AMEA-nın “Qonaq Evi”nın açılışı olub
AMEA-nın “Qonaq Evi”nin açılış mərasimi olub. "Olaylar" bildirir ki, mərasimdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, bölmələrin akademik-katibləri, Rəyasət Heyəti aparatının idarə rəisləri və digər məsul şəxslər iştirak edib. Öncə AMEA prezidenti, akademik Akif Əlizadə “Qonaq evi”nin açılışını bildirən rəmzi lenti kəsib. Sonra mərasim iştirakçıları qonaq evini gəzərək, burada yaradılan şərait, müasir dizaynda və zövqlə tərtib edilmiş otaqlarla tanış olublar.
25 Sentyabr 2017 09:05 SosialAMEA-nın "Qonaq Evi"nin açılış mərasimi olub. "Olaylar" bildirir ki, mərasimdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, bölmələrin akademik-katibləri, Rəyasət Heyəti aparatının idarə rəisləri və digər məsul şəxslər iştirak edib. Öncə AMEA prezidenti, akademik Akif Əlizadə "Qonaq evi"nin açılışını bildirən rəmzi lenti kəsib.
Sonra mərasim iştirakçıları qonaq evini gəzərək, burada yaradılan şərait, müasir dizaynda və zövqlə tərtib edilmiş otaqlarla tanış olublar.
AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə ərsəyə gəlmiş qonaq evi haqqında ətraflı məlumat verib. Bildirib ki, 11 otaq, gözləmə zalı, xidmət və təsərrüfat otaqlarından ibarət olan qonaq evi AMEA-ya gələn qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulub.
Təmirində müasir memarlıq elementlərindən istifadə olunmuş bina bütün lazımi əşya və avadanlıqlarla təchiz olunub. Binanın interyerinin tərtibatında mebel və aksessuarlardan istifadə edilib, qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Burada qonaqların yüksək səviyyədə qarşılanması, onlara lazımi xidmətlərin və köməkliyin göstərilməsi üçün peşəkar işçi heyəti fəaliyyət göstərəcək.
Sonda çıxış edən akademik Akif Əlizadə qonaq evində yaradılmış müasir standartlara cavab verən şəraiti yüksək qiymətləndirib, bu işin ərsəyə gəlməsində rolu olan insanlara təşəkkürünü bildirib.