Gündəm
Elmar Məmmədyarov: “Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığın inkişafına önəm verir”
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən, xüsusən son illər turizm, kənd təsərrüfatı, sərmayələr sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bu ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə xarakterizə olunduğu diqqətə çatdırılıb.
Muğam Mərkəzində dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eldəniz Ələkbərzadənin ifasında dünya şöhrətli bəstəkar Frederik Şopenin skerzo və balladaları səslənib. Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 1998-ci ildə ailəsi ilə Sankt-Peterburq şəhərinə köçmüş və ilk musiqi təhsilini məhz bu şəhərdə alıb. 2013-cü ildə Milli Konsevatoriyası nəznində Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsidir.
Azərbaycanda müğənniyə 7 nəfər təcavüz etdi
Aygün Kazımovadan Faiq Ağayevə qarşı GÖZLƏNİLMƏZ ADDIM
Xalq artisti Aygün Kazımova ötən həftə yaradıcılığının 30 illiyinə həsr olunmuş konsertinə qatılmayan Faiq Ağayevdən inciyib. O, xoş günündə A.Kazımovanın yanında ola bilməyən Xalq artistinə incikliyini instaqram hesabında büruzə verib. Belə ki, müğənni onu sosial şəbəkədə izlədiyi insanlar sırasından çıxararaq, "unfollow" edib.
Türkiyə İraqla sərhəd qapısını bağladı – Son dəqiqə
Türkiyə İraqla sərhəd qapısı olan Haburu birtərəfli olaraq bağlayıb. Hazırda Şimali İraqdan Türkiyəyə giriş dayandırılıb. Türkiyədən İraqa isə yalnız TIR-ların girməsinə icazə verilir.
İtkin düşən 13 yaşlı məktəbli tapıldı
Bir neçə gün əvvəl itkin düşməsi haqda xəbər yayılan Xırdalan şəhər sakini, 13 yaşlı Qafarov Ülvi Ruslan oğlu tapılıb. Dostları tərəfindən tapılan Ülvi bu gün ailəsinə təhvil verilib.
“Əlaçı”nın seçim turu keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, seçim turunda paytaxtın hər bir rayonundan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Bundan başqa, bilik yarışında könüllü kimi qeydiyyatdan keçən şagirdlər də iştirak ediblər. BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəbləri ilə yanaşı, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki liseylərin, Zəngilan, Şuşa, Laçın və Cəbrayılın ümumi təhsil məktəblərinin şagirdləri də daxil olmaqla, ümumilikdə 800 nəfərə yaxın XI sinif şagirdi Bakıda keçirilən seçim turuna qatılıb. Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.
Ermənilər 148 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 148 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Elza “Xalqın şairi”ndən niyə uzaqlaşdı? – Açıqlama
Növbəti verilişlərdə Elza Seyidcahanın əyləşdiyi kürsüdə dəyərli aktrisamız, əməkdar artist Gülşad Baxşıyeva olacaq. Bu sözləri ARB TV-də yayımlanan “Xalqın şairi” adlı şeir müsabiqəsinin layihə rəhbəri və verilişin aparıcısı Mübariz Əsgərov deyib. Onun sözlərinə görə, E.Seyidcahanla bağlı heç bir problem yoxdur. Sadəcə, verilişin formatı belədir: “Xalıqın şairi” verilişi başlamazdan əvvəl açıqlama vermişdim ki, münsif kürsüsündə şair və ədəbiyyatşünaslardan başqa bir də incəsənət nümayəndəsi olacaq. Bildirmişdim ki, bu incəsənət nümayəndəsi tez-tez dəyişəcək. Burada müğənni, bəstəkar, aktyor və ya aktrisa ola bilər. Elza Seyidcahanla bağlı heç bir problem yoxdur. Orada səslənən şeirlərdən Elza xanım özü də götürüb və musiqi bəstələyəcək. Yəqin verilişin finalında həmin mahnılar səslənəcək.
Boşanma ərəfəsində olan cütlük görüşməyə davam edir
Keçmiş model Demet Şener boşanma ərəfəsində olduğu həyat yoldaşı, basketbolçu İbrahim Kutluayla görüşməyə davam edir. Bu barədə danışan model bunu uşaqları üçün etdiyi bildirib.
“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi
Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib.Həmin küçə “2 aprel” adlandırılıb. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istənilib. Lakin RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə “Report”un əməkdaşı ilə söhbətində məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.
Sərkisyanın BMT BA-da erməni dilində çıxışı yalnız diaspordan şəxsi maraqları üçün pul qoparmağa xidmət edir
Ermənistan prezidenti S.Sərkisyan BMT Baş Assambleyasında erməni dilində çıxış etdi. BMT-nin rəsmi 6 dilindən biri olan rus dilini sınıq-salxaq bildiyi halda da çıxışını rus dilində etmədi. Ermənistan prezidentinin çıxışının mətninin rus və ya ingilis dilinə tərcümə olunması da bəlli deyil. Çıxışın mətni ilə tərcümənin fərqli olması ehtimallıdır. Ona görə S.Sərkisyanın BMT Baş Assambleyasındakı çıxışı Ermənistanın daxilinə və diaspor ermənilərinə hesablanmış addım idi: S.Sərkisyan hakimiyyətdən gedir, ona öz cibini doldurmaq lazımdır. Dünya Bankı, Beynəlxalq Valyuta fondu və digər strukturlar yeni kreditlər vermir. Yeni kreditlər verilsəydi, S.Sərkisyan əvvəlki qaydada korrupsiya vasitəsilə kreditlərdən müəyyən qədər vəsait cibinə qoya bilərdi. Ona görə diasporu çağırdı və guya yeni Ermənistan qurur, Ermənistan güclənir, Ermənistanın prezidenti BMT BA-nın tribunasından çıxış edir və bu adla da diasporda bir-iki emosional şəxsdən müəyyən qədər yəqin ki, pul götürəcək.
İraq Kürdüstanında səsvermə başlayıb
İraq Kürdüstanında referendum başlayıb. Bu gün səhər saatlarında başlayan səsvermə 12 saat davam edəcək. Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani bu gün İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib.
Türkiyə referendum keçirilməsi ilə bağlı bəyanat yaydı
Türkiyə Xarici İşlər Nazirliyi bu gün İraq Kürdüstanda keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb. Bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb. Bəyanatda deyilir ki, İraq Kürdüstanda bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır: "Biz beynəlxalq hüquqa və İraq Konstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq. Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirtməkdə israr edən və sadəcə, İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan İraq Kürdüstanının bu təşəbbüsünü təəssüflə qarşılayırıq.














