ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib
Sentyabrın 22-də Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhid tələbəmizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin Ü.Bünyadzadənin doğum günü və onun adına təsis edilən auditoriyanın açılışına həsr olunduğunu qeyd edib. “Ülvi ölkəmizin müstəqilliyi uğrunda həyatını düşünərəkdən fəda edən bir azərbaycanlı gəncidir”-deyən K.Abdulla onun xatirəsinin əbədi olaraq qəlbimizə həkk olunduğunu bildirib.
22 Sentyabr 2017 15:38 SosialSentyabrın 22-də Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhid tələbəmizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin Ü.Bünyadzadənin doğum günü və onun adına təsis edilən auditoriyanın açılışına həsr olunduğunu qeyd edib. "Ülvi ölkəmizin müstəqilliyi uğrunda həyatını düşünərəkdən fəda edən bir azərbaycanlı gəncidir"-deyən K.Abdulla onun xatirəsinin əbədi olaraq qəlbimizə həkk olunduğunu bildirib.
Tədbirdə iştirak edən şəhid tələbənin bacısı, professor Könül Bünyadzadə universitetdə yaradılan, müasir standartlara cavab verən yeni auditoriyaya Ü.Bünyadzadənin adının verilməsini onun xatirəsinə olan ehtiram kimi qiymətləndirib və buna görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Ü.Bünyadzadə ilə bağlı xatirələrini iştirakçılarla bölüşdü. ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev Ü.Bünyadzadənin tələbəlik illərindən bəhs edib, onu təmiz qəlbli, vətənpərvər, gözəl bir insan kimi xarakterizə edib.