Azərbaycanla Tacikistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun hər bir vətəndaşın layiqli həyat və iş şəraitinin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun hər bir vətəndaşın layiqli həyat və iş şəraitinin təmin olunmasına xidmət etdiyini vurğulayıb. Respublikamızda sosial cəhətdən həssas əhali qruplarının dövlət qayğısı ilə əhatə olunması, əmək və sosial müdafiə sisteminin müasir əsaslar üzərində qurulması sahəsində görülən işləri qeyd edən S.Müslümov ötən ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin Tacikistan Respublikasına səfərini xatırladıb: "Həmin səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş" iki ölkə arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi və digər sahələrdə əməkdaşlıq imkanlarını xeyli genişləndirib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmin sahələrlə bağlı bizim əlaqələrimiz mövcuddur".

R.Soliyev Azərbaycanda əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatların, bu islahatlarda yeni texnologiyaların geniş tətbiqinin, habelə aktiv əmək bazarı proqramları, özünüməşğulluğun təmini sahəsində görülən işlərin onda böyük maraq doğurduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında bütün sahələrdə, o cümlədən əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün öz səylərini göstərəcəyini vurğulayıb.

Görüşdə qeyd olunan sahələrlə bağlı əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə və məlumat mübadilələrinin təşkili və s. məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31