Gündəm

Bəxtiyar Vahabzadənin AİLƏSİNDƏ AĞIR İTKİ: qəflətən...

25 Sentyabr 2017 12:10

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib. Səhiyyə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Məlumatda bildirilib ki, Z.Əsədov bu gün səhər saat 07 radələrində dünyasını dəyişib.

ABŞ dövlət katibindən qeyri-obyektiv yanaşma

25 Sentyabr 2017 11:57

Birləşmiş Ştatların dövlət katibi Rex Tillerson Ermənistanın müstəqilliyinin 26-cı ildönümü ilə bağlı işğalçı ölkə rəhbərliyinə ünvanladığı məktubda İrəvanı bir xeyli tərif edib. “OLAYLAR” -ın verdiyi xəbərə görə. Tillerson Ermənistanı nə qədər təəccüblü olsa da, dünyada sülhə və təhlükəsizliyiə verdiyi töhfəyə görə təqdir edib. Amerikanəın dövlət katibi iddia edib ki, Ermənitan xüsusilə regionda ülhün və təhlükəsizliyin təmin olunmasında böyük çaba göstərir və bundan dolayı İrəvana minnətdardır.

Kürdəmir–Karrar mənzilində 8,7 km dəmir yolu əsaslı təmir olunur 

25 Sentyabr 2017 11:57

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, sentyabrın 25-də Kürdəmir –Karrar mənzilində 8,7 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

Səyyar ASAN xidmət Şirvan və Xırdalanda

25 Sentyabr 2017 11:53

Səyyar ASAN xidmət 25 sentyabr – 24 oktyabr tarixlərində Şirvan və Xırdalan şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "Olaylar" bildirir ki, səyyar avtobuslar isə 6 sentyabr – 5 oktyabr Şamaxı, Lənkəran, Quba, Mingəçevir, Dəliməmmədli şəhərlərində, 12 - 26 sentyabr Xəzər rayonunun Binə qəsəbəsində, 19 sentyabr – 5 oktyabr Goranboy şəhərində vətəndaşların xidmətində olacaqlar.

Elçin Hüseynbəyli - Xaricdən gələn şair həmkarımız bizi necə sevindirdi...

25 Sentyabr 2017 11:51

Düzü bilmirəm, eşitdiyimi və bildiyimi sizə deyim, ya yox. Çünki danışacağım əhvalatın sahibi bizim aramızdadır, ola da bilər ki, bu yazını oxuyub özünü tanısın və məndən küssün. Özü oxudu oxudu, oxumadısa, sizdən bir təvəqqəm var: bu söhbəti onun yanında eləməyin. Eləsəniz, bir daha sizə xəlvəti heç nə deməyəcəm. Sizin sədaqətinizə güvənirəm... Tanınmış şairlərimizdən biri ömründə ilk dəfəydi ki, xaricə getmişdi. Hələ səfərə çıxmazdan əvvəl gedəcəyi yerlər barədə ağız dolusu danışırdı, deyirdi ki, onu dəvət edənlər yazdıqlarını əzbərdən bilirlər, hətta cocuqlarına da əzbərlətdiriblər və orda, yəni gedəcəyi ölkədə onun şərəfinə şeir şöləni də düzənləyiblər.

Milli Şuranın biabırçı aksiyası

25 Sentyabr 2017 11:38

Yaxud radikallar erməni lobbisinin sifarişini necə yerinə yetirdi? Həftə sonu müxalifətin radikal qanadı, Milli Şura adlanan qurum özünün növbəti nəticəsiz, biabırçı aksiyasını keçirdi. Yenə də populist çıxışlar, xarici ölkə və təşkilatlarının bayraqlarının dalğalandığı, şər-böhtan dolu ifadələrin səsləndirildiyi bir aksiya. Əslində aksiyanın təşkilatçılarından tutmuş, onların iştirakçılarına qədər əksəriyyəti heç özləri mitinqin nədən, hansı səbəbdən keçirildlyinin fərqində deyildilər. Çünki Milli Şuranın bu dəfəki aksiyası da xarici dairələrin sifarişi idi. O dairələrin ki, həmin xarici qüvvələr Azərbaycanda xaos, anarxiya yaratmaq. Mövcud ictimai-siyasi sabitliyi pozmaq üçün erməni lobbisi ilə belə birlikdə çalışır, onların maliyyəsi ilə hərəkət edirlər. Artıq bu Azərbaycan cəmiyyətinə gün kimi aydındır. Elə əksəriyyət ekspertlər, siyasi analitiklər də belə düşünür.

Bakının 3 rayonunda su olmayacaq

25 Sentyabr 2017 11:29

Bu gün Bakıda gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Türkiyə türkləri “Kürdüstan”dan geri çağırdı

25 Sentyabr 2017 11:27

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraq Kürd Muxtariyyətini tərk etməyə çağırıb. Bu barədə bəyanat nazirliyin saytında yerləşdirilib.

Elza “Xalq şairi”ndən DANIŞIB SƏRT SÖZLƏR İŞLƏTDİ: "Çaqqal-çuqqallar..."

25 Sentyabr 2017 11:26

Əməkdar artist Elza Seyidcahan ARB kanalında yayımlanan "Xalqın şairi" verilişinin münsifliyindən getməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Veridyi açıqlamada "Xalqın şairi" verilişinin münsifliyindən getməsi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib: “Elza Seyidcahan əlinə qələm alandan, “Xalq şairi” verilişinində münsif olandan bəri bəzi insanların kütləşmiş beyinləri açılıb. Çox sevinirəm ki, “Xalq şairi” layihəsi insanlar tərəfindən maraqla qarşılanır. İlk növbədə onu qeyd edim ki, verilişdə iştirakım, söhbətlərim, fikirlərim, hətta verilişdən getməyimlə bağlı xəbərlər layihənin daha da baxımlı olduğunu göstərir. Maşallah olsun ki, veriliş böyük reytinq toplaya bilib.

Avropa Məhkəməsinin qərarları siyasi məqsəd daşıyır

25 Sentyabr 2017 11:21

Şəmsəddin Əliyev: AM-nın qərarlarından əksər hallarda təzyiq vasitəsi kimi istifadə olunur Son illər Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayətlərin sayında artım müşahidə edilməkdədir. Hansı ki, Avropa Məhkəməsi ayrı-ayrı vətəndaşların dövlətimizə qarşı iddialarının böyük əksəriyyətini təmin edib, Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edərək ölkəmiz qarşısında müxtəlif miqdarda təzminat öhdəlikləri qoyub. Bu halda belə bir sual yaranır: bu Azərbaycana qarşı siyasi təzyiq vasitəsi, yaxud ölkəmizin daxili işlərinə qarışmaq deyilmi? Suallarımızı tanınmış hüquqşünas, “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri  Şəmsəddin Əliyev cavablandırır.

Banklardan kredit götürmək müşkülə çevrilib

25 Sentyabr 2017 11:17

Gələn ay “Kredit büroları haqqında” Qanun qəbulunun bir ili tamam olur. Ancaq təəssüf ki, bu müddət ərzində hələ də kredit bürosı yaradılmayıb. Büronun yaradılması prosesi ciddi səbəb olmadan uzanır. Biz büronun tezliklə fəaliyyətə başlayacağını gözlədiyimiz halda məlum olur ki, qurum ümumiyyətlə dövlət qeydiyyatına alınmaq mərhələsini keçməyib. Halbuki hüquqi baza yaradıldıqdan sonra kredit bürosunun qəbulu daha çox texniki xarakter daşıyır. Banklar xeyli vaxtdır bu istiqamətdə işləyirlər və müəyyən kadr bazasını da formalaşdırıblar. Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Samir Əliyev qeyd edib ki, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində kredit bürosunun yaradılması maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin əsas prioritetlərinə daxildir.

Nazir: Pakistan Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir

25 Sentyabr 2017 11:15

Pakistan dost ölkə olan Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. XİN-dən “Olaylar”a verilən məlumata görə, bu fikir Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asif ilə görüşündə səslənib. Görüşdə E.Məmmədyarov Pakistanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasını tanıyan ilk dövlətlərdən olduğunu və bu ilin diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlamətdar olduğunu xatırladaraq, iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib.

Xəzəryanı gənclər forumu başa çatdı 

25 Sentyabr 2017 11:14

Qazaxıstanın Aktau şəhərində öz işinə başlayan “Beynəlxalq Xəzəryanı Gənclər forumu” 23 sentyabr tarixində yekunlaşdırıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətlərinin qatıldığı forumun açılış mərasimini  Manqustau vilayətinin başçısı Yeralu Toğjanov edərək, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Xəzəryanı gənclər forumunun iki ölkənin dostluq və qardaşlıq münasibətlərini daha da  inkişaf etdirəcəyinə,  gənclərin fikir mübadiləsi apararaq, yeni bilik və təcrübələrə yiyələcəyinə, bununla da  münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına zəmin yaradacağına əminlik bildirildi

“AZE Nakhchivan SK” futbol klubu almanlara təqdim edildi 

25 Sentyabr 2017 11:13

Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan “AZE Nakhchivan SK” futbol klubunun mərkəzi ofisində klubun tanıtım tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata gröə, tədbirdə yerli futbol həvəskarları, futbol mütəxxəsisləri, Türkiyə təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verdi. Bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açmış , bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.