşayış və sığorta xərcləri habelə aylıq təqaüd Alman Bundestaqı tərəfindən ödənilir.
.jpg)













