Azərbaycanın şəhid və qazi övladları Türkiyədə 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycan şəhid və qazi uşaqlarının Türkiyəyə səfəri təşkil olunub. TADDEF-dən “OLAYLAR”-a verilən məlumata görə, Qazilər gününü Çanaqqalada keçirən azərbaycanlı qonaqlar, Iğdır, Uşak, Manisa, Çanaqqala, Eskişehir və Ankarada müxtəlif tədbirlərə qatılıblar. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbasın rəhbərlik etdiyi heyət Ankarada Atatürkün qəbrini ziyarət etdikdən sonra TRT AVAZ-da canlı yayıma qatılıb. TADDEF-in baş katibi Mehmet Gıyas Azeritürk tədbirlərlə bağlı deyib: "Bu, ilk dəfə təşkil olunan ziyarətdir. baxımdan bir çox çatışmazlıqlar var. Qonaqlar bunu bizə bağışlar. Məqsədimiz bu istiqamətdə bir cığır aşmaqdı, bunu da bacardıq. Rada xanım bu barədə düşünürdü və inşallah xəyalları gerçək oldu.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycan şəhid və qazi uşaqlarının Türkiyəyə səfəri təşkil olunub. TADDEF-dən "OLAYLAR"-a verilən məlumata görə, Qazilər gününü Çanaqqalada keçirən azərbaycanlı qonaqlar, Iğdır, Uşak, Manisa, Çanaqqala, Eskişehir və Ankarada müxtəlif tədbirlərə qatılıblar. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbasın rəhbərlik etdiyi heyət Ankarada Atatürkün qəbrini ziyarət etdikdən sonra TRT AVAZ-da canlı yayıma qatılıb. TADDEF-in baş katibi Mehmet Gıyas Azeritürk tədbirlərlə bağlı deyib: "Bu, ilk dəfə təşkil olunan ziyarətdir. baxımdan bir çox çatışmazlıqlar var. Qonaqlar bunu bizə bağışlar. Məqsədimiz bu istiqamətdə bir cığır aşmaqdı, bunu da bacardıq. Rada xanım bu barədə düşünürdü və inşallah xəyalları gerçək oldu. Heydər Əliyevin sözü ilə "Bir millət iki dövlət" layihəsi olan bir səyahət, Atatürkün dediyi kimi, Azərbaycanın sevinci bizim sevicimiz, kədəri kədərimizdir anlayışı ilə şəhidi şəhidimiz, qazisi qazimiz olaraq bir daha pərçinləndi. Bütün şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə isə sağlam bir ömür diləyirik".
Onu da qeyd edək ki, TADDEF-in təşkilatçılığı ilə Türkiyədə gerçəkləşən bu tədbir yerli mətbuat da da ictimailəşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31