Gündəm
5000 illik tarixə malik qazma tipli evlər aşkarlandı - AZƏRBAYCANDA
Azərbaycanda 5000 illik tarixə malik qazma tipli evlər aşkarlanıb. Kür-Araz mədəniyyətinə aid abidə Şabran rayonu, Aygün kəndi ərazisində Çaqqaltəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurovun verdiyi məlumata görə, ərazidə 3 təpə var və onların hər biri eramızdan əvvəl (e.ə) IV minilliyin sonu III minilliyin əvvəlinə aiddir.
Pambıq zavodunda yanğın olub
Neftçalada pambıq zavodunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qaramanlı kəndində pambıq zavodunun ərazisində elevatorun içərisində olan 50 kq pambıq yanıb.
Polşa yığmasının məşqçisi: Azərbaycan güclü yığmadır
Bizim artıq Avro-2017-nin 1/4 final mərhələsində olmağımız haqqında danışmaq üçün hələ tezdir. Sentyabrın 24-ü bizi Azərbaycan yığması ilə qrupun ən çətin oyunu gözləyir. Bunu Polşa yığmasının məşqçisi Yatsek Navrotski Macarıstan üzərində qazandıqları 3-1 hesablı qələbədən sonra deyib.
ABŞ-da iki polis zabiti güllələndi
ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib. Hadisə Konnektikut ştatında, Nyu-Haven şəhərində baş verib. Hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.
"Musiqidə əbədiləşən ömür"
Görkəmli bəstəkar, ictimai xadim, dirijor Müslüm Maqomayev Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyətlərdəndir. Maqomayevin Azərbaycan musiqisində bəstəkar yaradıcılığının Avropa janrına uyğunlaşmasında çox önəmli rolu vardır. O hesab edirdi ki, improvizasiya üsulundan uzaqlaşmaq, operada çoxsəsli xora üstünlük vermək lazımdır. O ifaçı tərəfindən edilən improvizasiya üsulunun əleyhinə idi. Onun fikrincə operanın mütləq not yazısı olmalı, ifaçılar ciddi surətdə həmin not yazısını ifa etməli idi. Bu fikirlər Azərbaycan musiqisində səhnə əsərlərinin Avropa sayağı formalaşmasının ilk qığılcımları idi. Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində sadə və zəhmətkeş silahqayıran dəmirçinin ailəsində anadan olmuşdur. Maqomayevin musiqi ilə ilk tanışlığı evlərində başlamışdır. Atası dəmirçi olsa da musiqini çox sevən biri idi.
Birinci xanım 1380 dollarlıq köynəkdə tərəvəz əkdi
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yeniyetmələrin “Boys and Girls Club” kampaniyası çərçivəsində tərəvəz əkib. Birinci xanım bostanda işləmək üçün “Balmain”dən 1380 dollarlıq köynək geyinib. Şitilləri torpağa basdıran 47 yaşlı Melaniyanın köynəyinin qiyməti sosial şəbəkə istifadəçilərinin növbəti müzakirə mövzusu olub.
Azərbaycan Gürcüstana helikopter göndərdi
Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Rusiya kəşfiyyatı prezidenti öldürmək istəyirdi - ŞOK İDDİA
Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Leonid Kuçmanı öldürməyə hazırlaşırdı. Bunu Ali Radada prezidentin sabiq nümayəndəsi Roman Bezsmertnıy “Espresso.TV”nin efirində bildirib. “İlk dəfə 1997-ci ildə Ukrayna kəşfiyyatı prezidentin xarici səfər zamanı məhv edilməsi planı üzrə sənədləri ələ keçirib”, - Bezsmertnıy deyib.
Gənc Tamaşaçılar Teatrı 90 - cı yubiley mövsümünə start verdi
Sentyabrın 23-də Gənc tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verdi. Teatrın səhnəsində böyük M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub. T"Olaylar" bildirir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov , teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları salamlayaraq təbrik etdilər. Teatrın direktoru çıxışı zamanı diqqətə çatdırdı ki, bu il ADGTT özünün 90 illik yubileyinə hazırlaşır.
Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyi Varşavanın Kral Sarayında qeyd ediləcək
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli, 2663 nömrəli Sərəncamının içrası çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə cari ilin 24 sentyabr tarixində Polşanın ən mötəbər konsert zallarından biri olan Kral Sarayında təntənəli konsert təşkil ediləcəkdir. "Olaylar" bildirir ki, Varşava şəhərində keçiriləcək təntənəli konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violoncel ifaçısı Aleksey Miltıx çıxış edəcəkdir.
Milli Dram Teatrı mövsümü "Qarabağnamə" ilə açdı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açıb. "Olaylar" bildirir ki, Xalq Yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Elçin Hüseyinbəyli: “Elə mövzular var ki, mən onu yazmaq istəyirəm, amma...” – MÜSAHİBƏ
Yazıçı Elçin Hüseynbəyli ilə müsahibə. – Elçin müəllim, sizi ailəcanlı bir insan kimi tanıyırlar. Elə söhbətimizə də burdan başalayaq. Necədir ailə-məişət həyatınız? – Bizdə sabitlikdir. Bir oğlum var, bir qızım! Qızım Leyla ailəlidir və yoldaşı ilə birlikdə İstanbulda yaşayır. Oğlum Orxan isə bu yay İngiltərədə universiteti bitirib gəldi. Allah qoysa işə düzəlmək istəyir.
Ən böyük xəyanət – Rəbiqə yazır...
Rəbiqə Nazimqızının “Ən böyük xəyanət sənsizliyin özüdür” essesi. Almalı qəlyanının ətri gəlir aralıdan. Hava soyuyub. Adam azdı. Bir az aralıda tanışlardı. Masalarına dəvət etdilər, getmədim. Özümü görmək istəmirəm, onlar özümü xatırladacaqdılar, başlayacaq bir az ezoterik, bir az ədəbi söhbətlər. O şairin heç vaxt mənasını anlamadığım uzun-uzadı çıxışı.
Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var
Türkiyənin Hakkari bölgəsinə İraqın şimalındakı Hakurk bölgəsindən silahlı hücum olub. Hücum nəticəsində ölən və yaralananlar var.














