Gənc Tamaşaçılar Teatrı  90 - cı yubiley mövsümünə start verdi

Sentyabrın 23-də Gənc tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verdi. Teatrın səhnəsində böyük M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub. T"Olaylar" bildirir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov , teatrın veteran aktyorları və ötən mövsümdə “Sima” mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları salamlayaraq təbrik etdilər. Teatrın direktoru çıxışı zamanı diqqətə çatdırdı ki, bu il ADGTT özünün 90 illik yubileyinə hazırlaşır.

Sentyabrın 23-də Gənc tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verdi. Teatrın səhnəsində böyük M.F.Axundzadənin "Hekayəti-Xırs-Quldurbasan" tamaşası nümayiş olunub. T"Olaylar" bildirir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov , teatrın veteran aktyorları və ötən mövsümdə "Sima" mükafatına layiq görülmüş əməkdaşları mövsümün açılışı ilə əlaqədar tamaşaçıları salamlayaraq təbrik etdilər. Teatrın direktoru çıxışı zamanı diqqətə çatdırdı ki, bu il ADGTT özünün 90 illik yubileyinə hazırlaşır. Bu gündən etuibarən nümayiş olunan hər bir tamaşa həm də yubiley ərəfəsində tamaşaçılaraımıza bir hədiyyədir. Teatrın tarixi , vaxtilə bu sənət ocağında çalışan unudulmaz aktyorlar haqqında bir sıra faktları qeyd etdikdən sonra həmçinin ötən mövsümdə qazanılan uğurlardan söz açdı. Teatrın rəhbəri vurğuladı ki, nümayiş olunan tamaşa həm də Beynəlxalq Sülh gününə həsr edilib.

Mövsümün açılışı ilə əlaqədar çıxış edən teatrın Baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev tamaşaçıları teatrın səhnəsində nümayiş olunan bir-birindən maraqlı tamaşalara dəvət edərək yeni mövsümdə həm kollektivə həm də tamaşaçılara uğurlar arzuladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31