Azərbaycanlı hakim Hollandiya – Belçika oyununu idarə edəcək
22 Sentyabr 2017 16:53 İdmanQadın voleybolçular arasında keçirilən Avro-2017-nin hakimləri siyahısında azərbaycanlı hakim yer alacaq. Beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov artıq ilk təyinatını alıb. Həmyerlimiz Göygöldə keçiriləcək D qrupunun matçlarını idarə edəcək. Zülfüqarov ilk turda Hollandiya - Belçika görüşündə iş başında olacaq. Ona ikinci hakim funksiyası tapşırılıb. Bu gün saat 20:00-da start götürəcək görüşdə əsas referi isə almaniyalı Sabine Vitta olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31