Gündəm

Konsul İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkdi

25 Sentyabr 2017 09:53

Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb. Azərbaycan XİN-dən  verilən məlumata görə sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.

“Turizm həftə”sinə start verilir

25 Sentyabr 2017 09:50

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edir. "Olaylar" bildirir ki, 25-29 sentyabr tarixlərində keçiriləcək “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub. Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00–da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

"Kənddə sonuncu yəhudi" sənədli filmi "Rommy" mükafatı uğrunda mübarizə aparacaq

25 Sentyabr 2017 09:39

Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına seçilib. Film festivalın "Rommy" mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də, doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.

Angela Merkelin başçılıq etdiyi alyans qalib gəldi

25 Sentyabr 2017 09:29

Almaniyada keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi alyans qalib qalıb gəlib. Bu barədə Almaniya MSK-nın məlumatında bildirilir. Bülletenlərin 100 faizinin hesablanmasından sonra hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı 33% səs toplayıb. İkinci yerdə Sosial-Demokrat  (20,5%), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 12,6%. Beş faizlik seçki baryerini keçən Azad Demokratik Partiya (10,7%),  Sol Partiya (9,2%) və Yaşıllar Partiyası (8,9%) Bundestaqda təmsil olunacaqlar.

Bakıda qadınlardan maraqlı aksiya

25 Sentyabr 2017 09:13

Kimi özü ilə velosiped gətirib, kimi isə icarəyə götürüb. 30-a yaxın xanımı dənizkənarı bulvara toplayan bir səbəb var. Onlar qadınların arasında əsas hobbilərdən birinin velosiped olmasını istəyirlər. Artıq bir ildən çoxdur ki, Facebook-da elan yayaraq bir araya toplaşan bu xanımların sayı gündən günə artır. Onlar ayda bir dəfə bir yerə toplanaraq müəyyən məsafədə velo yürüş edirlər. Aksiyanın ən gənc velosipedçisi isə balaca Əsradı. Velosiped sürməyi o qədər sevir ki, balaca boyuna və yaşına baxmayaraq böyüklərdən heç də geri qalmır.

Rusiya generalı Suriyada öldürüldü

25 Sentyabr 2017 09:11

Suriyada Rusiya generalı həlak olub. Generalın ölümü barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, general-leytenant Valeri Asapov Suriyada terrorçular tərəfindən “Deyr əz Zor” şəhərində yerləşdirilmiş mina partlayışı nəticəsində vəfat edib.

Maşını partladılan "nazir" danışdı

25 Sentyabr 2017 09:10

Ukrayna hakimiyyəti İŞİD-in metodlarından istifadə edir. Bu sözləri Donetsk separatçılarının "vergilər naziri" Aleksandr Timofeyev deyib. “Ukraynanın hərəkətləri barədə danışmaq hərdən çox çətin olur. Terror yolunu tutan hər kəs özü terrorçuya çevrilir. Hazırda Ukrayna terrorçular ölkəsidir. Onların müharibə aparmaq qaydaları – diversiya, zəhərləmə cəhdləri, partlayış – İŞİD-lə eynidir”, - Timofeyev bildirib.

Zaqatala meşəsində yanğın

25 Sentyabr 2017 09:08

 24 sentyabr  axşam saat 18-10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb. "Olaylar" bildirir ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib.

AMEA-nın “Qonaq Evi”nın açılışı olub

25 Sentyabr 2017 09:05

AMEA-nın “Qonaq Evi”nin açılış mərasimi olub. "Olaylar" bildirir ki, mərasimdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, bölmələrin akademik-katibləri, Rəyasət Heyəti aparatının idarə rəisləri və digər məsul şəxslər iştirak edib. Öncə AMEA prezidenti, akademik Akif Əlizadə “Qonaq evi”nin açılışını bildirən rəmzi lenti kəsib. Sonra mərasim iştirakçıları qonaq evini gəzərək, burada yaradılan şərait, müasir dizaynda və zövqlə tərtib edilmiş otaqlarla tanış olublar.

Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi

24 Sentyabr 2017 16:32

Aparıcı Özge Uzun boşandığı həyat yoldaşı, “CBC Sport” kanalının baş direktoru Volkan Üstlə ikinci dəfə nikah masasına oturub. 10 il ailəli qalan Özge 2014-cü ildə Volkanla birinci məhkəmədə boşanmışdı. 3 il ayrı qaldıqdan sonra cütlük yenidən barışıb. Onların ikinci nikah mərasimi Bakıda baş tutub. Toydan fotolar sosial şəbəkədə paylaşılıb.

Prezident İlham Əliyev Salyanda “Qaraqaşlı” yarımstansiyasının açılışında

24 Sentyabr 2017 16:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.  “Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib.

Məşhur futbolçu qəzaya düşdü 

24 Sentyabr 2017 16:27

“Real Madrid”in hücumçusu Kərim Benzema yüngül avtomobil qəzası keçirib. “Audi RS6” markalı avtomobili idarə edən 29 yaşlı forvard “Nissan Note” ilə toqquşub. Hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb. Hər iki sürücü testdən keçsə də, onların sərxoş olmadığı müəyyənləşib.

İŞİD-in yeni təbliğat vasitəsi: İNSTAGRAM

24 Sentyabr 2017 16:25

“Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələrdə tez-tez izləməyə alınan cihadçı hesabların, təbliğat üçün İnstagram-a da yönəldiyi bildirilir. İntagramda 50 mindən çox İŞİD tərəfdarının hesabı olduğu müəyyən edilib. Cihad təbliğatı aparan hesabların, təşkilatın təqdimatını keçirmək üçün “stories” (hekayələr) bölümündən istifadə etdikləri də ifadə edilir. “Facebook”un 2012-ci ildə satın aldığı “İnstagram”ın bir il əvvəl başladığı hekayələr bölməsində paylaşılan şəkil və ya video, 24 saat ərzində silinir. İŞİD tərəfdarlarının İnstagram sosial şəbəkəsinin məhz bu bölümündən istifadə etdiyi iki “stories”də, İŞİD bayrağı yelləyən bir körpə ilə başı kəsilmiş bir cəsədin olduğu bildirilib.

Bakıda məşhur restoranda ölüm

24 Sentyabr 2017 16:21

Bakıda restoranda müştəri qəfil ürəktutmasından ölüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, “Tbilisi” restoranında Gürcüstan vətəndaşı, 1955-ci il təvəllüdlü Novruzov Telxan Novruz oğlu yeyib-içən zaman qəfil yerə yıxılıb və dünyasını dəyişib.

Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI

24 Sentyabr 2017 16:19

Nəzakətli və ağıllı yaponlar əldə etdiyi uğurlara və kəşflərinə görə, bütün dünyada örnək göstərilir. Bəs yaponların bu qədər uğur qazanmasının sirri nədir? Aparılan bir çox araşdırmalar göstərir ki, bu xalqın uğurları onların təhsil sistemindən asılıdır. 4-cü sinfə qədər imtahan yoxdur Yaponiyada 4-ci sinfə qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını öyrənməsinə daha çox önəm verir.