Gündəm

“Elgizi məhkəməyə verəcəm” - QALMAQAL

23 Sentyabr 2017 16:02

ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində yaranan qalmaqal getdikcə böyüyür. Verilişin aparıcısı müğənni Əli Mirəliyev və kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənovun açıqlaması Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akiflini özündən çıxarıb. "Olaylar" -a açıqlama verən V. Akifli Elgiz Əkbəri məhkəməyə verəcəyini bildirib:

Helikopter qəzaya uğradı

23 Sentyabr 2017 08:37

DİN-ə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 08:20

Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verilib. Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Doğuş zamanı körpə öldü

23 Sentyabr 2017 07:42

Tovuzda doğuş zamanı ölüm hadisəsi baş verib. Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Zəlqələm Çingiz qızı İsmayılzadə Tovuz Rayon Mərkəzi Xəstəxansının Doğuş şöbəsinə aparılıb. Doğuş zamanı dünyaya gələn qız uşağı ölüb. Bu, qadının ilk doğuşu olub.

ABŞ-da iki güclü zəlzələ

23 Sentyabr 2017 07:30

ABŞ-ın Kaliforniya ştatında bir-birinin ardınca iki zəlzələ baş verib. 5,7 maqnitudalı ilk zəlzələ Ferndeyl şəhərindən 204 km qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 9,1 km dərinlikdə yerləşib. İkinci zəlzələ Ferndeyldən 58 km qərbdə baş verib. 5,6 maqnitudalı zəlzələnin ocağı 4,6 km dərinlikdə yerləşib.

“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb

22 Sentyabr 2017 19:45

22 sentyabrda rəsmən 12 sentyabrda təqdim edilmiş “iPhone 8” və 8 Plus smartfonları "birinci dalğa" ölkələrində satışa çıxarılıb. Bu gündən etibarən Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Honkonq, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Çin, Lüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, BƏƏ, Portuqaliya, Puerto-Riko, Sinqapur, ABŞ, Tayvan, Finlandiya, Fransa, İsveç, İsveçrə və Yaponiya sakinləri yeni “iPhone” smartfonlarını satın almaq imkanı əldə ediblər. ABŞ-da “iPhone 8” və “iPhone 8 Plus” smartfonlarının qiyməti müvafiq olaraq 699 və 799 dollardan başlayır.

Sifəti tanıyan qapı zəngi yaradılıb

22 Sentyabr 2017 19:20

"Nest Labs" şirkəti insanların sifətini tanıyaraq onlarla müstəqil danışa bilən "Hello" qapı zəngini təqdim edib. Bunun üçün zəng istifadəçisi tanışlarının fotoşəkillərini əvvəlcədən qurğunun məlumat bazasına daxil etməlidir. Qurğu "Google" şirkətinin mütəxəssislər tərəfindən hazırlanan sifətin tanınması sistemindən istifadə edir. Əvvəllər sistemdən "Nest Labs" şirkətinin buraxdığı müşahidə kameralarında istifadə olunub.

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 18:50

“Trend Micro” şirkətinin ekspertlərinin hesablamasına görə, 2017-ci ilin birinci yarısına görə, kiberhücumlardan dəymiş qlobal zərərin həcmi 4 milyard ABŞ dolları təşkil edib. Mütəxəssislər kiberfırıldaqçılıq, biznes istifadəçilərə hədəflənmiş “Business Email Compromise” (“BEC”) tipli fişinq hücumları, həmçinin “əşyalar interneti”nə müdaxilə hallarının artmasını qeyd ediblər. “Trend Micro” şirkəti 2017-ci ilin yanvar-iyun ayları ərzində fırıldaqçılıq üçün zərərverici proqram təminatından istifadəyə əsaslanan 82 milyondan çox təhlükə, həmçinin 3 mindən çox “BEC” hücum cəhdi aşkar ediblər. Bununla əlaqədar olaraq ekspertlər müəssisələrə ilk növbədə effektiv mühafizə sisteminin yaradılmasına maliyyə ayırmağı tövsiyə ediblər, çünki kiberhücumların nəticələri şirkətlərə baha başa gəlir.

İlham Mirzəyev üzə çıxdı

22 Sentyabr 2017 17:42

Keçmiş teleaparıcı İlham Mirzəyev uzun fasilədən sonra üzə çıxıb. Azadlığa çıxandan sonra mətbuatdan uzaq gəzib-dolanan aparıcı Mətanət İsgəndərlinin qızının toy mərasiminə qatılıb. Toyda çəkilən fotonu müğənni Nazənin sosial şəbəkədə paylaşıb.

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:34

İspaniya hökuməti Kataloniyaya xüsusui təyinatlı polis ordusu göndərib. Hökumət bunu qanundankənar elan edilməsinə rəğmən 1 oktyabrda keçiriləcək müstəqillik referendumundan dolayı küçələrdə yaranan gərginliyin azaldılması üçün etdiyini açıqlayıb. İspaniyanın daxili işlər naziri Xuan İqnasio Zoido hökumətin təhlükəsizlik və jandarm dəstlərini göndərmək qərarı haqqında Kataloniyanın daxili işlər naziri J.Forna bilgi verib.

MEK-də 2017-ci ilin ilk səkkiz ayı üzrə ümumi hesabat iclası keçirilib

22 Sentyabr 2017 17:18

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2017-ci ilin səkkiz ayı üzrə hesabat iclası keçirilib. Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-də olan son yeniliklərdən, struktur dəyişikliklərindən bəhs edərək gündəlikdə duran məsələləri açıqlayıb. Daha sonra MEK-in şöbələri və onlara daxil olan sektorların 2017-ci ilin səkkiz ayı üzrə hesabatları məruzə edilib. İnformasiya texnologiyalarının hazırlanması və tətbiqi şöbəsinin müdiri Sübhi Tağıyev bildirib ki, MEK-in kompüter sisteminin təhlükəsizliyi üçün yeni avadanlıqlar quraşdırılıb, yaradılmış sistem və şəbəkələrin inteqrasiyası ciddi nəzarətdə saxlanılır.

Tillerson istefa verir? - Özü cavab verdi ki...

22 Sentyabr 2017 17:09

Reks Tillerson özü haqqında üçüncü şəxs qismində danışaraq bildirib ki, ABŞ-ın dövlət katibi postunda qalmağı planlaşdırır. Daha öncə KİV-lərdə R.Tillersonun postundan istefa verəcəyi, onun yerinə isə ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Xeylinin gələcəyi barədə informasiyalar yer almışdı.

Bakıdakı yanğında polis zəhərlənib

22 Sentyabr 2017 17:04

Sentyabrın 22-də saat 10:00 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.