Gündəm

ADMİU ilə Çelyabinsk Dövlət İncəsənət İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı

25 Sentyabr 2017 14:30

Mədəniyyət və İncəsənət Universitetinin qonağı olan Çelyabinsk Dövlət İncəsənət İnstitutunun professor-müəllim və tələbələrdən ibarət nümayəndə heyəti Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb. "Olaylar" bildirir ki, görüşdə hər iki tərəf qarşılıqlı şəkildə təmsil etdikləri təhsil ocağı haqqında ətraflı məlumat verərək, fikir mübadiləsi aparıb.

Azərbaycanla Tacikistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

25 Sentyabr 2017 14:19

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun hər bir vətəndaşın layiqli həyat və iş şəraitinin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Yevlaxda silahlı insident

25 Sentyabr 2017 14:17

Sentyabrın 23-də Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.  DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb. Lakin B. Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib.

Sirr çözüldü: Piramidaları yadplanetlilər tikib? 

25 Sentyabr 2017 14:06

Əsrarəngiz Misir piramidalarının necə tikilməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, alimlər nəhayət ki, bu suala cavab tapıblar.  Misirdəki ən böyük piramida olan Xeops ehramının inşasında istifadə olunmuş 2 tonluq daşların Nil çayı vasitəsilə daşındığı üzə çıxıb.

Dünyanın ən kök qadını öldü

25 Sentyabr 2017 14:04

Dünyanın ən kök qadını kimi tanınan 37 yaşlı qadın hospitalda ölüb.  Eman Abdul Atti ürəyində və böyrəyində ciddi problemləri olduğuna görə Əbu-Dabidəki Burjeel Hospitalında həyatını itirib.

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlandı

25 Sentyabr 2017 14:02

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" matçının hakimləri müəyyənləşib.  UEFA Bakıdakı görüşə Portuqaliyadan olan hakimlər briqadasını göndərir. Görüşün ədalət təmsilçisi Artur Dias olacaq. Ona Rui Tavares və Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

İmama hücum etdilər - İngiltərədə 

25 Sentyabr 2017 13:54

İngiltərənin Mançester şəhərində yerləşən Altrinçam İslam Mərkəzinin imamı anti-islamçıların hücumuna məruz qalıb. Boynundan bıçaqla yaralanan imam Nassər Kurdi təcili xəstəxanaya yerləşdirilib.

Çaylarda və transsərhəd çaylarda mövcud vəziyyət

25 Sentyabr 2017 13:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-40 və Naxçıvan MR çaylarında isə 130  faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyət : Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 208 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

"Ərimi otaq yoldaşları öldürüb" - Ukraynada ölən türk biznesmenin azərbaycanlı xanımı

25 Sentyabr 2017 13:34

Ukraynanın Xarkov şəhərində bir neçə gün öncə dünyasını dəyişən 47 yaşlı türk iş adamı Hayrettin Gök dərman verilərək öldürülüb. Bunu biznesmenin azərbaycanlı həyat yoldaşıAytəkin Mustafayeva bildirib. O, Ukrayna polisində izahat verərək ərinin cinayətə qurban getdiyini deyib. A.Mustafayeva qeyd edib ki, ərinə eyni evdə kirayə qalan otaq yoldaşları dərman veriblər: "Həmin dərmandan sonra həyat yoldaşım infarkt keçirib. Otaq yoldaşları onun cibindəki pulunu, telefonunu və digər dəyərli əşyalarını götürüblər. Mənim həyat yoldaşımı öldürüblər. O, mələk kimi insan idi. Heç kimi incitməzdi", - deyə qadın bildirib.

Tramp məşhur idmançılarla "savaş"a çıxıb - Onlara de ki, ayağa qalxsınlar! 

25 Sentyabr 2017 13:32

ABŞ prezidenti Donald Tramp ABŞ himni ifa olunarkən diz üstə çökərək etiraz nümayişi keçirən oyunçular cəzalandırılmayana qədər azarkeşləri NFL Milli Futbol Liqasını boykot etməyə çağırıb. İdman aləmi ilə Tramp arasında böyüyən qalmaqalın gedişində ABŞ prezidenti təkrar bildirib ki, milli himn çalınarkən ayağa qalxmayan oyunçular qovulmalı və ya çıxışlardan kənarlaşdırılmalıdır. Prezident Trampın bu şərhləri pislənilərək "təhqiredici" və "ayrı-seçkilik yaradan" bəyanatlar kimi qiymətləndirilib.

Məktəbdə yanğın - 900-a yaxın şagird təxliyə edildi - Rusiyada

25 Sentyabr 2017 13:30

Sankt-Peterburqda orta məktəblərin birində baş verən yanğınla əlaqədar 900-ə yaxın adam təxliyə edilib. Yanğın binanın 3-çü mərtəbəsində, musiqi otağında başlayıb. Yanğının qarşısının alınması üçün 6 maşın və 40-a yaxın yanğınsöndürən cəlb edilib.

Qarşılayın, nasistlər gəldilər - Alman seçkiləri Bakı üçün nə deməkdir?

25 Sentyabr 2017 13:29

Almaniyanın baş naziri Angela Merkelin başçılıq etdiyim CDU/CSU alyansı ölkə parlamentinə (bundestaq) keçirilən seçkiləri uduzub. Ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, CDU/CSU alyansı səslərin 33 faizini qazanıb. Almaniya Sosial-Demokrat Partiyası (SPD) 20,5 faiz səs yığarapq ikinci yeri tutub. Bu isə alyansın tarixində ən pis göstəricidir. Almaniya sosial-demokratlarının lideri Martin Şults seçkilərdə məğlubiyyətini etiraf edib: "Məğlubiyyətimizin səbəbi ənənəvi seçicilərimizə məramımızı anlada bilməməyimizdir". Ultrasağçı, neonasist "Almaniya üçün Alternativ" (Alternative für Deutschland, AFD) hərəkatı səslərin 12,6 faizini əldə edib.