"Qarabağ" - "Roma" matçının hakimləri açıqlandı

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" matçının hakimləri müəyyənləşib.  UEFA Bakıdakı görüşə Portuqaliyadan olan hakimlər briqadasını göndərir. Görüşün ədalət təmsilçisi Artur Dias olacaq. Ona Rui Tavares və Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" matçının hakimləri müəyyənləşib.

UEFA Bakıdakı görüşə Portuqaliyadan olan hakimlər briqadasını göndərir.

Görüşün ədalət təmsilçisi Artur Dias olacaq. Ona Rui Tavares və Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
 
Onların işinə israilli hakim-inspektor Haim Jakov qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isəOleq Harlamov (Estoniya) olacaq.
 
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlayacaq. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31