Şəmkirdə "Böyük Yol" Gənclər İctimai Birliyi yaradıldı

Son dövrlərdə Şəmkir rayonunda dövlət gənclər siyasətinin həyat keçirilməsi istiqamətində bir çox uğurlu işlər görülmüşdür. Buna misal olaraq bu yaxınlarda 4 yaşını qeyd etdiyimiz Zəka Gənclər Mərkəzidir. Bununla yanaşı Respublikada pilot layihə olaraq ilk dəfə Şəmkir rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və bir başa dəstəyi ilə Gənc Həkimlər, Gənc Müəllimlər və Gənc Tərbiyəçilər Birlikləri yaradılmışdır. Şəmkir gəncliyinin inkişafında çox böyük əməyi olan Şəmkir Rayon İcra Hakimiyətinin başçısı cənab Alimpaşa Məmmədov 13 dekabr 2014-cü il tarixdə gənc həkimlərlə görüş keçirdi, elə həmin gün Gənc Həkimlər Birliyinin yaranması kimi tarixə düşdü. Bunun ardınca Cənab başçı 2015-ci ilin fevral ayının 28-də rayonun gənc müəllimləri ilə görüşdü və bu tarix Gənc Müəllimlər Birliyinin təsis olunması kimi yadda qaldı.

Son dövrlərdə Şəmkir rayonunda dövlət gənclər siyasətinin həyat keçirilməsi istiqamətində bir çox uğurlu işlər görülmüşdür. Buna misal olaraq bu yaxınlarda 4 yaşını qeyd etdiyimiz Zəka Gənclər Mərkəzidir. Bununla yanaşı Respublikada pilot layihə olaraq ilk dəfə Şəmkir rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və bir başa dəstəyi ilə Gənc Həkimlər, Gənc Müəllimlər və Gənc Tərbiyəçilər Birlikləri yaradılmışdır.
Şəmkir gəncliyinin inkişafında çox böyük əməyi olan Şəmkir Rayon İcra Hakimiyətinin başçısı cənab Alimpaşa Məmmədov 13 dekabr 2014-cü il tarixdə gənc həkimlərlə görüş keçirdi, elə həmin gün Gənc Həkimlər Birliyinin yaranması kimi tarixə düşdü. Bunun ardınca Cənab başçı 2015-ci ilin fevral ayının 28-də rayonun gənc müəllimləri ilə görüşdü və bu tarix Gənc Müəllimlər Birliyinin təsis olunması kimi yadda qaldı. Bütün bu görülmüş işlərin məntiqi nəticəsi olaraq Şəmkir rayonu 2016-cı ildə Azərbaycanın Gənclər paytaxtı seçildi. 2016- cı ilin oktyabr ayının 3-də isə Gənc Tərbiyəçilər Birliyinin yaradılması artıq Şəmkir rayonunda gənclərlə bağlı Gənlər İctimai Birliyinin təsis edilməsi və dövlət qeydiyyatına alınması zərurətini yaratmışdır.
2017-ci il fevral ayının 2-də məhz Ulu öndərin gəncliyə ərmağan etdiyi "Gənclər günü"ndə Şəmkir rayonunda fəaliyyət göstərən ictimai birliklərin bir araya gələrək Ulu öndər irsinin öyrənilməsi yolu - "Böyük Yol" Gənclər İctimai Birliyi təsis edilidi. Şəmkir gəncliyinin qətiyyəti və rayon rəhbərliyinin gəncliyin səsinə səs verməsi 29 iyun 2017-ci il tarixində "Böyük Yol" Gənclər İctimai Birliyi Dövlət qeydiyyatına alınması və Şəmkir gəncliyinə yeni bir nəfəsin verilməsi ilə nəticələdi.
Bu gün "Böyük Yol" Gənclər İctimai Birliyinin Şəmkir Heydər Əliyev Mərkəzində təntənəli təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vusal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Millət Vəkili Sona Əliyeva, idarə və müəssisə rəhbərləri və rayonun aktiv gəncləri iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən "Böyük Yol" GİB- nin sədri Güllü Atakişiyeva birliyin yaradılmasının əsas məqsədi və gələcəkdə görüləcək işlər barədə qonaqlara məlumat verib.
Daha sonra çıxış edən qonaqlar yenicə yaradılmış İctimai Birliyə gələcək fəaliyyətində uğurlar arzulayıb və gənclərin inkişafında böyük rol oynayacağını vurğulayıblar.
Tədbirin sonunda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov çıxış edərək "Böyük Yol"un təsis olunmasına zəmin yaradan işlərdən danışıb və qeyd edib ki, bu Birlik gəncləri daha böyük uğurlara aparan yol olacaq.
Tədbir Birliyin loqosunu özündə əks etdirən tortun kəsilməsi və xatirə şəklinin çəkilməsi ilə başa çatdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31