Azərbaycanda demokratik cəmiyyət quruculuğuna ciddi töhfə verən QHT institutu formalaşıb

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası, müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə maliyyə mənbələrinin müəyyən edilməsi müsbət dəyərlindirilməlidir.  Bildiyimiz kimi demokratik cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola malikdir. Bu baxımdan Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması və inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi bu siyasətin mühüm təzahürüdür.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görülüb. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası, müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə maliyyə mənbələrinin müəyyən edilməsi müsbət dəyərlindirilməlidir.  Bildiyimiz kimi demokratik cəmiyyət quruculuğu prosesində vətəndaş cəmiyyəti institutları mühüm rola malikdir. Bu baxımdan Azərbaycan dövləti adıçəkilən təsisatların formalaşması və inkişafına xüsusi diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, dövlət büdcəsindən ayrılan vəsait hesabına Şuranın qeyri-hökumət təşkilatlarının (QHT) layihələrini maliyyələşdirməsi, QHT-lərə müxtəlif istiqamətlər üzrə davamlı dəstəyin verilməsi bu siyasətin mühüm təzahürüdür. Eyni zamanda müxtəlif nazirliklər, fondlar vasitəsi ilə də dövlət QHT sektorunun inkişafına dəstəyini göstəməkdədir. Bu diqqət və qayğı sayəsində Azərbaycanda demokratik cəmiyyət quruculuğuna ciddi töhfə verən QHT institutu formalaşıb. Sirr deyil ki, hazırda respublikamızda vətəndaş cəmiyyəti quruculuğunun yeni mərhələsinə keçid prosesində QHT-lərin gördüyü işlərin böyük əhəmiyyəti  var. Doğrudur, burada ilk növbədə dövlətin siyasi kursu, dövlət başçısının iradəsi qiymətləndirilməlidir,  bununla belə, vətəndaş cəmiyyəti qurucuları fəaliyyətsiz olsalar, yaxud sadəcə həvəssiz olsalar sözügedən quruculuq prosesinin təsirliliyi və məzmunu ən azı indiki kimi olmazdı. Bütün hallarda etiraf edilməlidir ki, dövlət -vətəndaş  münasibətlərində dövlətin və dövlət başçısının siyasi iraddəsi vacib şərtdir. Bildiyiniz kimi, artıq respublikamızda təkmil konsepsiyaya malik  Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası kimi bir mütərəqqi strutkur formalaşıb. Bu da həm müəyyən qədər QHT-lərin gördüyü işlərin nəticəsi  kimi diqqəti cəlb edir, həm də dövlətin vətəndaş cəmiyyəti quruculuğuna və vətəndaş cəmiyyəti qurucularına verdiyi önəmi ifadə edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin aparıcı məsləhətçisi Nigar Ağakişiyeva deyir ki, hələ Şuranın 2016-cı ildə birinci qrant müsabiqəsi çərçivəsində sosial məsələlər istiqaməti üzrə maliyyələşdirdiyi ümumi məbləği 257400 manat olan 28 layihə respublikanın ayrı-ayrı rayonlarında həyata keçirilib. Layihələrin Azərbaycanın bütün regionlarını əhatə etməsi ilkin müsbət məqam kimi diqqət çəkir. Birinci qrant müsabiqəsində maliyyələşdirilən  layihələr çərçivəsində ahıl və tənha vətəndaşların sosial adaptasiyası ilə əlaqədar 14 Binəqədi sakini üçün teatr turları təşkil olunub, həmin ərazidə yaşayan və sosial xidmət göstərilməyən 14 ahıl və tənha vətəndaş müəyyən olunaraq əldə olunan məlumatlar uyğun dövlət qurumlarına təqdim edilib. Tənha, ahıl,  görmə imkanları məhdud şəxslərin sosial adaptasiyası üçün Sosial Xidmət Mərkəzinin  təməli qoyulub. Mərkəz vasitəsilə görmə imkanları məhdud 10 ahıl və tənha  şəxsə CD-pleyer paylanıb. Bakı, Xırdalan və Gəncə şəhərlərində istedadlı əlillərin əl işlərinin satış sərgiləri, eyni zamanda musiqi istedadı olan əlillərin ifasında konsert proqramları təşkil olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bir sıra reabilitasiya məşğələləri aparılıb. Uşaqlar üçün loqoped xidməti, idman-intensiv hərəkətlər və digər  təlimlər təşkil olunub. Aztəminatlı ailələrdə yaşayan beş yaşlı 60 uşaq üçün məktəbəhazırlıq kursları təşkil olunub. Sabirabad rayonunda yaşayan aztəminatlı ailələrin övladlarının paytaxt Bakı şəhəri başda olmaqla, zəngin tarixə malik Quba  və Şəki şəhərlərinə eko-turları təşkil olunub. Həyata keçirilən layihələr çərçivəsində sağlamlıq imkanı məhdud olan 22 uşağın əl işlərindən ibarət sərgi keçirilib. 50 nəfər sağlamlıq imkanı məhdud olan Qarabağ müharibəsi iştirakçısının, əlil-veteranın Qəbələ, İsmayıllı, Şamaxı, Qusar və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təşkil olunub. Müxtəlif mövzular üzrə 91 tədbir keçirilib, 2 adda kitab, 2 adda broşur, 14 adda buklet nəşr olunub, 2 sosial çarx hazırlanıb. Bu layihələr çərçivəsində 10 təlim keçirilib: "Monitorinqlər göstərir ki, QHT-lərin şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı layihələr çərçivəsində ehtiyaclı ailələrin üzə çıxarılması, onların sosial problemlərinin öyrənilməsi və bunun həlli üçün aidiyyatı dövlət orqanlarına müraciət edilməsi istiqamətində daha da effektiv və davamlı fəaliyyət göstərməsi lazımdır".

Sosioloq Nəbi Mahmud deyir ki, Azərbaycanda ixtisaslaşmış vətəndaş cəmiyyətləri öz sahələrinə uyğun layihələr həyata keçirməklə bir növ dövlətə yardımçı olurlar. Bura əlil uşaqların sosial vəziyyətindən tutmuş, günərzi qayğı mərkəzlərinin yaradılmasına qədər ən müxtəlif istiqamətlər üzrə layihələrin həyata keçirilməsi daxildir. Yəni QHT-lərimiz bütün sosial spektrlərdə layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. QHT-lər yerli donorlarla yanaşı xarici donorlar hesabına da sosial problemləri olan vətəndaşlara bu sahədə yardımlar edilir. Həqiqətən də bu gün cəmiyyətimizdə valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı problemi mühüm yer tutur. Hazırda beş mindən çox valideyn himayəsindən məhrum olan uşaq var. Məhz QHT-lər atılmış uşaqlara yardım, onların mövcud problemlərinin həlli məqsədi ilə mühüm iş aparırlar. Bu məsələ müxtəlif dövlət qurumları ilə geniş əməkdaşlıq edilir. Humanist və xeyriyyəçilik tədbirlərin keçirilməsi, kimsəsiz insanlara müəyyən yardımların göstərilməsi, qaçqın və məcburi köçkünlərə yardımların edilməsi bu əməkdaşlığa daxil olan məsələlərdəndir: "QHT-lərimiz eyni zamanda şəhid, əlil alilərin sosial problemləri, qayğıya ehtiyacı olan insanlara yardımların edilməsi məsələsində fəallıq nümayiş etdirirlər. Bu insanların pulsuz kurslara cəlb edilməsi, müəyyən bilik və bacarıqların öyrədilməsi baxımından da mühüm işlər aparılır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən QHT-lərimiz müntəzəm olaraq monitorinqlər aparır və sosial problemləri aşkarlayırlar. Üzə çıxarılan problemlər müvafiq qurumlara təqdim edilir. Nəticədə isə aidiyyatı qurumlar bu problemlərin həlli istiqamətində müəyyən addımlar atırlar. Hesab edirəm ki, bütün bunlar üçüncü sektorun sosial problemlərin həllində oynadıqları mühüm roldur".

Xatırladaq ki, QHT-lərin sosial xidmət sahələri üzrə layihələri çərçivəsində ev işlərində ahıl, xəstə insanlara kömək edilməsi, bu məqsədlə iməcliklərin həyata keçirilməsi, belə şəxslər üçün açıq təbiətə ekskursiyalar, turlar təşkil olunması, onların teatrlara aparılması, cəmiyyətə inteqrasiyasına yardım edilməsi, asudə vaxtlarının şən, səmərəli keçirilməsinə çalışılması çox faydalıdır. Bu həm də xeyriyyəçilik fəaliyyəti deməkdir. Xeyriyyəçilik, eyni zamanda dövlətinə, xalqına, cəmiyyətinə sahib çıxmaq, tarixinə, incəsənətinə, mədəniyyətinə dəyər vermək deməkdir. Belə olduğu bir halda, fikrimizcə, xeyriyyəçiliyin inkişafı, xeyriyyəçiliyin təbliğatı-dövlətimizə aid bütün milli-mənəvi dəyərlərimizin qorunması və təbliğatı üçün çox böyük addımdır. İctimai birliklərin bu sahədə ən önəmli işi milli-mənəvi dəyərlərin qorunması mövzusunda təbliğat layihələri təşkil etmək, məqsədyönlü və aktiv fəaliyyət göstərməkdir. Yeri gəlmişkən xatırladaq ki, milli-mənəvi dəyərlər hər bir dövlətin inkişafı üçün çox vacib olan amillərdəndir. Cəmiyyətin birlik və sülh içində yaşaması üçün cəmiyyət fərdlərinin bir-birini anlaması çox vacibdir. Çox sadə bir dildə dəsək, insanlar ətrafindakıların halından xəbərdar olarlarsa, ehtiyacı olanlara yardım etmək düşüncəsi ilə hərəkət edərlərsə, bu, cəmiyyətimizin mərhəmət, şəfqət və qayğı hissləri ilə bir-birinə bağlı olan toplum olacağı deməkdir. Belə bir cəmiyyətin təşkil etdiyi dövlət isə günü-gündən güclənəcək. Əlbəttə ki, paylaşmaq-yardımlaşmaq proqramları həm iqtisadiyyatın, həm də elmin inkişafına dəstəkdir. Çünki "paylaşmaq" dedikdə bütün maddi-mənəvi anlamlar nəzərdə tutulur. Bu isə o deməkdir ki, vətəndaş cəmiyyətləri həm dövlətə yardımçı olur, həm də sosial-iqtisadi problemlərin həllində yaxından iştirak etməklə dövlətin portnyoruna çevrilmiş olur. Sadalanan faktlar isə özlüyündə siyasi plüralizmin mövcudluğunu təsdiq edir. Belə ki, ölkədə demokratiyanın təməl daşlarından olan vətəndaş cəmiyyətləri formalaşıb, dövlət onların normal fəaliyyəti üçün lazım olan bütün şəraiti yaradır, onlar da sosial-itisadi məsələlərin həllində dövlətə yardımçı olurlar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31