Gündəm

Azərbaycanda ləğv edilən cəza növü bərpa edilir

25 Sentyabr 2017 13:26

Azərbaycanda bir müddət əvvəl ləğv edilən cəza növü yenidən bərpa edilir. Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur.   Yeni maddədə cəza növünün mahiyyəti açıqlanır. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

DokuBaku beynəlxalq sənədli film festivalı ADMİU-da

25 Sentyabr 2017 13:22

12-20 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə DokuBaku beynəlxalq sənədli film festivalı keçiriləcək. "Olaylar" bildirir ki, Universitetin SABAH qrupu, Televiziya və kino fakültəsinin tələbələrinə “Mən sərhədi keçməmişdim, sərhəd məni keçdi” (I Didn’t Cross The Border: The Border Crossed Me”) filmi təqdim edilib. Gürcüstanlı kinorejissor Toma Çagelişvilinin filmi Gürcüstan və Osetiya arasında baş vermiş münaqişənin Çurvaleti kəndinin sakinlərinə təsirindən bəhs edir. Gürcü dilində ingilis subtitrləri ilə nümayiş olunan sənədli film “sərhəd” ilə qarşılaşan insanların həyatını əks etdirən absurd traqikomediyadır.

“Yaxın Şərqdə hələ güc nisbətinin kimin xeyrinə olacağı məlum olmadığı bir dövrdə...”

25 Sentyabr 2017 13:14

Nəzakət Məmmədova: “Müstəqil dövlət yaradılması müşkül məsələdir” Yaxın Şərq son illərdə baş verən təlatümlərdən özünə gəlməmiş yeni bir təhdidlə üz-üzədir. Bu təhdid ABŞ-ın İraqa qarşı 26 il əvvəlki "Səhrada fırtına" əməliyyatı ilə başlasa da, "Ərəb baharı" adı verilən, əslində isə nəinki ərəblərin, bütün Yaxın və Orta Şərqin qışına çevrilən dövlətlərin sərhədlərinin dəyişməsi, xaos, terror, miqrant axını kimi problemləri özü ilə gətirən fəlakətlər zəncirinin son halqalarından biri, bəlkə də kuliminasiya nöqtəsidir. İraqda başlayan xaos İraqda başa çatacaqmı?! Söhbət suveren dövlətin ərazisində qeyri-qanuni olaraq müstəqil Kürdüstan dövlətinin yaradılmasından gedir. Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyir ki, bu ideya sadəcə ideya olaraq qalırdı, indi onun reallaşması tarixdə heç zaman olmadığı qədər realdır: “Kürdlər Yaxın Şərqin tarixində müəyyən rol oynamış olsalar da, onların heç zaman müstəqil dövlətləri olmayıb.

“Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olundu

25 Sentyabr 2017 13:10

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Beynəlxalq  nüfuza malik olan  tədbirdə Musiqili Teatrı da iştirak edib. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, festivalda Musiqili Teatrının ifasında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları təqdim olunub.

385 ədəd maddi-mədəniyyət nümunəsi muzeyə təhvil verildi muzeyə təhvil verildi

25 Sentyabr 2017 13:09

Dövlət Təhlükəsizliyi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə tədbirləri nəticəsində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən 385 ədəd maddi-mədəniyyət nümunəsi Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Şəki Dövlət Dram Teatrı mövsümü Avropa İttifaqı ilə birgə açıb

25 Sentyabr 2017 13:06

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı üçün 138-ci mövsümün  açılışı  Avropa İttifaqı Azərbaycan Nümayəndəliyi ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində silsilə tədbirlərdə  iştirakla yadda qalıb. “Olaylar” bildirir ki, açılışın ilk günü, Teatr Studiyasının tələbələri səhnələşdirilmiş üç Avropa nağılının oxusu üçün Qax şəhərində, kiçik yaşlı şagirdlər qarşısında çıxış ediblər. Axşam isə Şəki Dövlət Daram teatrında  H.X. Andesonun nağılı əsasında hazırlanmış “Kralın yeni libası” tamaşasının premyerası baş tutub. Tamaşa ilk olaraq Qax və Şəki məktəbliləri üçün göstərilib.

Cadudan qurtulmağın yolları: EKSTRASENS TÖVSİYƏLƏRİ

25 Sentyabr 2017 12:57

“Cadu gücü ilə istənilən adamı öldürmək mümkündür. Deməli ölüm cadusu da var”. Bu sözləri məşhur ekstasens Aqil Məhərrəmov mətbuata müsahibəsində bildirib. “İnsanın enerji mənbəyini bağladığın an o çökür. Canavarın sağ arxa ayağının pəncəsi ilə ölüm cadusu edirlər. Düzdür çoxları güləcək, amma inanmayan birinə desəm ki, gəl sənə o cadunu edim, qətiyyən razı olmaz. Ölüm cadusu insanı elə arıqladır ki, axırda bir dəri, bir sümük qalır. O qədər olur ki, həkimlərə gedib heç bir çarə tapmır, naçar qalıb, ekstrasensə üz tuturlar... Və faydasını da görürlər, təbii ki, dələduz ekstrasensə rast gəlməsələr”, - deyə o davam etmişdi. Caduya inanan insanlar üçün cadudan xilas olmanın "Ekstrasenslərin döyüşü" yarışmasının qalibi, ekstrasens, Viktoriya Raydos tərəfindən tövsiyyə edilən üsullarını təqdim edir.

Gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilib

25 Sentyabr 2017 12:39

Naqif Həmzəyev: “Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir”  Azərbaycan dövləti daim gənclərə diqqət və qayğı ilə yanaşıb, onların gələcək inkişafı üçün lazımi addımlar atıb. Gənclərin sosial, daha dəqiq, elm, təhsil, idman sahəsindəki problemlərinin aradan qaldırılması istiqamətində real addımlar atılıb. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan gəncliyi2017-2021-ci illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam da bunun əyani sübutudur. Prezident İlham Əliyevin məlum sərəncamı dövlətin gənclərə olan diqqə və qayğısının əyani təzahürü kimi xarakterizə edilir və ölkə gəncləri tərəfindən birmənalı olaraq təqdir edilir.

Ermənilər nəhayət anlamalıdırlar ki...

25 Sentyabr 2017 12:38

Artıq onların şantaj siyasəti özünü doğrultmur Avronest Parlament Assambleyasınının Azərbaycanın paytaxtı Bakıda reallaşan “3-cü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” movzusunda konfransı başa çatıb. Konfransa Ermənistan nümayəndə heyətinin qatıldığını nəzərə alsaq, belə bir sual yaranır: Ermənistan parlament təmsilçilərinin Azərbaycanda keçirilən beynəlxalq tədbirə qatılması hansı zərurətdən irəli gəlir, yaranmış vəziyyət Azərbaycanın, yoxsa Ermənistanın maraqlarını cavab verir? Konfransın təşəbbüskarı Avronest Parlament Assambleyasının Sosial , Təhsil, Vətəndas Cəmiyyəti və Mədəniyyəti  Komitəsinin həmsədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsinə qarşı ciddi cədlər edilib.

Səhər saatlarında 16 yaşlı qızı zorlamaq istəyən şəxs tutuldu

25 Sentyabr 2017 12:30

İstanbulda ötən gün səhər saat 9 radələrində təcavüz olayı baş verib. 16 yaşlı A.N.G. adlı qıza ədəbsiz sözlər deyən sərxoş şəxs, onun ağzını yumaraq yerə yıxıb. Qızın qışqırtısını eşidən təhlükəsizlik əməkdaşları şübhəlini ələ keçirib. 24 yaşlı Y.K. təcavüz iddiasını rədd edərək, qızın onu söydüyünü deyib.

ADMİU-da  seminar

25 Sentyabr 2017 12:27

Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə "Müştəri ilə müsahibənin aparılması" mövzusunda seminar keçirilib. “Olaylar” bildirir ki, ABŞ-ın Kolumbiya Universitetinin Sosial iş ixtisası üzrə məzunu Könül Cəfərova tərəfindən keçirilən seminarda Universitetin Sosial iş ixtisasında təhsil alan tələbələri, məzunları və sosial sahədə işləyən mütəxəssislər iştirak edib.

Şimşək çaxacaq, arabir yağış yağacaq - Hava

25 Sentyabr 2017 12:21

Sentyabrın 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. ETSN-dən "Olaylar" - a verilən məlumata görə, havanın temperaturunun gecə  17-20° isti, gündüz  22-26° isti, Bakıda gecə  17-19°, gündüz  23-25° isti olacağı gözlənilir.

Siyavuş Kərimi Əməkdar artisti işinə qaytardı

25 Sentyabr 2017 12:12

Əməkdar artist Cabir Abdullayev yenidən Azərbaycan Milli Konservatoriyasındakı işinə qayıdıb. İşinə bərpa olunan xanəndə məsələnin doğruluğunu təsdiqləyib: "Məktəbdə dərs bölgüləri çatışmırdı. Ona görə narazlıq var idi. Sağ olsun müəllim yoldaşlarım. Onlar qərar verdilər ki, mən işimə davam edim. Birinə həftəlik 10 dərs saatı düşürdüsə, hərəsi öz dərs saatlarından azaldaraq, yenidən müəllimliyimin bərpa olunmasına yardım etdilər".