Gündəm

Erməni deputatlar Bakıya necə gəliblər?

22 Sentyabr 2017 16:47

“Bizim bura gəlməyimizlə bağlı müəyyən məsələlər var idi. Avronest-in katibliyi və Azərbaycanın Avronest-dəki katibliyi tərəfindən təşkilati məsələlərdə hansısa maneələr olurdusa, onlar dərhal həll edilirdi.  Qalacağımız mehmanxananın administratoruna izah etmək çətindir ki, ermənistanlı parlamentarilər forumda çıxış edəcək. Bunlar həll olundu. Aviaşirkətlə bağlı, Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki biz Bakıya gedirik. Amma hamısı həll olundu. Mən əminəm ki bunlar daha çox siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, Ermənistan nümayəndə heyətinin periodik səfəri olmur”. “Olaylar” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib. Erməni deputat bildirib ki, münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi hələlik yox dərəcəsindədir:

İranlı Mühacirlər Cəmiyyəti – mühacirətin dünyəvi Azərbaycan modeli kimi

22 Sentyabr 2017 16:44

Təşkilat bu mövzuda “dəyirmi masa”lara Gəncədən başlayıb İMC-nin “Mühacir problemi ilə bağlı Azərbaycan modelinin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində reallaşdırılması nəzərdə tutulan “İranlı Mühacirlər Cəmiyyəti-mühacirətin dünyəvi Azərbaycan modeli” mövzusunda ilk “dəyirmi masa”sı dünən Gəncədə düzənlənib. Tədbirə qədim şəhərdə və Gəncəbasarda yaşayan iranlı mühacirlər və övladları, eləcə də burada fəaliyyət göstərən müxtəlif qurumların təmsilçiləri qatılıblar. Öncə onlar Ulu Öndərimiz Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər və ora gül-çiçək düzüblər.

Vergilər naziri Qaxda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 16:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər. Vergilər Nazirlindən “Olaylar”a verilən məlumata görə, növbəti belə qəbul sentyabr ayının 22-də vergilər naziri Fazil Məmmədov tərəfindən  Qax rayonunda Qax, Şəki, Zaqatala və Baləkən rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Hadı Rəcəbli: “Azərbaycanda 50-dən çox etnik qrup var” 

22 Sentyabr 2017 16:34

“Parlamentin qəbul etdiyi iki qanun model qanun kimi həm beynəlxalq miqyasda, həm də MDB üçün örnək göstərilir. Qadınlar üçün çoxlu hüquqlar mövcuddur. Bunların artması üçün böyük işlər görülür”. “Olaylar” xəbər verir ki, bunu Milli məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Komitə sədri bildirib ki, Azərbaycan parlamenti büdcəsi sosial sahəyə yönləndirir: “Qeyd edim ki, sosial sahəyə büdcədən 28 faiz vəsiat ayrılıb. Azərbaycanda bütün xalqlar bərabarə yaşaya bilir. Azərbaycanda 50-dən çox etnik qrup var.

Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”

22 Sentyabr 2017 16:32

Kanadanın baş naziri Castin Trudeau BMT-nin 72-ci ümumi iclasında debüt edib. O, çıxışı zamanı hökumətin yerli xalqı istismar edərək alçaltdığını deyib. Baş nazir daha əvvəl də yerli xalqlara edilən zülmləri gündəmə gətirmişdi. Bu məsələni bir daha BMT-dəki çıxışında dilə gətirən baş nazir istismar və müstəmləkəçiliyin yaxşı təhsil və təmiz su kimi tələbatlara ehtiyac duyan Kanadanın yerli xalqına zərər verdiyini bildirib.

"İDEAL"ın keçmiş baş direktoru barəsində cinayət işi başlandı

22 Sentyabr 2017 16:23

Məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan "İDEAL"ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanıb. İ. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.

Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı 

22 Sentyabr 2017 16:16

Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun ətrafında həlqə getdikcə daralır. Rusiya İstintaq Komitəsi ona qarşı qiyabi ittiham irəli sürməyə və barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu haqda "Rosbalt" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.  Bildirilir ki, Telman İsmayılovun barəsində rəsmi ittihamın irəli sürülməsinə hazırlıq onun qardaşı, sifarişli qətllərdə ittiham edilən Rafiq İsmayılovun işində mühüm şahidin meydana çıxmasıdır. Həmin şahid İsmayılovlar ailəsinə daxil idi və istintaqa İsmayılov qardaşlarının "koptevsk" mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin seriya qətllərini sifariş etdiyinə dair ifadə verib.

Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşüb

22 Sentyabr 2017 16:09

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağcabədi rayonunda həmin rayonun və Bərdə, Tərtər, Ağdam, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya və sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub. Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Azərbaycanın şəhid və qazi övladları Türkiyədə 

22 Sentyabr 2017 16:01

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycan şəhid və qazi uşaqlarının Türkiyəyə səfəri təşkil olunub. TADDEF-dən “OLAYLAR”-a verilən məlumata görə, Qazilər gününü Çanaqqalada keçirən azərbaycanlı qonaqlar, Iğdır, Uşak, Manisa, Çanaqqala, Eskişehir və Ankarada müxtəlif tədbirlərə qatılıblar. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbasın rəhbərlik etdiyi heyət Ankarada Atatürkün qəbrini ziyarət etdikdən sonra TRT AVAZ-da canlı yayıma qatılıb. TADDEF-in baş katibi Mehmet Gıyas Azeritürk tədbirlərlə bağlı deyib: "Bu, ilk dəfə təşkil olunan ziyarətdir. baxımdan bir çox çatışmazlıqlar var. Qonaqlar bunu bizə bağışlar. Məqsədimiz bu istiqamətdə bir cığır aşmaqdı, bunu da bacardıq. Rada xanım bu barədə düşünürdü və inşallah xəyalları gerçək oldu.

Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək

22 Sentyabr 2017 15:59

“Şimali İraqd Kürd muxtariyyətinin sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan referendum müzakirələrində siyasi partiya və təşkilatların ümumi bir ortaq möveyi yoxdur. Bir qrup siyasi partiyalar referendumun əleyhinə, bir qrup isə leyhinədir. Göründüyüy kimi daxili yekdil mövqeyə sahib ola bilməyən siyasi qüvvələrin ayın 25-dən sonra aralarınakı düşmənçilikləri daha da inkişaf edəcək”. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədualazadə deyib ki, referendum keçirilsə də muxtariyyətin müstəqilliyi sual altnda qalacaq: “Mərkəzi Bağdad hakimiyyəti İraqın ərazi bütövlüyünün pozulmasına yol verməyəcək. Türkiyə və İranın prosesləri yaxından izləməsinə baxmayaraq, Birləşmiş Ştatların və Qərbin müəyyən qruplarının bu referenduma dəstək verdiyi şübhəssizdir.

Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı

22 Sentyabr 2017 15:43

Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan 2004-ci il təvəllüdlüCəfərli Ülvi Ruslan oğlu itkin düşüb. Bu barədə itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub".

Saakaşvili Lvov məhkəməsinə gəlmədi

22 Sentyabr 2017 15:41

Ukraynanın Lvov vilayətinin məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin Ukrayna dövlət sərhədini qeyri-qanuni keçməsinə dair işə baxılmasını davam etdirib.  M.Saakaşvili iclasa gəlməyib və bunu bu günə planlaşdırılan mitinqlərlə əlaqələndirib.

ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib

22 Sentyabr 2017 15:38

Sentyabrın 22-də  Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhid tələbəmizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin Ü.Bünyadzadənin doğum günü və onun adına təsis edilən auditoriyanın açılışına həsr olunduğunu qeyd edib. “Ülvi ölkəmizin müstəqilliyi uğrunda həyatını düşünərəkdən fəda edən bir azərbaycanlı gəncidir”-deyən K.Abdulla onun xatirəsinin əbədi olaraq qəlbimizə həkk olunduğunu bildirib.